Yanaşma

Müalicənin əsasını effektiv izolyasiya ilə birlikdə infeksiyanın erkən aşkarlanması və xəstəxana şəraitində ən yaxşı dəstəkləyici qayğı təşkil edir.com.bmj.content.model.Caption@13ffe21[Figure caption and citation for the preceding image starts]: Sierra Leon, Kerritaunda Uşaqları Qoruyun Ebola müalicə mərkəzində otaqlarda həkimlər tərəfindən çoxistiqamətli başçəkmə (Səhiyyə Nazirliyinin nümayəndəsi, Kuba Tibbi Briqada nümayəndəsi və Birləşmiş Krallıq həkimi)Tom E. Fletçer-in (Britaniya İmperiyası Orderinin Üzvü, Tibb Elmləri üzrə Bakalavr, Cərahiyyə üzrə Bakalavr dərəcələri, Həkimlər Kollecinin Üzvü, Tropik Tibb və Gigiyena üzrə Diplom) kolleksiyasından götürülmüşdür; icazə ilə istifadə edilmişdir [Citation ends].

Xəstəlik hadisəsinin yüksək ölüm göstəriciləri alovlanmalar baş verən və resursları zəif olan ucqar müəssisələrdə simptomatik müalicə ilə əlaqəli ola bilər və həddən artıq yüklənmiş səhiyyə strukturunda xəstələrin əsas tibbi xidmətin əldə edilməsində qarşılaşdıqları çətinliklərini əks etdirə bilər.[18][20]com.bmj.content.model.Caption@3207ee65[Figure caption and citation for the preceding image starts]: 2014-cü il, Qərbi Afrikada Ebola müalicə mərkəzində ümumi şəraitKetrin F. Houlihanın, Elmlər Magistri, MB ChB, MRCP, DTMH şəxsi kolleksiyasından; icazə ilə istifadə edilmişdir [Citation ends].com.bmj.content.model.Caption@11b922bb[Figure caption and citation for the preceding image starts]: 2014-cü il, Qərbi Afrikada Ebola müalicə mərkəzində palata ərazisiChris Lane-in (Dəqiq Elmlər üzrə Magistr dərəcəsi) şəxsi kolleksiyasından götürülmüşdür; icazə ilə istifadə edilmişdir [Citation ends].

İspaniya, Almaniya, Fransa, Norveç, İtaliya, İsveçrə, Birləşmiş Krallıq və ABŞ kimi inkişaf etmiş ölkələrə gətirilmiş xəstəlik hadisələri fərqli seenari təqdim edir, belə ki, bu müəssisələrdə mövcud olan hərtərəfli simptomatik terapiya həm də intensiv terapiya şöbələrində orqanların dəstəklənməsini də özündə birləşdirir.[37][113] Buna baxmayaraq, spesifik, sübut olunmuş terapiyaların çatışmazlığı göstərir ki, ən yaxşı simptomatik terapiyanın mövcud olduğu inkişaf etmiş ölkələrdə belə, ölüm halları baş verir.[88][114][115]

Xəstəxanadaxili infeksiya riskinin yüksək ola biləcəyi intensiv terapiyaya irəliləmiş xəstəlik və zəif proqnoz müşahidə edilən xəstələrin köçürülməsinin münasibliyi haqqında əvvəllər aktiv müzakirələr aparılmışdır. Ehtimal edilirdi ki, yoluxduğu şübhəli (amma təsdiqlənməyən) bilinən xəstələrə tam simptomatik terapiyanın təmin edilməsində uğursuzluq bu xəstələr üçün substandart müalicə ilə nəticələnə bilər ki, bu xəstələrin daha sonra malyariya kimi müalicə oluna bilən xəstəliyə malik olduqları müşahidə oluna bilər. İndi aydındır ki, Qərbi Afrika müəssisəsindən kənarda müalicə olunan xəstələrin 81,5%-də sağqalma göstəricisinin qeyd edilməsi ilə tam simptomatik qulluq ölüm göstəricisini azalda bilər və mümkün olduğu zaman təmin edilməlidir.[116][117][118] Şübhəli infeksiya müşahidə edilən xəstələrin intensiv terapiya şöbəsinə mümkün köçürülməsindən əvvəl bu xəstələr və artıq köçürülmüş xəstələr üçün bu vəziyyətin həll olunması üsulu yerli xəstəxana protokollarında nəzərdə tutulmalıdır.[95][115][117][119][120]

