Differensial diaqnostika

ƏLAMƏTLƏR/SİMPTOMLAR
MÜAYİNƏLƏR
ƏLAMƏTLƏR/SİMPTOMLAR

Öskürək və hərarətlə yanaşı döş qəfəsində plevral ağrı, təngnəfəslik və selikli-irinli bəlğəm ifrazı rast gələ bilər.

MÜAYİNƏLƏR

Döş qəfəsinin rentgenoqrafiyası: paylı sərtləşmə izlənir.

Hemokultura: şübhəli törədiciyə görə müsbət.

Bəlğəm kulturası: şübhəli törədicinin bitməsi.

ƏLAMƏTLƏR/SİMPTOMLAR
MÜAYİNƏLƏR
ƏLAMƏTLƏR/SİMPTOMLAR

<1 yaşlı uşaqlar arasında aşağı tənəffüs yolları infeksiyasının ən çox rast gələn səbəbidir.[94]

Həmçinin, istər yaşlı, istərsə də, immunosupressiyalı xəstələrdə aşağı tənəffüs yolları infeksiyasının əhəmiyyətli və çox vaxt aşkar olunmayan səbəbini təşkil edir.[95]

Yuxarı və aşağı respirator simptomlara başlanğıc verir ki, bunlar da 3-5 gün sonra pik həddə çataraq, 7-10 gün ərzində aradan qalxır.

Mövsümi alovlanmalarla səciyyələndirilir. Şimal yarımkürəsində alovlanmalar, adətən, noyabr-aprel ayları arasında baş verir və yanvar-fevral aylarında pik həddə çatır. Cənub yarımkürəsində qış alovlanmaları may-sentyabr ayları arasında baş verir və may, iyun və ya iyul aylarında pik həddə çatır. Tropik və subtropik iqlimlərdə mövsümi alovlanmalar, adətən, yağıntılı dövrə təsadüf edir.[96]

MÜAYİNƏLƏR

Hazırda, 30 dəqiqədən az bir müddətdə nəticə almağa imkan verən antigen aşkarlama texnologiyasının tətbiq edildiyi ekspress sınaqlar mövcuddur. Bu testlərin əksəriyyətinin həssaslıq və spesifikliyi 90%-dən artıqdır və əksər kliniki laboratoriyalarda onlar diaqnostika alqoritminin əsas elementini təşkil edir, çünki kultural identifikasiya üçün 4 gündən 2 həftəyədək müddət tələb oluna bilər.[97]

ƏLAMƏTLƏR/SİMPTOMLAR
MÜAYİNƏLƏR
ƏLAMƏTLƏR/SİMPTOMLAR

Böyüklər və uşaqlarda əhəmiyyətli respirator patogendir, körpələrdə və azyaşlı uşaqlarda aşağı tənəffüs yolları infeksiyalarının RSV-dən sonra ikinci ən çox rast gələn səbəbidir.[98]

Böyüklərdə, adətən, yuxarı tənəffüs yollarının yüngül infeksiyasını törədir, lakin immunokompromisli xəstələrdə respirator traktın həyat üçün təhlükə törədən patologiyasına səbəb ola bilər.[99]

ABŞ-da PQV infeksiyasının mövsümilik xüsusiyyətləri son bir neçə onillik ərzində dəyişmişdir. 1962-ci ildən etibarən PQV-1 və PQV-2 epidemiyalar şəklində meydana çıxmağa başladı və hazırda hər iki ildə bir dəfə payız aylarında baş verir. Bununla müqayisədə, PQV-3 illik yaz epidemiyaları şəklində rast gəlir. PQV-4 infeksiyasının mövsümilik xüsusiyyətlərini müəyyən etmək çətinlik törədir, çünki xəstəlik, adətən, yüngül gedişli olur və aşkarlanması çətindir. İnkişaf edən və tropik ölkələrdə paraqrip virusları mövsümi variasiya nümayiş etdirmir.[100]

MÜAYİNƏLƏR

Burun-udlaq və ya aşağı tənəffüs yolları nümunələrində PQV-nin əkmə üsulu ilə aşkarlanması diaqnostikada həlledici müayinə olaraq qalmaqdadır.[101]

İmmunoflüoressensiya və İFA ilə antigenin cəld aşkarlanması mümkündür və həssaslığının 75-95% olduğu qeydə alınır.[102]

Seroloji müayinə də aparıla bilər, lakin vaxtaparandır.

Bir sıra respirator virusların aşkarlanmasına imkan verən, qeydə alınmış həssaslığı 95-100% olan və əla spesifikliyə malik multipleks PZR müayinə üsulları yaradılmışdır.[103]

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.