Differensial diaqnostika
anamnezdə travma (güllə yarası, iri sınıqlar və avtomobil qəzası xəsarətləri də daxil olmaqla), keçirilmiş qanaxma epizodları və ya antikoaqulyant və ya qeyri-steroid iltihab əleyhinə preparat (QSİƏP) istifadəsinin olması
Xəsarəti göstərən əlamətlər (yara, qançır, deformasiya), hipotoniya, dərinin avazıması, taxikardiya, təngnəfəslik/hava çatışmazlığı, əqli statusun pozulması və ya sayıqlama, supinasiya vəziyyətində boyun venalarının kollapsı ümumi qanın ən azı 30-40%-nin itirildiyini göstərir
- QÜM:
hematokritin normal və ya azalmış olması; azalmış Hb; stresə cavab reaksiyası olaraq reaktiv leykositoz və trombositoz, çoxsaylı qanköçürmə nəticəsində durulaşma effekti hesabına trombositopeniya
- retikulositlərin miqdarı:
>2%
- protrombin vaxtı/aktivləşmiş hissəvi tromboplastin vaxtı:
adətən, norma daxilində olur, antikoaqulyantların təyini zamanı, hemostaz defektlərində və ya sərfiyyat koaqulopatiyasında uzanır
Ətraflı - oynaqlar və ya onurğanın rentgen müayinəsi:
sınıqların aşkarlanması
- diaqnostik laparotomiya:
qanaxma mənbəyinin müəyyən edilməsi
- zədə nahiyəsinin KT-si:
daxili orqan zədələrinin müəyyən edilməsi
anamnezdə mədə-bağırsaq qanaxması, qastrit, peptik xora xəstəliyi, diafraqmanın qida borusu dəliyinin yırtığı, qeyri-steroid iltihab əleyhinə preparat (QSİƏP) və ya kortikosteroid istifadəsi, spirtli içkilərdən istifadə, sirroz, antikoaqulyantlar, xoralı kolit, divertikulyoz, rektal qanaxma, melena, qanqusma, qarında ağrı simptomları
hipotoniya, dərinin avazıması, taxikardiya, təngnəfəslik/hava çatışmazlığı, əqli statusun pozulması və ya sayıqlama, supinasiya vəziyyətində boyun venalarının kollapsı ümumi qanın ən azı 30-40%-nin itirildiyini göstərir; assit, hepatomeqaliya/splenomeqaliya, qaraciyərin sirrotik sərtləşməsi, "meduza başı" əlaməti, ginekomastiya, melena və ya rektal müayinədə al qırmızı qan
- QÜM:
hematokritin normal və ya azalmış olması; azalmış Hb səviyyəsi; stresə cavab reaksiyası olaraq reaktiv leykositoz və trombositoz
- retikulositlərin miqdarı:
>2%
- protrombin vaxtı (PTV)/aktivləşmiş hissəvi tromboplastin vaxtı:
adətən, norma daxilində olur, sirroz, antikoaqulyant terapiyası və ya prossesin əsasında duran hemostaz pozğunluqları zamanı uzanır; sidik cövhərinin miqdarı arta bilər
- mədə-bağırsaq traktının yuxarı şöbələrinin endoskopiyası:
əgər qanaxma mədə-bağırsaq traktının yuxarı şöbələrindədirsə, qanayan varikoz və ya xoralar
- kolonoskopiya:
qanayan yara və ya kütlənin aşkarlanması
qəfil deşici ağrı və əgər qanaxma iri damardadırsa, huşun itirilməsi müşahidə edilə bilər; anamnezdə hipertoniya, kollagen pozğunluqları, travma, kokain və ya amfetamin istifadəsi
hipotoniya, dərinin avazıması, taxikardiya, təngnəfəslik/hava çatışmazlığı, əqli statusun pozulması və ya sayıqlama, supinasiya vəziyyətində boyun venalarının kollapsı ümumi qanın ən azı 30-40%-nin itirildiyini göstərir; nəbz təzyiqinin geniş olması və ya distal nəbzin olmaması; sürətlə proqressivləşərək sirkulyator kollapsa keçə və ölüm baş verə bilər
- QÜM:
hematokritin normal və ya azalmış olması; azalmış Hb səviyyəsi; stresə cavab reaksiyası olaraq reaktiv leykositoz və trombositoz
