Ağırlaşmalar

Ağırlaşmalar table
AğırlaşmaVaxt həddiEhtimal

bakterial pnevmoniya

QısamüddətliYüksək

Əksər hallarda yüksək risk qruplarında, məsələn, xroniki tibbi patologiyaları olan şəxslərdə rast gəlir və qripdən bütün ölüm hallarının 25%-i onunla əlaqədardır.[5]

Ən çox rast gələn törədiciləri Streptococcus pneumoniae, Staphylococcus aureus və Haemophilus influenzae-dır.[130]

Antibiotiklərlə müalicə zamanı qeyd edilən bakterial patogenlərə qarşı effektiv vasitələr seçilməli və ya əkmə nəticələrinə istinad edilməlidir.

Döş qəfəsinin rentgen müayinəsində tipik infiltratlar izlənilir.

viruslu pnevmoniya

QısamüddətliAşağı

Virus infeksiyası bilavasitə ağciyər toxumasını zədələdikdə ilkin qrip pnevmoniyası baş verir.

Kəskin qrip xəstəsində simptomlar davam etdikdə və yaxşılaşmaq əvəzinə daha da pisləşdikdə, bu hala şübhə yaranmalıdır.

Yüksək hərarət, təngnəfəslik və hətta sianoz inkişaf edə bilər.[4]

Əksər hallarda yüksək risk qruplarında, məsələn, xroniki tibbi patologiyaları olan şəxslərdə rast gəlir.

orta qulağın iltihabı

QısamüddətliAşağı

Uşaqların 10-50%-də qrip infeksiyasının gedişini ağırlaşdırır.[151] Ozeltamivirlə müalicə uşaqlarda yeni kəskin orta otitin insidentliyini azaldır.[152]

Bakterial superinfeksiyadır və etioloji amillərinə ən çox Streptococcus pneumoniae, Haemophilus influenzae və ya Moraxella catarrhalis aid edilir.[153] Müalicəsi bu törədicilərin aradan qaldırılmasına istiqamətləndirilmişdir.

rabdomioliz/miozit

QısamüddətliAşağı

Miozit daha çox uşaqlarda qeydə alınaraq, tipik hallarda aşağı ətraf əzələlərində ağrı ilə xarakterizə edilir.

Patogenezi aydın deyil. Bununla belə, zədələnmiş əzələlərdə qrip virusu rast gəlmişdir.[154]

Zərdabda kreatinfosfokinazanın miqdarının artması və bəzən böyrək çatışmazlığı ilə gedən mioqlobinuriya ilə səciyyələndirilir.[155][156]

ensefalit

QısamüddətliAşağı

2000-2004-cü illərdə ABŞ-da laborator müayinə ilə təsdiqlənmiş 842 pediatrik qrip xəstəsində aparılmış retrospektiv koqorta tədqiqatında nevroloji ağırlaşmaların hər 100 000 nəfərə 4 hadisə olduğu müəyyən edilmişdir.[151]

Nevroloji ağırlaşmalar 6 aydan 4 yaşadək uşaqlarda, eləcə də, nevroloji və ya sinir-əzələ patologiyası olanlarda daha çox rast gəlmişdir.

Ensefalit virus MSS-ə daxil olduqda baş verir. Ensefalit zamanı baş beyin funksiyalarının pozulması müşahidə edildiyinə görə, əqli statusun pozulması, hərəkət və ya hissiyat çatışmazlığı, davranış və şəxsiyyət, eləcə də, nitq və hərəkət pozğunluqlarına diqqət edilməlidir.

Müalicə simptomatikdir.

köndələn miyelit

QısamüddətliAşağı

Onurğa beyninin kəskin iltihabı nəticəsində seqmentar zədələnməsindən əmələ gəlir. Tipik hallarda iltihab ikitərəfli olub, zədə nahiyəsindən aşağıda zəiflik və hissiyat pozğunluqları törədir.

Onurğa beyninin MRT-sində zədələnmiş seqment(lər)də qadolinium gücləndirici siqnal pozğunluqları müşahidə edilir.

Müalicə çox vaxt parenteral kortikosteroidlərlə aparılır.[157]

aseptik meningit

QısamüddətliAşağı

Meningit zamanı xəstədə narahatlıq, yuxululuq və/və ya başağrı ola bilər, lakin baş beyin funksiyaları normal olaraq qalır.

Müalicə simptomatikdir.

2000-2004-cü illərdə ABŞ-da laborator müayinə ilə təsdiqlənmiş 842 pediatrik qrip xəstəsində aparılmış retrospektiv koqorta tədqiqatında nevroloji ağırlaşmaların hər 100 000 nəfərə 4 hadisə olduğu müəyyən edilmişdir.[151] Nevroloji ağırlaşmalar 6 aydan 4 yaşadək uşaqlarda, eləcə də, nevroloji və ya sinir-əzələ patologiyası olanlarda daha çox rast gəlmişdir.

Giyen-Barre sindromu (GBS)

QısamüddətliAşağı

Heterogen patologiya olaraq, bir neçə variantda təzahür edə bilər. Bir çox hallarda GBS keçirilmiş infeksiya nəticəsində törənən kəskin iflicedici xəstəlik şəklində manifestasiya edir.

GBS-in kardinal kliniki əlamətlərinə dərin vətər reflekslərinin olmaması və ya süstləşməsi ilə müşayiət olunan, proqressivləşən, nisbətən simmetrik əzələ zəifliyi aiddir.

Kortikosteroidlər və immunoqlobulin infuziyaları kimi xəstəliyi modifikasiya edən vasitələrdən istifadə olunmasına baxmayaraq, müalicəsi əksər hallarda dəstəkləyicidir.[158]

toksik şok sindromu

QısamüddətliAşağı

Xəstəlik hadisələrinə dair hesabatlarda həm A, həm də B tipli qrip virusu infeksiyaları zamanı Staphylococcus aureus infeksiyası və kəskin qriplə əlaqədar toksik şok sindromu təsvir edilmişdir.[159]

qripdən sonrakı ensefalopatiya

UzunmüddətliAşağı

2000-2004-cü illərdə ABŞ-da laborator müayinə ilə təsdiqlənmiş 842 pediatrik qrip xəstəsində aparılmış retrospektiv koqorta tədqiqatında nevroloji ağırlaşmaların hər 100 000 nəfərə 4 hadisə olduğu müəyyən edilmişdir.[151]

Nevroloji ağırlaşmalar 6 aydan 4 yaşadək uşaqlarda, eləcə də, nevroloji və ya sinir-əzələ patologiyası olanlarda daha çox rast gəlmişdir.

Əqli statusun pozulması, hərəkət və ya hissiyat pozğunluqları, davranış və şəxsiyyət, eləcə də, nitq və hərəkət pozğunluqlarına diqqət edilməlidir.

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.