İlkin profilaktika

Qripin ilkin profilaktikası qrip vaksini ilə təmin olunur.[43][44][45][46][47][48][49][50] [ Cochrane Clinical Answers logo ] [ Cochrane Clinical Answers logo ] [ Cochrane Clinical Answers logo ] Vaksinasiya göstəriş olan kontingent haqqında təlimatlarda beynəlxalq qaydalar dəyişkəndir. Hazırda ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (XNPM) tərəfindən yaşı ≥6 ay olan və vaksinasiyaya əks-göstərişi olmayan bütün şəxslərə qrip peyvəndinin vurulması tövsiyə edilir.[51] CDC: Influenza (Flu) external link opens in a new window2018-2019-cu illərdə XNPM-in İmmunizasiya Praktikaları üzrə Məsləhətçi Komitəsi (İPMK) qripə qarşı, diri zəiflədilmiş vaksin də daxil olmaqla (diri zəiflədilmiş qrip vaksini qripin son 2-illik mövsümü ərzində məsləhət görülmürdü), yaşa uyğun olan istənilən lisenziyalaşdırılmış vaksinin istifadəsini tövsiyə edir.[51] Azyaşlı körpələrdə (<6 ay) qrip vaksininin istifadəsinə dair tədqiqatlar davam edir.[52] 6 aydan 8 yaşadək uşaqlarda qrip törədicisinə qarşi optimal immun cavabın əldə edilməsi üçün ilk peyvənd mövsümündə qrip peyvəndinin iki dozada təyini (≥4 həftə intervalla təyin edilir) tələb olunur.[51] Amerikanın Pediatriya Akademiyası (AAP) 2018-2019-cu illərdə bütün uşaqlar üçün əsas seçim kimi inaktivasiya edilmiş qrip vaksinini tövsiyə edir, cünki A qripinə (H1N1) qarşı diri zəiflədilmiş vaksinin effektivliyi ötən mövsümlərdə aşağı olmuş, hazırda isə naməlum olaraq qalır.[53] İPMK 1 iyul 2018-ci il tarixinə kimi qripə qarşı ≥2 doza 3- və ya 4-valentli qrip peyvəndi almış 6 aylıqdan 8 yaşa qədər uşaqlara, 2018-2019-cu il mövsümündə yalnız 1 doza qrip peyvəndini tövsiyə edir.[51] 9 yaşdan başlayaraq ildə yalnız bir doza tövsiyə olunur.[54] Hamilə qadınlar qripə qarşı tövsiyə olunan və yaşa uyğun olan istənilən lisenziyalaşdırılmış vaksinlə peyvənd oluna bilərlər; diri zəiflədilmiş qrip vaksinindən hamiləlik zamanı istifadə etmək olmaz.[51] Hamiləlik zamanı qrip əleyhinə vaksinasiya həyatın ilk 6 ayı ərzində yüksək hospitalizasiya və ya ölüm riski ilə əlaqəli deyil[55] və hamilə qadınların qripə görə hospitalizasiya olunmasının qarşısını almaqda yardım edə bilər.[56] Digər beynəlxalq təlimatlarda yüksək risk qruplarının peyvənd olunması tövsiyə edilir. Bunun üçün yerli təlimatlara istinad edilməlidir.

2018-2019-cu il mövsümü üçün (şimal yarımkürəsi) Ümumdünya Səhiyyə Təşkilatı 4-valentli vaksinlərin tərkibində aşağıdakı virusların olmasını tövsiyə edir: A/Michigan/45/2015 (H1N1)pdm09-bənzər virus, A/Singapore/INFIMH-16-0019/2016 (H3N2)-bənzər virus, B/Colorado/06/2017-bənzər virus (B/Victoria/2/87 xəttindən) və B/Phuket/3073/2013-bənzər virus (B/Yamagata/16/88 xəttindən). 3-valentli vaksinlərin B qrip komponenti B/Victoria/2/87-xəttinin B/Colorado/06/2017-bənzər virusundan ibarət olmalıdır.[57]