Uşaqlar pediatrik təcrübəyə malik tibb personalı tərəfindən müalicə olunmalıdır. Qeyri-endemik müəssisələrdə uşaqlara qulluğun planlaşdırılması mürəkkəbdir və hər dəfə mümkün olduqda, reanimatoloqların erkən cəlb olunması tövsiyə olunmuşdur.[121][122][123]

Klinisistlərin xəstələrə nisbətinin artması ölüm göstəricisini aşağı sala bilər. Xəstələrə gündə 3 dəfə baxış keçirməklə hər 4 xəstəyə ən azı bir klinisist (tibb bacıları, kliniki işçilər və ya həkimlər) nəzərdə tutulmuş ştat cədvəli tövsiyə olunur.[124]

Ebola virusu infeksiyası haqqında təcili bildiriş verilməli xəstəlikdir.

İzolyasiya və infeksiyaya nəzarət

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ya Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (XNPM) xəstəlik hadisəsinin təyinləri üzrə infeksiya riski altında olduğu müəyyənləşdirilən xəstələr fərdi hamam otağı avadanlıqları ilə təchiz olunmuş otaqda dərhal təcrid edilməlidirlər:

Xəstəyə qulluq edən tibb işçiləri dərc edilmiş protokollara cavab verən müvafiq fərdi mühafizə vasitələrindən (FMV) istifadə etməlidirlər. Bütün kontaminasiya olunmuş materiallar (geyimlər, yataq ağları) potensial olaraq yoluxucu kimi nəzərə alınmalıdır. ÜST və XNPM FMV ilə bağlı ətraflı təlimatlar tərtib etmişdir:

ÜST və XNPM Qərbi Afrikada tibb işçiləri üçün infeksiyaya nəzarətə dair ətraflı təlimatlar tərtib etmişdir:

Laboratoriya tədqiqatları üçün nümunələr (Ebolaya görə ƏT-PZR, qanın ümumi analizi, zərdab kreatinin və sidik cövhəri, qaraciyərin funksional testləri, arterial qanın qaz tərkibi, laxtalanma tədqiqatları, qan kulturaları və malyariya kimi digər vəziyyətlər üçün tədqiqatlar) yerli və dövlət protokollarına əsasən toplanılmalı və laboratoriyaya göndərilməlidir. Laboratoriya işçiləri və digər tibb personalına ötürülmə riskini azaltmaq məqsədilə tədqiqatların əsaslandırılmış seçimi vacibdir. Xəstənin qəbulunda erkən olaraq mərkəzi kateterin yerləşdirilməsi (mümkün olarsa) iynə deşiyi zədələri riskini azaltmaqla, qan nümunələrinin götürülməsi və maye köçürülməsi üçün şərait yaradır.[125] ÜST və XNPM nümunə toplanmasına dair ətraflı təlimatlar tərtib etmişdir:

Maye və elektrolit əvəzlənməsi

Qusma və ishalın yüksək tezliyi onu göstərir ki, xüsusilə xəstələr gec müraciət edərsə, adətən, dehidratasiyalı və hipovolemik olur. Resursları zəif müəssisələrdə başlıca kliniki nəzarət (hərarət, nəfəsalma tezliyi, nəbzin ritmi, qan təzyiqi və maye qəbulu/ifrazı) vacib, lakin adətən, çətin olduğundan, yüksək ölüm göstəricilərinin səbəbi olduğu ehtimal edilir.

