Koxran Klinik Cavablar

Elmi sübutların qiymətləndirilməsi

Elmə əsaslanan faktlar A

Yetkin yaşlı sağlam şəxslərdə vaksinin effektivliyi: diri durulaşdırılmış və ya inaktivasiya olunmuş qrip vaksinlərilə peyvənd olunmanın infeksiyanın profilaktikasında yüksək effektivliyə malik olması ilə bağlı yaxşı keyfiyyətə malik dəlillər mövcuddur.[59][60][61][62][63]

Elmə əsaslanan faktlar A

Simptomların profilaktikası: qripəbənzər xəstəliyin deyil, qrip xəstəliyinin simptomlarını yüngülləşdirməkdə inhalyasion zanamivirin plasebodan effektiv olduğu barədə keyfiyyətli dəlillər vardır. Bundan əlavə, 29 sayda randomizə olunmuş nəzarət tədqiqatlarının metaanalizində ozeltamivir və zanamivir üçün simptomların aradan qaldırılmasındakı vaxt nisbəti müvafiq olaraq 1,33 və 1,30 olmuşdur, bir şərtlə ki, müalicə simptomların başlanmasından sonra 48 saat ərzində başladılsın.[132] Randomizə edilmiş nəzarət olunan tədqiqatlar ardıcıl olaraq təsdiq edir ki, həm ozeltamivir, həm də zanamivir qripin müalicə və profilaktikasında kliniki effektivliyə malikdir.[127]

Elmə əsaslanan faktlar C

Uşaqlarda əsas diaqnostik faktorlar: uşaqlarda hərarət və öskürəyin mövsümi qripin proqnostik əlamətləri olduğunu göstərən dəlillərin keyfiyyəti aşağı dərəcədədir. 5-12 yaşlı uşaqlar arasında aparılmış tədqiqatlarda hərarət və öskürəyin birlikdə müsbət proqnostik dəyəri 71-83%, bununla müqayisədə, 5 yaşdan kiçik uşaqlarda 64% təşkil etmişdir.[88] Bir böyük, əhaliyə istinad edən müşahidə tədqiqatında hərarət və ya tənəffüs yollarının kəskin infeksiyası əlamətləri olan bütün uşaqlarda qripə görə müayinə aparılmış, bu zaman hospitalizasiya edilmiş, yaşı 6 ayadək olan və qripin laborator təsdiqləndiyi uşaqların 70%-də hərarət və öskürək olmuş, bununla müqayisədə, 6 ay-5 yaş arasındakı hospitalizasiya edilmiş uşaqlarda bu göstərici 91% təşkil etmişdir.[88]

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.