Proqnoz

AXOX-un ağırlıq dərəcəsi geniş spektrdə dəyişir. Analoji olaraq, kəskinləşmələrin ağırlıq dərəcəsi də çox yüngül hallardan ağır və həyat üçün təhlükə törədən formalaradək dəyişir. AXOX zamanı xəstələnmə və ölüm göstəriciləri ən çox kəskinləşmə epizodları çərçivəsində qeydə alınır. Nisbətən köhnə tədqiqatlarda kəskinləşmə ilə əlaqədar hospitalizasiya olunmuş xəstələr arasında ölüm göstəricisi 4-30% arasında dəyişir. 1996-cı ildə ölkə üzrə stasionar xəstələrə aid məlumatlara istinad edən bir tədqiqatda (Səhiyyə Tədqiqatları və Keyfiyyət Agentliyi, Rokvil, Merilend, ABŞ) kəskinləşmə ilə əlaqədar hospitalizasiya olunmuş xəstələrdə stasionarda ölüm göstəricisi 2,5% təşkil etmişdir.[280] Bu tədqiqatda hospitalizasiyanın orta davametmə müddəti 5 gün təşkil etmişdir və xəstələrin 70%-i evdə əlavə tibb xidməti göstəşi olmadan evə yazılmışdır. Hospitalizasiya zamanı dünyasını dəyişmiş xəstələrin yaşlı olduğu, yanaşı xəstəliklərin daha çox olduğu və nisbətən uzun müddətə hospitalizasiya edildiyi müəyyən olunmuşdur. Təəcüblü deyil ki, ağciyərlərin mexaniki ventilyasiyası aparılmamış xəstələrlə müqayisədə, bu prosedur aparılanlarda ölüm göstəricisi daha yüksək olmuşdur (1,7%-ə qarşı 28%). Digər bir tədqiqatda AXOX kəskinləşməsi ilə əlaqədar hospitalizasiyadan sonra 5 illik ölüm göstəricisi təxminən 50% təşkil etmişdir.[281] Təkrar hospitalizasiya və/və ya ölüm göstəricisi FEV1-in azalması, PaCO2-nin daha yüksək və ya aşağı olması, APACHE II balının artması, bədən kütlə indeksinin azalması, yaşın çox olması, yanaşı xəstəliklər və fiziki fəallıq səviyyəsinin aşağı olması ilə assosiasiya olunur.[226][282][283][284][285][286][287] Çoxölçülü CODEX (yanaşı xəstəliklər, obstruksiya, təngnəfəslik, keçirilmiş ağır kəskinləşmələr) indeksi AXOX kəskinləşməsi üzrə hospitalizasiyadan 3 ay və bir il sonra təkrar hospitalizasiya və sağqalma göstəricilərinin proqnozlaşdırılmasına imkan verir.[288]

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.