ABŞ-da AAP yumurtaya qarşı istənilən dərəcədə allergiyası olan uşaqlara ya inaktivləşdirilmiş qrip vaksininin, ya da bütün peyvəndlər üçün nəzərdə tutulmuşlardan başqa heç bir əlavə ehtiyat tədbirləri olmayan diri zəiflədilmiş qrip əleyhinə vaksinin istifadəsini tövsiyə edir.[19] İPMK aşağıdakıları tövsiyə edir:[51]

  • Yumurtanın təsirindən sonra yalnız övrə ilə qarşılaşan allergiya anamnezi olan şəxslər qrip əleyhinə peyvənd (yaşa uyğun olan istənilən lisenziyalaşdırılmış vaksin) olunmalıdırlar.

  • Yumurtaya qarşı reaksiyası olan (angioödem, respirator distres, başgicəllənmə və ya təkrarlanan qusma kimi simptomlar daxil olmaqla) və ya epinefrin (adrenalin) yaxud digər təcili müdaxilə tələb edən şəxslərə qrip əleyhinə vaksin (yaşa uyğun olan istənilən lisenziyalaşdırılmış vaksin) vurula bilər. Vaksinasiya həkimin iştirakı ilə və ağır allergik vəziyyətlərdə müvafiq tədbirlərə hazırlıqlı şəkildə aparılmalıdır.

  • Az bişmiş yumurtanı (məs., qayğanaq) yeyə bilən və bu zaman allergik reaksiya baş verməyən şəxslərdə allergiya olma ehtimalı azdır. Yumurtaya qarşı allergik olan şəxslərdə bişmiş məhsullardakı yumurtaya (məs., çörək və ya tort) tolerantlıq ola bilər. Tərkibində yumurta olan məhsullara tolerantlıq yumurta allergiyası ehtimalını istisna etmir. Yumurtaya qarşı allergiya anamnezdə yumurtaya və yumurta tərkibli ərzaqlara qarşı müntəzəm şəkildə reaksiyanın müşahidə edilməsi, üstəlik yumurta zülallarına qarşı yaranan immunoqlobulin E-nin aşkar olunması üçün dəri sınağı və/və ya qanın müayinəsi vasitəsilə təsdiq edilə bilər.

  • Yumurta ilə qidalanmadığı məlum olan, lakin aparılmış allerqoloji müayinə nəticəsində yumurtaya qarşı allergiyasının olduğu şübhə edilən şəxslər peyvənd aparılmazdan əvvəl allergik vəziyyətlərin müalicəsi üzrə təcrübəli həkimlə məsləhətləşməlidirlər.

  • Qrip vaksininə qarşı keçmişdə ağır allergik reaksiyası olmuş şəxslərdə reaksiyanı törədən komponentdən asılı olmayaraq, peyvəndin növbəti təyini əks-göstərişdir.

Anamnezdə allergiya olub-olmamasından asılı olmayaraq, bütün peyvəndlər anafilaksiyanın cəld aşkarlanması və müalicəsi üçün adekvat personal və vasitələrlə təchiz olunmuş şəraitdə aparılmalıdır

Peyvəndin ikimərhələli şəkildə təyini və peyvəndlə yanaşı dəri sınağının qoyulmasına ehtiyac yoxdur.[58] Hazırda 18 yaş və ondan böyük şəxslərdə istifadə üçün həşərat orqanizmində virusun ekspressiyası sistemi və rekombinant DNT texnologiyası ilə hazırlanmış üçvalentli peyvənd mövcuddur. Digər peyvəndlərdən fərqli olaraq, bu peyvəndin istehsalı prosesində qrip virusu və ya yumurtadan istifadə edilmir.