- retikulositlərin miqdarı:
>2%
- zədə nahiyəsinin ultrasəs müayinəsi:
anevrizmanın həcm və növünü aşkarlayır
Ətraflı - zədə nahiyəsinin KT-si:
anevrizmanın həcm və növünü aşkarlayır
Ətraflı
- döş qəfəsinin rentgenoqramması:
torakal aortanın anevrizması zamanı divararalığının genişlənməsini göstərə bilər
Ətraflı
ən azı orta dərəcəli qanitirmə ilə müşayiət olunmuş, yeni keçirilmiş cərrahi əməliyyat; anamnezdə qanaxma pozğunluqları və ya həddən artıq qançırəmələgəlmənin olması; antibiotiklərdən istifadə
hipotoniya, dərinin avazıması, cərrahi yaradan fasiləsiz qan axması, petexiyalar, purpura; güclü qanaxma təngnəfəslik/hava çatışmazlığı, əqli statusun pozulması və ya sayıqlamaya səbəb olur; supinasiya vəziyyətində boyun venalarının kollapsı ümumi qanın ən azı 30-40%-nin itirildiyini göstərir
- QÜM:
hematokritin normal və ya azalmış olması; azalmış Hb səviyyəsi; stresə cavab reaksiyası olaraq reaktiv leykositoz və trombositoz
- retikulositlərin miqdarı:
>2%
- zədə nahiyəsinin ultrasəs müayinəsi:
qanaxmanın mənbəyi və həcmini müəyyən edir
- zədə nahiyəsinin KT-si:
qanaxmanın mənbəyi və həcmini müəyyən edir
- diaqnostik laparotomiya:
qanaxmanın mənbəyi və həcmini müəyyən edir
7 gündən artıq davam edən güclü menstrual qanaxma; yorğunluq, fiziki iş zamanı təngnəfəslik, pikasizm, hormon terapiyasının aparılması, anamnezdə fibroidlərin olması
dərinin avazıması, artım kütlələri və ya fibroidlər
- QÜM:
leykosit sayının normal olduğu xroniki mikrositar anemiya; dəmir defisiti varsa reaktiv trombositoz
- zərdab ferritini:
dəmir defisiti varsa <33 pikomol/l (<15 mkq/l)
- hamiləlik testi:
mənfi
- protrombin vaxtı/aktivləşmiş hissəvi tromboplastin vaxtı:
adətən, norma daxilində olur, antikoaqulyantların təyini zamanı, hemostaz defektlərində və ya sərfiyyat koaqulopatiyasında uzanır
- tiroid tənzimləyən hormon (TSH)/sərbəst tiroksin (T4):
hipotiroidizm zamanı TSH artır, sərbəst T4 azalır
- transvaginal ultrasəs müayinəsi:
hiperplaziya, displaziya, fibroid və ya poliplər müəyyən oluna bilər
Ətraflı
anamnezdə qida ilə dəmir qəbulunun kifayət qədər olmaması, qlüten enteropatiyaları, Kron xəstəliyi, xoralı kolit, nazik bağırsağın rezeksiyası, peptik xora xəstəliyi, müntəzəm qaçışla məşğul olma, xroniki qanitirmə (nəcisdə qan, hematuriya, menorragiya, qanhayxırma, tez-tez qanvermə, özünə xəsarət yetirmə), pikasizm, salisilatların daxilə qəbulu, mədə şuntlanması əməliyyatı, ankolostomoz, hamiləlik və ya menorragiya
dərinin avazıması, təngnəfəslik, fiziki gərginliyə dözümlülüyün pis olması, koylonixiya, anqulyar xeyloz, qlossit, saç tökülməsi, sistolik axın küyü; hemorroy, rektal müayinədə təzə qan və ya melena; hamiləlik faktı; uşaqlıq artımlarının kütlələri və ya fibroidlər
- qanın ümumi müayinəsi ilə periferik yaxma:
trombositozla müşayiət olunan mikrositar anemiya
- qan zərdabında dəmirin müayinəsi:
zərdabda dəmirin azalması, ümumi dəmir birləşdirmə qabiliyyətinin artması, həllolan transferrin reseptorlarının yüksək olması
- immunoqlobulin A- toxuma transqlütaminazası (IgA-tTQ) sınağı:
qlüten enteropatiyası zamanı müsbətdir