Məhlulların peroral qəbuluna tab gətirə bilən və şiddətli dehidratasiya olunmayan xəstələr üçün peroral rehidratasiya məhlulları istifadə edilə bilər, amma xəstələrin əksəriyyətində ya fizioloji məhlul, ya da laktat Ringer məhlulu ilə damardaxili maye terapiyasına ehtiyac olur.[20][75]com.bmj.content.model.Caption@3d8968b5[Figure caption and citation for the preceding image starts]: 2014-cü il, Qərbi Afrikada Ebola müalicə mərkəzində peroral rehidrasiya məhlulları ləvazimatlarıChris Lane-in (Dəqiq Elmlər üzrə Magistr dərəcəsi) şəxsi kolleksiyasından götürülmüşdür; icazə ilə istifadə edilmişdir [Citation ends].com.bmj.content.model.Caption@3070dda7[Figure caption and citation for the preceding image starts]: Ebola virusu xəstəliyinə malik xəstədə venadaxili kateterin qoyulması (Qərbi Afrika)Tom E. Fletçer-in (Britaniya İmperiyası Orderinin Üzvü, Tibb Elmləri üzrə Bakalavr, Cərahiyyə üzrə Bakalavr dərəcələri, Həkimlər Kollecinin Üzvü, Tropik Tibb və Gigiyena üzrə Diplom) kolleksiyasından götürülmüşdür; icazə ilə istifadə edilmişdir [Citation ends].

Zəif perfuziyanın göstəriciləri zəif və ya qeyri-adekvat peroral qida qəbuluna işarə edə bilər və xəstələr dərhal venadaxili qidalanmaya keçirilməlidir. Seçimlərə periferik və ya mərkəzi venadaxili və ya sümükdaxili müdaxilə aiddir.[124]

Tələb olunan venadaxili mayelərin həcmi kliniki müayinəyə (dehidratasiyanın səviyyəsi, şok əlamətləri) və maye itkisi səviyyələrinə (ishal və\və ya qusuntunun həcmi) əsaslanaraq, qiymətləndirilməlidir. İshal müşahidə edilən qızdırmalı xəstələrdə maye terapiyasının böyük həcmləri (10 l/gün) tələb oluna bilər.[37][126][127] Kalium terapiyasının (5-10 mmol [5-10 mEq/l] hər saat kalium xlorid) böyük miqdarları da tələb oluna bilər.[22][113][128]

Sıx nəzarət və müntəzəm monitorinq tələb olunur, çünki reaksiyanı qiymətləndirmək və həddən artıq maye verilməsinin qarşısını almaq vacibdir. Xəstələr şok, dehidratasiya və ya həddən artıq hidratasiya əlamətləri üzrə yoxlanılmalı və maye nisbəti müvafiq şəkildə nizamlanmalıdır. Hipovolemiyanı aşkar etmək üçün həyat əlamətlərinə (yəni, ürək yığılmalarının tezliyi, qan təzyiqi, ifraz olunan sidiyin miqdarı, mədə-bağırsaq sistemində mayenin itirilməsi) ümumi nəzarət və gündə ən azı 3 dəfə həcm statusunun yoxlanılması tələb olunur.[124]

Peroral loperamid profuz ishalın azalmasına kömək edə bilər, lakin onun rolunu müəyyənləşdirmək üçün əlavə dəlil tələb olunur və ÜST tərəfindən hal-hazırda tövsiyə olunmur.[129][130][131][132]

İzolyatorda xəstənin yatağı yanında testlərin aparılması xəstənin biokimyəvi statusuna daha effektiv nəzarət etməyə kömək edir və nümunə daşınması ilə əlaqəli riskləri azaldır.[95] Elektrolit nəzarəti gündəlik icra edilməli və ehtiyac olan səviyyədə təmin edilməlidir.[20] Venadaxili mayelərin böyük həcmləri tətbiq olunarsa və ya ciddi biokimyəvi patologiya mövcud olarsa, daha sıx nəzarətin aparılması nəzərdə tutulmalıdır. Qanda laktatın yüksək səviyyələri hipoperfuziyanın etibarlı göstəricisidir və maye reanimasiyasını istiqamətləndirməkdə kömək edə bilər.[95]

