Anamnez və fiziki müayinə

Əsas diaqnostik faktorlar

Qrip mövsümi alovlanmalar şəklində keçməyə meyl edərək, epidemiyaları, adətən, payızın sonları ilə baharın əvvəlləri arasında rast gəlir.

Əgər yerli əhali arasında alovlanma qeydə alınmışdırsa, mövsümi qripə şübhə yüksək olmalıdır. Qrip mövsümündə XNPM internetdə qripin fəallığına dair həftəlik məlumatlar dərc edir. CDC: FluView: weekly influenza surveillance report external link opens in a new window Həmçinin, ÜST qripin insidentlik göstəricilərini izləyir və onlar haqqında hesabat verir.

Xəstəyə hər il qrip peyvəndi olunub-olunmadığı barədə sual verilməlidir. Dəqiq seroloji müayinə əsasında müəyyən edilmişdir ki, kontrol qrupla müqayisədə, inaktivasiya olunmuş əzələdaxili peyvənd vurulmuş yetkin yaşlı sağlam şəxslərdə A və B qripi virusuna yoluxma ehtimalı əhəmiyyətli dərəcədə (13,4% və 1,7%), kliniki qrip infeksiyası isə nisbətən aşagı dərəcədə azalır.[59][60]

Nisbətən yaşlı xəstələr üzərində aparılmış tədqiqatlar göstərmişdir ki, kəskin başlanan hərarət və öskürək hospitalizasiya olunmamış və olunmuş xəstələrin, müvafiq olaraq, yalnız 30% və 53%-də qrip üzrə müsbət proqnostik dəyərə malikdir.[84][85]

Xroniki ağciyər patologiyasından əziyyət çəkən peyvənd olunmuş nisbətən yaşlı şəxslər üzərində aparılmış araşdırmalarda öskürəyin laborator təsdiqlənmiş qrip virusu infeksiyası üçün proqnostik göstərici olmadığı, lakin hərarət və ya istiliklə əzələ ağrılarının birlikdə 41% müsbət proqnostik dəyərə malik olduğu müəyyən edilmişdir.[86]

Azyaşlı uşaqlarda qripin hərarət və öskürək kimi tipik simptomları daha az qeydə alınır.[87] Elmə əsaslanan faktlar C

Əgər hərarət və ya öskürək daha da kəskinləşərsə və irinli bəlğəm və təngnəfəslik yaranarsa, ikincili bakterial pnevmoniyaya şübhə yaranmalıdır. Döş qəfəsinin rentgen müayinəsində infiltratlar təsdiq olunur.

İkincili bakterial pnevmoniya qripin vacib ağırlaşmasıdır və qripdən ölüm hallarının təxminən 25%-i onunla əlaqədardır.[5]

Digər diaqnostik faktorlar

Ağız-udlaqda boğazağrı və hiperemiyadan başqa əlamətlər rast gəlmir.

Uşaqlarda daha çox rast gələn qeyri-spesifik əlamətdir.[83]

Az rast gələn əlamətdir, xüsusilə də, hərarət, öskürək və irinli bəlğəmlə birlikdə meydana çıxdıqda qripin ağırlaşmalarına, məsələn, bakterial pnevmoniyaya şübhə yaratmalıdır.[5]

Risk faktorları

Yetkin yaşlı gənc və sağlam şəxslərlə müqayisədə, 65 yaş və ya ondan yuxarı yaşlı şəxslər qripə yoluxduqda, ciddi ağırlaşmaların baş vermə riski daha yüksəkdir və qrip infeksiyasının kəskinləşməsi kimi yanaşı xəstəlikləri olur. Belə təxmin edilir ki, ABŞ-da mövsümi qripdən ölüm hallarının 90%-dən artığı, mövsümi qriplə əlaqədar hospitalizasiyaların isə 60%-dən çoxu 65 və daha yüksək yaşlı kontingent arasında baş verir.[13][14] Yaşla əlaqədar immun müdafiə qüvvələri zəiflədikcə qrip çox ciddi xəstəlik şəklində təzahür edə bilər. Həmçinin, bu yaşlarda yanaşı xəstəliklərin olma ehtimalı da yüksəlir ki, qrip infeksiyası da bu xəstəlikləri daha da kəskinləşdirə bilər.[15]