- mədə-bağırsaq traktının yuxarı şöbələrinin endoskopiyası:
MBT-nin yuxarı şöbələrindən qanaxma mənbəyinin aşkarlanması; axlorhidriya zamanı mədə pH-nın yüksəlməsi
- kolonoskopiya:
MBT-nin aşağı şöbələrində qanaxmanın mənbəyinin və ya xroniki iltihabın müəyyən edilməsi
- KT kolonoqrafiyası:
MBT-nin aşağı şöbələrindən olan qanaxma mənbəyinin aşkarlanması
Ətraflı - axınlı sitometriya:
paroksizmal gecə hemoqlobinuriyasının aşkarlanması
- transvaginal ultrasəs müayinəsi:
hiperplaziya, displaziya, fibroid və ya poliplər müəyyən oluna bilər
Ətraflı - nəcisin mikroskopiyası:
ankilostoma, trixinellyoz törədicisi və ya şistosoma yumurtalarının aşkar edilməsi
- Helicobacter pylori testi:
H pylori olduqda, müsbət nəticə
Ətraflı
anamnezdə qlüten enteropatiyası və ya Kron xəstəliyinin olması, qalxanabənzər vəzinin autoimmun xəstəliyi, mədə şuntlanması əməliyyatı, xroniki antibiotik istifadəsi (bağırsaqlarda disbakterioz sindromu), veqan pəhrizi və ya spirtli içki aludəçiliyi; yorğunluq, palpitasiya, distal paresteziyalar, depressiya, sayıqlama, tinnit, demensiya
vibrasiya hissiyyatının pozulması və ətraflarda keyimə, vitiliqo, qlossit, müvazinət və ya koordinasiyanın pozulması, taxikardiya, dərinin avazıması, hepatosplenomeqaliya
- qanın ümumi müayinəsi ilə periferik yaxma:
meqaloblastik makrositar anemiya; bazofil dənəvərlik müşahidə edilə bilər
- zərdabda B12 vitamininin miqdarı:
aşağıdır
- qan zərdabında metilmalon turşusunun səviyyəsi:
artmış
Ətraflı - daxili faktor əleyhinə anticisimlər:
bədxassəli anemiyada müsbət olur
- parietal hüceyrələrə qarşı anticisimlər:
bədxassəli anemiyada müsbət olur
anamnezdə qlüten enteropatiyası və ya Kron xəstəliyinin olması, mədə şuntlaması əməliyyatı, hemodializ, hamiləlik, spirtli içki aludəçiliyi və ya antiepileptik dərman preparatlarından istifadə; yorğunluq, palpitasiyalar, başağrılar
yüngül persistent pireksiya, taxikardiya, dərinin avazıması, hepatosplenomeqaliya, qlossit, anqulyar stomatit, dəri və selikli qişaların ocaqlı hiperpiqmentasiyası
- qanın ümumi müayinəsi ilə periferik yaxma:
meqaloblastik makrositar anemiya; bazofil dənəvərlik müşahidə edilə bilər
- zərdabda fol turşusu:
aşağıdır
- zərdabda B12 vitamininin miqdarı:
normal; kombinəolunmuş vitamin B12 və fol turşusu defisiti zamanı azalır
Ətraflı
- zərdabda homosisteinin miqdarı:
artmış
anamnezdə neft distillyatlarının təsirinə (xüsusilə, benzen) məruzqalmanın olması, kimyəvi terapiya və ya şüa terapiyası; hərarət, üşütmə, yorğunluq, zəiflik, təkrarlanan infeksiyalar, anoreksiya, gecə tərləmələri, təngnəfəslik, asan qançırlanma
dərinin avazıması, petexiyalar, purpura
- QÜM:
leykopeniya ilə gedən makrositar anemiya, makroovalositlər; bu halla əlaqədar yaranan sitopeniyalara neytropeniya və trombositopeniya aiddir
- sümük iliyinin aspirasiya və biopsiyası:
yetişməmiş sələf hüceyrələrə malik miyeloblastlar
- sümük iliyi bioptatının sitogenetik müayinəsi:
çoxsaylı xromosom translokasiyaları, xüsusilə, 5q-, 7q- və ya 8 trisomiyası (+8) mümkündür