Maye və elektrolitlərin idarə olunması, eləcə də kəskin xəstəlik və rekonvalessent dövrdə müvafiq qidalanmanın saxlanılması üzrə spesifik tövsiyələr üçün ÜST rəhbər qaydalarına müraciət edilməlidir.

World Health Organization (WHO): manual for the care and management of patients in Ebola care units/community care centres - interim emergency guidance external link opens in a new window

World Health Organization (WHO): clinical management of patients with viral haemorrhagic fever: a pocket guide for the front-line health worker external link opens in a new window

Simptomatik müalicə

Hərarət və ağrı:

  • Birinci sıra seçimi kimi parasetamol ilə müalicə olunmalıdır. Daha şiddətli ağrı üçün opioid analgetiklərə (məs., morfin) üstünlük verilir. Qanaxma riskinin artması ilə əlaqədar və potensial nefrotoksiklik səbəbindən qeyri-steroid iltihab əleyhinə dərmanlardan (aspirin daxil olmaqla) imtina edilməlidir.[132]

Mədə-bağırsaq simptomları:

  • Yuxarıda qeyd olunmuş tövsiyələrə uyğun olaraq, qusma və ishal zamanı maye əvəzetməsi tələb olunur.

  • Ürəkbulanma/qusma zamanı peroral və ya venadaxili qusma əleyhinə dərmanlar (ondansetron, metoklopramid) tövsiyə edilir.[132]

  • İshaldan əziyyət çəkən uşaqlar üçün sink tövsiyə olunur.[132]

  • Xəstələr mədə-bağırsaq infeksiyalarına görə müayinə və müvafiq şəkildə müalicə edilməlidirlər.[132]

  • Qərbi Afrikadakı 2014-cü il alovlanmasında ağır ishaldan əziyyət çəkən xəstələrdə fekal nəzarət sistemləri uğurla tətbiq olunmuşdur. Bu üsula dözümlülük yaxşı olmuş və infeksiyanın profilaktikasında və tibb işçiləri üçün nəzarətdə faydalı olmuşdur.[97]

Yanğı hissi/disfagiya/abdominal ağrı:

  • Xəstələr müvafiq antasid vasitə və ya proton pompası inhibitorunun (omeprazol) tətbiqindən faydalana bilər.[132]

Qıcolmalar:

  • Baxmayaraq ki, az rast gəlir, qıcolmalar irəliləmiş xəstəliyin xüsusiyyətidir və tibb işçiləri üçün risk yaradır, çünki onlar xəstənin bədən mayeləri ilə təmas riskini artırır. Kəskinləşdirən əlamətlərin tanınması və aradan qaldırılması (qızdırma, azalmış perfuziya, elektrolit pozuntuları, hipoqlikemiya) zəruridir. Qıcolmaların qarşısını almaq məqsədilə benzodiazepin istifadə edilə bilər, təkrar baş verən qıcolmalar üçün antikonvulsant vasitələr (fenobarbital) verilə bilər.[132] Venadaxili yeridilmə mümkün olmazsa, əzələdaxili və ya rektal vurula bilər.