Yaşlı şəxslərdə vaksinasiya seroloji və kliniki qrip infeksiyasının insidentliyini azalda bilər.[16][17]

Həmçinin, vaksinasiya nəticəsində pnevmoniya və ya qrip səbəbindən hospitalizasiya, eləcə də, baxım evlərində yaşayan ahıl yaşlı şəxslər arasında ölüm riskinin əhəmiyyətli dərəcədə azalması müşahidə edilir.[18]

Ağciyər, böyrək və ürək patologiyaları kimi xroniki xəstəlikləri olan uşaqlarda qripin ağırlaşmaları riski yüksək olsa da, sağlam uşaqlarda risk yalnız onların yaşı ilə əlaqədardır. 5 yaşdan kiçik uşaqlarda böyük uşaqlarla müqayisədə, hospitalizasiya ehtimalı daha çoxdur; 2 yaşadək uşaqlarda isə qriplə əlaqədar ağırlaşmaların başvermə riski yüksək olur.[19]

Orta və ya ağır dərəcəli AXOX xəstələrində yuxarı tənəffüs yolları sekretində hər hansı virusun olması ilə AXOX kəskinləşməsi arasında güclü assosiasiya mövcuddur. Bu məlumatlar virusların əhali arasında AXOX kəskinləşmələrinə təkan verən faktorlar olaraq etioloji rolunu dəstəkləyir.[20]

Yaşlı xəstələrdə qrip mövsümündə qripə qarşı vaksinasiya ilə ürək patologiyaları, serebrovaskulyar xəstəliklər, pnevmoniya və ya qrip səbəbindən hospitalizasiya riskinin, eləcə də, bütün səbəblərdən ölüm riskinin azalması arasında assosiasiya aşkar olunur. Bu nəticələr vaksinasiyanın faydalarını əks etdirir və yaşlı şəxslər arasında vaksinasiyanın miqyasının artırılması istiqamətində səyləri dəstəkləyir.[21][22][23]

XBX xəstələri qripin ağırlaşmaları üzrə yüksək risk qrupunda hesab olunurlar.[15] Hazırda ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (XNPM) İmmunizasiya Praktikalarına dair Məsləhətçi Komitəsi (İPMK) tərəfindən XBX xəstələrində qrip peyvəndinin tətbiqi tövsiyə olunur.[24] Müşahidə tədqiqatlarında qrip peyvəndi ilə qrip səbəbindən hospitalizasiya riski, ölüm və həkimə müraciət sayının azalması arasında əlaqə aşkar edilir.[25]

Diabetli xəstələr əsas xəstəlik səbəbindən daha yüksək ağırlaşma riski altındadırlar. Qrip infeksiyası zamanı şəkərli diabet ölüm göstəricisinin 5-12% artmasına səbəb olur və bunun metabolik pozğunluq, ketoasidoz, immun cavab mexanizmlərinin pozulması və stafilakok və streptokok daşıyıcılığı hallarının sayının artması ilə əlaqədar olduğu güman edilir.[26]

Oraqvari hüceyrə anemiyası kimi hemoqlobinopatiyalar təkcə eritrositlərin deyil, həm də damar epitelinin anomaliyaları, leykositlərin funksiyaları, laxtalanma və iltihablı cavab mexanizmlərinin pozulması ilə müşayiət olunur. İnfeksiyanın profilaktikası məqsədilə qrip əleyhinə müntəzəm vaksinasiya tövsiyə olunur.[27]