əzginlik, yorğunluq, asan qançırlanma və qanaxmaya meyllilik, təkrarlanan infeksiyalar, hərarət, oynaq ağrıları, infeksiya, anoreksiya, gecə tərləmələri, təngnəfəslik, sümük ağrıları, burundan qanaxma, diş ətinin qanaması, diş ətinin hiperplaziyası
dərinin avazıması, petexiyalar, purpura, taxikardiya, hepatosplenomeqaliya, limfadenopatiya, xayalarda ağrısız böyümə, diş ətinin qanaması
- qanın ümumi müayinəsi ilə periferik yaxma:
pansitopeniya, blastlar ≥20%; normositar anemiya, hipereozinofiliya müşahidə edilə bilər
Ətraflı - retikulositlərin miqdarı:
<2%
- sümük iliyinin aspirasiya və biopsiyası:
≥20% blastlar
Ətraflı
anamnezdə keçirilmiş kimyəvi terapiya və ya şüa terapiyasının olması; əzginlik, gecə tərləmələri, yorğunluq, asan qançırlanma və ya qanaxmaya meyllilik, təkrarlanan infeksiyalar, hərarət, sümüklərdə ağrı, burundan qanaxma, diş ətinin qanaması, diş ətinin hiperplaziyası
dərinin avazıması, petexiyalar, purpura, təngnəfəslik, taxikardiya
- qanın ümumi müayinəsi ilə periferik yaxma:
pansitopeniya, blastlar ≥20%; normositar anemiya, hipereozinofiliya müşahidə edilə bilər
Ətraflı - retikulositlərin miqdarı:
<2%
- sümük iliyinin aspirasiya və biopsiyası:
≥20% blastlar
Ətraflı
adətən, orta yaşlı xəstələrdə rast gəlir; yorğunluq, çəkinin itirilməsi, gecə tərləmələri, tezdoyma, petexiyalar, purpura, qayıdan hərarət, sümük ağrısı, podaqra artriti
ağrılı splenomeqaliya, döş sümüyündə ağrı, limfadenopatiya, splenomeqaliya
- qanın ümumi müayinəsi ilə periferik yaxma:
normositar anemiya; yetişməkdə olan miyeloid hüceyrələr, bazofillərin sayının artması və eozinofillər
- retikulositlərin miqdarı:
<2%
- sümük iliyinin aspirasiya və biopsiyası:
qranulositar hiperplaziya ilə gedən çoxhüceyrəlilik
- sitogenetika:
t(19;22) Filadelfiya xromosomu - bcr-abl translokasiyası
- zərdabda sidik turşusu:
artmış
Ətraflı
zəiflik, yorğunluq, çəkinin itirilməsi, gecə tərləmələri, tezdoyma, petexiyalar, purpura, qayıdan hərarət, dalağın böyüməsi hesabına qarında diskomfort və ya doluluq hissi
massiv splenomeqaliya
- qanın ümumi müayinəsi ilə periferik yaxma:
normositar anemiya ilə gedən pansitopeniya
Ətraflı - retikulositlərin miqdarı:
<2%
- sümük iliyinin aspirasiya və biopsiyası:
iynə biopsiyası tüklü hüceyrələri göstərir
Ətraflı
anamnezdə hepatit, İİV, benzenin təsirinə məruzqalmanın olması, etioloji amil olan dərman preparatlarının istifadəsi, şüalanma, paroksizmal gecə hemoqlobinuriyası; əzginlik, yorğunluq, asan qançırlanma və ya qanaxmaya meyllilik, təkrarlanan infeksiyalar, hərarət
dərinin avazıması, petexiya, purpura, təngnəfəslik, taxikardiya
- qanın ümumi müayinəsi ilə periferik yaxma:
yüngül makrositozla gedən pansitopeniya; normositar anemiya
- retikulositlərin miqdarı:
<2%
- sümük iliyinin aspirasiya və biopsiyası:
bütün hüceyrəvi elementlərin azalması ilə hiposelülyar, əksər hallarda piy hüceyrələri ilə əvəzolunma, fibroz və ya bədxassəli hüceyrələrlə infiltrasiyanın olmaması
- zərdabda vitamin B12:
normal
- fol turşusu:
normal
çəkinin itirilməsi, əzginlik, hərarət, yorğunluq, dispnoe, asan qanama və ya qançırlanma; bərk orqanların bədxassəli şişləri (xüsusilə süd vəzisi, prostat vəzi, ağciyər, neyroblastoma) anamnezi