Həyəcan:

  • Baxmayaraq ki, az rast gəlir, həyəcan ensefalopatiya və ya güman ki, beyində virusun birbaşa təsiri ilə müşayiət oluna bilər və irəliləmiş xəstəlikdə baş verə bilər. Xəstənin sakitləşdirilməsi və tibb işçilərində iynə ilə zədələnmələrin qarşısının alınması üçün sakitləşdirici vasitənin (haloperidol və ya benzodiazepin) əsaslandırılmış istifadəsi vacibdir.[132]

Respirator distres:

  • Oksigen SpO2 ≥90% səviyyəsini təmin etmək üçün titrasiya edilməlidir. Həmçinin, SpO2 <94% olduqda, təyin edilə bilər. Xəstələr pnevmoniya, bədəndə həddən artıq maye, fitverici tənəffüs və durğunluq ürək çatışmazlığına görə müayinə edilməli və müvafiq şəkildə müalicə olunmalıdırlar.[132]

Bəzi xəstələrə sümükdaxili müdaxilə lazım gəlir.com.bmj.content.model.Caption@68049de8[Figure caption and citation for the preceding image starts]: Ebola virusu olan kritik xəstədə sümükdaxili milin yeridilməsi (Qərbi Afrika)Tom E. Fletçer-in (Britaniya İmperiyası Orderinin Üzvü, Tibb Elmləri üzrə Bakalavr, Cərahiyyə üzrə Bakalavr dərəcələri, Həkimlər Kollecinin Üzvü, Tropik Tibb və Gigiyena üzrə Diplom) kolleksiyasından götürülmüşdür; icazə ilə istifadə edilmişdir [Citation ends].

Sepsis/septiki şok

Mövcud meyarlardan istifadə edərək, sepsis və septiki şokun müəyyənləşməsi sürətlə icra olunmalıdır.

Nəzarət bakterial sepsisdə olduğu kimi eyni prinsiplərə riayət edilməklə aparılır. Yerli təlimatlara riayət etmək lazımdır, lakin aşağıdakılar da daxil edilməlidir:[133]

  • Qan kulturalarının göndərilməsindən sonra ilk saatda genişspektrli antibiotiklərin təyini

  • Reaksiyanın qiymətləndirilməsi yolu ilə sürətli venadaxili maye reanimasiyası (30 dəqiqə ərzində və ya mümkündürsə, daha sürətli)

  • Tənəffüs yollarının idarə olunması və oksigenin verilməsi

  • Sidik ifrazına kateter qoyulması, həmçinin, həyat əlamətləri və kliniki göstəricilər vasitəsi ilə nəzarətə üstünlük verilir.

İnfeksiya müşahidə edilən xəstələrdə bağırsaq mikroflorasının ehtimal edilən translokasiyasını hədəf almaq məqsədilə genişspektrli antibiotiklərdən istifadə edilir. Heç bir dəlil ilə dəstəklənmir və yoluxmuş xəstələrdə qan kulturalarının təhlükləsiz şəkildə icrası çətindir. Bəzi müəssisələrdə, xüsusilə diaqnostik testlərin zəif mövcud olduğu endemik ərazilərdə nəzarət protokolunun bir hissəsi kimi xəstələrə müntəzəm olaraq genişspektrli antibiotiklər verilir.

Qanda laktat səviyyələri perfuziyanı və reanimasiyaya reaksiyanı qiymətləndirməyə kömək etmək üçün faydalı vasitədir.

İlkin idarəolunmaya reaksiya olmadıqda, inotrop dəstək nəzərdə tutulmalıdır, intensiv qulluq bölməsində mərkəzi venoz kateterə üstünlük verilir ki, bu zaman invaziv monitorinq maye, elektrolit və turşu balansının daha intensiv korreksiyasını təmin edir.[95][120]

Qansızmanın mümkünlüyü, xüsusilə dəri və ya selikli qişada qanaxmaya meyilli olan xəstələrdə nəzərə alınmalıdır.

Sepsis/septiki şokun nəzarəti üzrə spesifik tövsiyələr üçün ÜST rəhbər qaydalarına müraciət edilməlidir.