Resipiyentin yaşı, mövcud immunitet səviyyəsi və virusun sirkulyasiya edən spesifik ştammlarına dair düzgün proqnoz verilməsindən asılı olaraq peyvəndin effektivliyi fərqli ola bilər.[6][59][60][61][62][63][64][65][66] Elmə əsaslanan faktlar A

Ahıl yaşlı xəstələrdə peyvəndin effektivliyi:

  • Qripdən ölüm hallarının əksəriyyəti ahıl yaşlı xəstələrdə baş verir (65 yaş və yuxarı).[67][68][69] Sistematik icmal göstərmişdir ki, cəmiyyətdə olan ahıl yaşlı sağlam şəxslərlə müqayisədə, uzunmüddətli baxım müəssisələrində yaşayan şəxslərdə peyvənd olunmanın sağlamlıqla bağlı nəticələri daha nəzərəçarpandır.[18] Ümumiləşdirilmiş koqorta tədqiqatının metaanaliz aparıldıqdan sonra nəşr olunmuş nəticələrində qeyd edilir ki, peyvənd olunmuş ahıl yaşlı şəxslərdə ölüm göstəricisi əhəmiyyətli dərəcədə azalır (1,0%, peyvənd olunmamışlarda isə 1,6%).[68] Ahıl yaşlı şəxslərdə illik vaksinasiya ölüm göstəricilərini yaxşılaşdırır.[70] Yüksək dozalı vaksinasiya və mövsümün ortasında immunitetin aşağı titrlərlə gücləndirilməsi ahıl yaşlı şəxslərdə faydalara malik ola bilər.[71][72][73]Yaşa uyğun olan istənilən lisenziyalaşdırılmış vaksindən istifadə etmək olar.[51]

Giyen-Barre sindromu (GBS) riski:

  • GBS periferik sinirlərin kəskin autoimmun pozğunluğu olaraq, həssas şəxslərdə infeksiyadan, nadir hallarda isə immunizasiyadan sonra inkişaf edir. ABŞ-da 1976-cı ilə aid donuz qripi peyvəndi (donuzdan alınmış A tipli H1N1 qripi, A/NJ/76 subtipi) ilə GBS riskinin artması arasında assosiasiya aşkar edilir.[74] Milli qeydiyyat sistemində qrip vaksini ilə əlaqədar vaksinasiyanın yan təsiri kimi qeydə alınan GBS hallarının sayı 1992-1993-cü ildə 37-dən 1993-1994-cü ildə 74-ə qədər artmışdır. Bu hadisələrin tədqiqi göstərmişdir ki, iki mövsümü kombinə etdikdə uyğunlaşdırılmış nisbi riskin 1,7 təşkil etməsi qripə qarşı peyvənd edilmiş bir milyon əhaliyə əlavə olaraq 1-dən bir qədər artıq GBS hadisəsi düşdüyünü söyləməyə əsas verir.[75] Belə görünür ki, bu risk təbii yolla baş verən qripin təşkil etdiyi ümumi risklə müqayisədə, əhəmiyyətli dərəcədə azdır.

  • Anamnezdə qrip peyvəndindən sonra 6 həftə ərzində GBS-in olması bu halın təkrar baş vermə riski olduğuna görə qrip vaksininin təyini zamanı ehtiyat tədbirini tələb edir. Bu vəziyyətlərdə vaksinasiyanın risk və faydaları nəzərdən keçirilməlidir.[51]

İkincili profilaktika

Həm ozeltamivir, həm də zanamivirin yoluxmadan qısa müddət sonra yoluxmuş şəxsə təyin edildikdə infeksiyanın profilaktikası üçün effektiv olduğu nümayiş etdirilmişdir.[124] [ Cochrane Clinical Answers logo ] Bir tədqiqatda müəyyən edilmişdir ki, mövsümi qripəbənzər xəstəlik əlamətləri olan ilkin xəstənin ailə üzvlərinə 48 saat ərzində ozeltamivirin peroral və ya zanamivirin inhalyasion təyini zamanı ailədaxili təmaslar arasında simptomlarla təzahür edən qrip hallarının sayında əhəmiyyətli azalma müşahidə edilir.[124] Yoluxma baş verdikdən sonra antiviral preparatlarla profilaktika risk qrupları üçün nəzərdə tutulur.[108][129] Metaanaliz nəticələri göstərmişdir ki, ozeltamivir böyüklər arasında qrip xəstələrində kliniki simptomların aradan qalxmasınadək keçən müddətdə cüzi azalma verir, lakin ürəkbulanma və qusma hallarının sayını artırır.[123]

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.