Hemopoetik hüceyrə/bərk orqan transplantatı resipiyentləri və İİV xəstələri kimi immunokompromisli xəstələrdə bu infeksiya xəstələnmə və ölümün aparıcı səbəbidir.[28] Ağır dərəcəli immunokompromisə malik olaraq, mühafizə olunan mühitdə qulluq edilməsi tələb olunan xəstələrin ailə üzvləri, tibb işçiləri və bu xəstələrlə yaxın təmasda olan digər şəxslərdə diri virus tərkibli vaksinlə müqayisədə, inaktivasiya edilmiş qrip virusu peyvəndinə üstünlük verilir.[29]Bir tədqiqatda İİV xəstələrinin üçvalentli vaksinin yüksək dozaları ilə vaksinasiyası onların seroloji müdafiəsinə səbəb olmuşdur.[30] Üçvalentli inaktivasiya olunmuş qrip əleyhinə vaksin, həmçinin, hamilə olan İİV xəstələri üçün də immunogendir.[31] Ağır immunokompromisli xəstələrə (məs., kimyəvi terapiya, şüa terapiyası və ya yüksək dozalı kortikosteroidlər də daxil olmaqla, digər immunosupressiv terapiya qəbul edən xəstələr) inaktivasiya olunmuş vaksin ehtiyatla təyin edilməlidir, belə ki, onlarda peyvəndə qarşı immun cavab zəif ola bilər. Bununla belə, transplantasiya aparılmış şəxslərdə adyuvant vaksinin təhlükəsiz və immunogen olduğu müəyyən edilmişdir.[32] İmmunosupressiyası olan və ya immunokompromisli xəstələrdə intranazal diri durulaşdırılmış peyvəndin təyini əks-göstərişdir.

İmmun, respirator və kardiovaskulyar dəyişikliklər hamilə qadınlarda qrip infeksiyasının daha ağır formada təzahür etməsinə meylliliklə nəticələnir.[33] Qripə yoluxmuş hamilə qadınlarda vaxtındanəvvəl doğuş riski daha çoxdur.[34] Üçvalentli inaktivasiya olunmuş qrip vaksini həm İİV-ə yoluxmuş, həm də yoluxmamış hamilə qadınlarda immunogendir.[31] Təhlükəsizliyə gəlincə, ananın qrip peyvəndi ilə vaksinasiyası anadangəlmə inkişaf qüsuru riskini artırmır.[35][36][37]

Məqsəd virusun yüksəkriskli kontingentə ötürülməsinin qarşısının alınmasıdır.

Ağır dərəcəli immunokompromisə malik olaraq, mühafizə olunan mühitdə qulluq edilməsi tələb olunan xəstələrin ailə üzvləri, tibb işçiləri və bu xəstələrlə yaxın təmasda olan digər şəxslərdə diri virus tərkibli vaksinlə müqayisədə, inaktivasiya edilmiş qrip virusu peyvəndinə üstünlük verilir.

Səhiyyə işçiləri ictimai sağlamlığın qorunmasında əhəmiyyətli rol oynayırlar. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (XNPM) İmmunizasiya Praktikaları üzrə Məsləhətçi Komitəsi (İPMK) xəstəliyin profilaktikası məqsədilə bütün səhiyyə işçilərinin hər il qripə qarşı peyvənd olunmasını tövsiyə edir.[38] Ağır dərəcəli immunokompromisə malik olaraq, mühafizə olunan mühitdə qulluq edilməsi tələb olunan xəstələrin ailə üzvləri, tibb işçiləri və bu xəstələrlə yaxın təmasda olan digər şəxslərdə diri virus tərkibli vaksinlə müqayisədə, inaktivasiya edilmiş qrip virusu peyvəndinə üstünlük verilir.

Səhiyyə işçisinin vaksinasiyası, onların evdə qripə yoluxmaqdan, beləliklə də, işdə xəstələri yoluxdurmaqdan qorunması, deməkdir. Xəstəxanalar və uzunmüddətli qulluq müəssisələrində qrip alovlanmaları səhiyyə işçiləri arasında vaksinasiya göstəricilərinin aşağı olması ilə əlaqələndirilmişdir.[39] Tədqiqatlar göstərir ki, səhiyyə işçiləri arasında, məsələn, uzunmüddətli qulluq müəssisələri və qocalar evində vaksinasiya artırılarsa, qripəbənzər xəstəlik və hətta ölüm hallarının sayını azaltmaq mümkündür.[40][41][42]

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.