World Health Organization (WHO): manual for the care and management of patients in Ebola care units/community care centres - interim emergency guidance external link opens in a new window

World Health Organization (WHO): clinical management of patients with viral haemorrhagic fever: a pocket guide for the front-line health worker external link opens in a new window

Nəzərəçarpan qanaxma/hemorragiya

Massiv qanaxma az hallarda baş verir, proqessivləşmiş infeksiyanın təzahürü olaraq meydana gələrək, çox vaxt ölümcül nəticə verir.

Yerli protokollara əsasən, mümkün olduqda kliniki və laboratoriya göstəricilərinə (məsələn, hemoqlobin, hematokrit, BNN) əsaslanaraq, təzə xalis qan və ya trombosit və ya zərdab transfuziyası aparılmalıdır.[132][134]

K vitamini və tranekzam turşusu qanaxmalı xəstələrin əsaslanmış müalicə üsullarıdır.[132]

Orqan disfunksiyası

Bir çox orqanın disfunksiyası irəliləmiş infeksiyanın ümumi xüsusiyyətidir və kəskin böyrək çatışmazlığı, pankreatit, böyrəküstü vəzi çatışmazlığı və qaraciyərin zədələnməsindən ibarətdir. Qaraciyərin zədələnməsi (hepatit) çox rast gəlir; baxmayaraq ki, sarılıq çox rast gələn xüsusiyyət deyil.[60] Böyrək disfunksiyası çox rast gəlir, amma ilkin mərhələlərdə müvafiq maye reanimasiyası ilə qarşısı alına bilər.[60] Maye reanimasiyasına reaksiya verməyən, anuriyanın müşahidə edildiyi xəstələrdə əvəzləyici böyrək terapiyası istifadə edilmişdir, baxmayaraq ki, bu üsulun effektivliyini dəstəkləyən sınaq məlumatları yoxdur. Avropa və Şimali Amerikada həm invaziv mexaniki ventilyasiya, həm də böyrək dəyişmə ilə müalicə edilən, poliorqan çatışmazlığı olan 5 xəstədən 3-ü ölmüşdür.[37][88][113][115][135]

Rekonvalessent xalis qan və ya zərdab

Keçmiş alovlanmalardan məhdud sayda dəlil mövcuddur ki, rekonvalessent xəstələrdən qanın köçürülməsi infeksiyanın kəskin fazasında faydalıdır və ölüm göstəricisini azalda bilər.[9][136] Rekonvalessent zərdabın istifadəsinin xalis qanın istifadəsinə nisbətən daha müyəssər və effektiv olduğu ehtimal edilir.[137][138] ÜST rekonvalessent qan/zərdab istifadəsinə dair rəhbər qaydalar təsis etmişdir. Qvineyada aparılmış sınaqlar rekonvalessent zərdab ilə müalicə olunan xəstələrdə sağqalmanın üstünlüyünün rekonvalessent zərdaba aid olduğunu göstərməmişdir, baxmayaraq ki, müalicə təhlükəsiz olub və kəskin ağırlaşmalar qeydə alınmamışdır.[139][140]

World Health Organization (WHO): use of convalescent whole blood or plasma collected from patients recovered from Ebola virus disease for transfusion, as an empirical treatment during outbreaks external link opens in a new window

World Health Organization (WHO): ethics of using convalescent whole blood and convalescent plasma during the Ebola epidemic external link opens in a new window

Malyariya ilə yanaşı gedən infeksiya

Malyariya mövcud olarsa, müvafiq malyariya əleyhinə terapiyaya görə müayinə və müalicə olunmalıdır, eyni zamanda Ebola virusu infeksiyası və ikili infeksiyanın mümkünlüyünə görə xəstənin riski yadda saxlanılmalıdır. Endemik ərazilərdə infeksiyanın təsdiqi ilə və ya təsdiqi olmadan müntəzəm nəzarət protokolunun bir hissəsi kimi malyariya müalicəsi, adətən, tətbiq olunur.

