Investigations

1st investigations to order

kliniki diaqnoz

Test
Result
Test

Qripin heç bir patoqnomonik əlaməti yoxdur və digər müayinələr yalnız müayinə nəticələrinin diaqnostika və müalicə üsullarının seçilməsinə təsir edəcəyi hallarda və əhali arasında xəstəliyin müşahidəsi tələb olunduqda aparılmalıdır.[76]

Result

məlum mövsümi qrip alovlanması zamanı febril respirator xəstəlik

Investigations to consider

virus kulturası:

Test
Result
Test

Laborator diaqnostikada təsdiqləyici müayinədir, lakin nəticələrin əldə edilməsi üçün 3-10 sutka vaxt tələb olunur. Nəticə alınması üçün 72 saatadək müddət tələb olunduğuna görə ilkin kliniki müalicə üçün çox istifadə edilmir. Bu müayinə təsdiqləyici üsul kimi və ictimai səhiyyə müşahidəsi üçün istifadə olunur.

Təbəqə daxilində kultura (sentrifuqa ilə) mövcud olarsa, nəticələrin alınma vaxtını 1-3 günə qədər qısalda bilər.[76]

Uyğun müayinə materialına burun-udlaq yaxması, burun yuyuntusu, bronx yuyuntusu, burun aspiratı və bəlğəm aiddir.[89]

Result

qrip virusu və ya virus antigeninin aşkarlanması

düz immunoflüoressent anticisim boyanması

Test
Result
Test

A və B qripi viruslarını aşkarlayır.

Uyğun müayinə materialına burun-udlaq yaxması, burun yuyuntusu, bronx yuyuntusu, burun aspiratı və bəlğəm aiddir.

Nəticələr 2-4 saata alınır.

Result

qrip virusunun aşkarlanması

əks transkripsiya-polimeraz zəncirvari reaksiya

Test
Result
Test

A və B qripi viruslarını aşkarlayır.

Uyğun müayinə materialına burun-udlaq yaxması, burun yuyuntusu, bronx yuyuntusu, burun aspiratı və bəlğəm aiddir.

Nəticələr 2-4 saata alınır.

Result

qrip virusunun aşkarlanması

seroloji müayinə

Test
Result
Test

A və B qripi viruslarını aşkarlayır.

Kəskin (xəstəliyin ilk həftəsində) və rekonvalessent dövr (kəskin materialın götürülmə tarixindən 2-4 həftə sonra) nümunələrindən təşkil olunmaqla, cüt zərdab nümunələrinin müayinəsini nəzərdə tutur.

Müayinə nəticəsinin müsbət olması yeni keçirilmiş infeksiyanın göstəricisidir.

Nəticələrin əldə edilməsi üçün 2 həftə və ya daha artıq müddət tələb oluna bilər.

Result

kəskin və rekonvalessent zərdabların müayinəsi zamanı anticisim titrində dörd dəfə və ya daha artıq yüksəlmə

immunoferment analiz (İFA)

Test
Result
Test

A və B qripi viruslarını aşkarlayır.

Uyğun müayinə materialına burun-udlaq və boğaz yaxmaları, eləcə də, burun və bronx yuyuntuları aiddir.

Nəticələr 2 saata alınır.

Result

qrip virusunun aşkarlanması

ekspress diaqnostik sınaqlar

Test
Result
Test

A və B tipli qrip viruslarının ikisindən birini, yaxud da eyni zamanda hər ikisini 30 dəq-dən az müddət ərzində aşkarlaya bilən müxtəlif test sistemləri mövcuddur.

Digər respirator viruslar tərəfindən törədilən infeksiyalardan fərqləndirilməsi və ya təkcə klinika əsasında diaqnostika edilməsi mümkün olmayan sporadik qrip hallarında effektiv ola bilər.[90][91][80][92]

RNT-nin kiçik miqdarlarını aşkar edir. Əkmə ilə müqayisədə, daha həssasdır.

Virusun ətrafa yayılması simptomların başlanmasından 24-48 saat sonra pik həddə çatdığı üçün, bu müayinə qeyd edilən müddətdə aparıla bilər. Ekspress diaqnostik müayinələrin həssaslıq və spesifikliyi, müvafiq olaraq, təxminən 70-75% və 90-95% təşkil edir.

Nisbətən baha başa gəlir.

XNPM mövcud testlərin siyahısını təqdim edir. CDC: influenza symptoms and the role of laboratory diagnostics Opens in new window

Result

İstifadə edilən test sistemindən asılı olaraq A və/və ya B qripi üzrə müsbət ola bilər.

döş qəfəsinin rentgenoqramması

Test
Result
Test

İlkin viruslu və ya ikincili bakterial pnevmoniyanın inkar edilməsi üçün istifadə olunmalıdır.

Xəstəxanadankənar pnevmoniyanın rentgenoloji əlamətlərinə paylı sərtləşmə, interstitsial infiltratlar və kavitasiyalar aiddir.

Belə qəbul edilmişdir ki, paylı sərtləşmə bakterial pnevmoniyanı, interstitsial infiltratlar isə Pneumocystis jirovecii (keçmiş adı P. carinii) və viruslar tərəfindən törədilən pnevmoniyanı ehtimal etməyə əsas verir. Bununla belə, radioloqlar təkcə rentgenoloji məlumatlar əsasında bakterial və qeyri-bakterial pnevmoniyaları dəqiq differensiasiya edə bilmirlər.[93]

Result

ağırlaşmamış hallarda norma daxilində olur; ağırlaşmalar zamanı pnevmoniyaya uyğun infiltratlar izlənə bilər

Use of this content is subject to our disclaimer