Hamilə qadınlar

Əvvəlki alovlanmalarda hamilə olmayan qadınlar ilə müqayisədə, hamilə qadınlarda qeydə alınan xəstəlik hadisəsi üzrə ölüm göstəricisi yüksək (96%-ə kimi) olmuşdur.[141]

Hamilə qadınların ümumi tibbi nəzarəti yoluxmuş hər hansı digər şəxs üçün olduğu kimi eynidir. Yoluxmuş qadınlarda doğuş zamanı qanaxma və spontan uşaqsalma çox rast gəlir; bu səbəbdən, mamalıq tədbirləri hemorragik ağırlaşmaşların nəzarəti və erkən müalicəsinə yönəldilməlidir.[21][141][142][143][144] 2014-cü il alovlanması üzrə təcrübə göstərir ki, yaxşı nəticələrə nadir hallarda nail olmaq mümkündür.[145]

Dölyanı mayedə virusun olduğu müşahidə edilmişdir, bura qanda səviyyənin müəyyən edilə bilinməməsi halı da daxildir. Bu səbəbdən, doğuşla bağlı tövsiyələrə süni vasitələrlə doğuşun həyata keçirilməsi, xüsusilə selikli qişaların kəsilməsinin qarşısının alınması daxildir.[145]

Hamilə qadınlara qulluq göstərən tibb işçiləri tərəfindən ŞMV-nin istifadəsinə dair tövsiyələr hamilə olmayan xəstələrə qulluq göstərən tibb işçiləri üçün olduğu kimidir. Digər biri üzərində bir doğuş üsulunu tövsiyə etmək üçün mövcud məlumatlar yoxdur. Ana südünün Ebola virusuna görə PZR nəticəsi mənfi olduğu görünənə kimi yoluxmuş qadınlar və ya şübhəli infeksiya müşahidə edilən qadınlara, ana südü ilə qidalandırmamaq məsləhət görülür. ÜST, XNPM və İngiltərə İctimai Səhiyyə Təşkilatı hamilə qadınlar və yeni doğulmuşlara qulluq göstərilməsində spesifik təlimat tərtib etmişdir.

World Health Organization (WHO): Ebola virus disease in pregnancy: screening and management of Ebola cases, contacts and survivors external link opens in a new window

Centers for Disease Control and Prevention (CDC): guidance for screening and caring for pregnant women with Ebola virus disease for healthcare providers in US hospitals external link opens in a new window

Public Health England (PHE): Ebola in pregnancy - information for healthcare workers external link opens in a new window

Centers for Disease Control and Prevention (CDC): care of a neonate born to a mother who is confirmed to have Ebola, is a person under investigation, or has been exposed to Ebola external link opens in a new window

Ailə ilə ünsiyyət

Xəstəxanada izolyasiya xəstələrin psixoloji rifahına təsir edir, o cümlədən, depressiya, həyəcan, qəzəb, qorxu və tənhalıq hallarının artmasına səbəb olur. İnfeksiya riskini artırmadan psixoloji narahatlığı azaltmaq üçün tibb işçiləri ailə və dostlarla ünsiyyət (məs., mobil telefon və ya internetdən istifadə etməklə) üçün şərait yaratmalıdırlar.[124]

Eksperimental terapiyalar

ÜST tərəfindən çağırılan etika komitəsi Konqo Demokratik Respublikasındakı 2018-ci il xəstəlik alovlanması zamanı mərhəmətli istifadə/geniş əlçatanlıq çərçivəsində beş tədqiqat terapiyasının istifadəsini təsdiqləmişdir: ZMapp, remdesivir, REGN3470-3471-3479 (monoklonal anticisimlər kokteyli), favipirivir, və mAb114.[146]rVSV-ZEBOV peyvəndindən də istifadə olunub. Təcrübi terapiyalar haqqında daha ətraflı məlumat üçün İnkişaf bölməsinə baxın.

Centers for Disease Control and Prevention (CDC): Ebola treatment external link opens in a new window

Public Health England: Ebola virus disease - clinical management and guidance external link opens in a new window

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.