dərinin avazıması, petexiya, purpura, taxikardiya, patoloji aşkarlanma və ya kütlə (bərk orqanın bədxassəli şişi olduqda), qançırlanma, kaxeksiya
- qanın ümumi müayinəsi ilə periferik yaxma:
pansitopeniya, damcıyabənzər hüceyrələr, poykilositlər; normositar anemiya
- retikulositlərin miqdarı:
<2%
- sümük iliyinin aspirasiya və biopsiyası:
sümük iliyi boşluğunun bədxassəli hüceyrələrlə infiltrasiyası
Ətraflı
- KT skanı:
ilkin bədxassəli şişin yerinin aşkarlanması
özü-özünə sağalan xəstəlik: anamnezdə məlum səbəbkar dərman preparatlarından istifadənin olması, bu hala səbəb olan infeksiyaların (parvovirus B19 infeksiyası, infeksion mononukleoz, virus hepatiti, malyariya, tənəffüs sistemi infeksiyaları, qastroenterit, birincili atipik pnevmoniya, parotit) kliniki əlamətlərinin olması; xroniki variant: anamnezdə autoimmun xəstəliyin olması (sistemli qırmızı qurdeşənəyi, revmatoidli artrit, dermatomiozit, sklerodermiya, düyünlü poliartrit), davamlı infeksiya və ya timoma
prosesin əsasında duran infeksion və ya autoimmun pozğunluğun kliniki əlamətləri
- QÜM:
normositar anemiya
- retikulositlərin miqdarı:
<2%
- etioloji amil olan dərman preparatının təyininin dayandırılması vasitəsilə yoxlama:
anemiya aradan qalxır
- antiparvovirus B19 anticisimləri:
parvovirus infeksiyası zamanı müsbətdir
Ətraflı
- qalın və nazik periferik yaxma:
malyariya infeksiyası zamanı Rayt və ya Gimza üsulu ilə boyadıqda hüceyrədaxili parazitləri görmək olur
- qan zərdabında IGM + IgG HAV əleyhinə:
hepatit A infeksiyasında müsbət olur
- qan zərdabında IgM + IgG HBcAb:
hepatit B infeksiyasında müsbət olur
- zərdabda HBsAg:
hepatit B infeksiyasında müsbət olur
- qan zərdabında IGM + IgG HCV əleyhinə:
hepatit C infeksiyasında müsbət olur
- nüvə əleyhinə anticisimlər:
sistemli qırmızı qurdeşənəyi və ya sklerodermiya zamanı müsbət olur
- ds-DNT, Smit antigeni:
sistemli qırmızı qurdeşənəyində müsbət
- revmatoid faktoru:
revmatoidli artrit zamanı müsbət olur
- qan zərdabında kreatinkinaza (KK):
dermatomiozit zamanı artır
- döş qəfəsinin rentgenoqramması:
atipik pnevmoniya zamanı infiltratlar; timoma zamanı, adətən, döş qəfəsinin sağ və ya sol yarımqisminə proyeksiya edən və ya aorta qövsünü görməyə mane olan hamar kütlə və ya siluet əlaməti
anemiya başlanmazdan əvvəl səbəbkar amil olan dərman preparatının daxilə qəbulu faktı və ya buna şübhə, fiziki gərginliyə dözümlülüyün azalması
dərinin avazıması, sarılıq (yalnız hemolitik anemiya olduqda), təngnəfəslik
- qanın ümumi müayinəsi ilə periferik yaxma:
tipik olaraq, normositar anemiya; DNT sintezi inhibitorları, fol turşusu və ya B12 vitamini meqaloblastik makrositar anemiyaya səbəb olur
- retikulositlərin miqdarı:
əgər dərman preparatı sümük iliyini supressiya edirsə, <2%, əgər hemoliz törədirsə >2%
- etioloji amil olan dərman preparatının təyininin dayandırılması vasitəsilə yoxlama:
anemiya aradan qalxır
- zərdab bilirubin:
hemolitik anemiya zamanı artır
anamnezdə məlum xroniki iltihab, autoimmun və ya infeksion vəziyyətin olması; davam edən fizioloji stres, böyrək çatışmazlığı; vaskulit və ya kollagen damar xəstəlikləri, fiziki gərginliyə dözümlülüyün azalması; anemiya iltihablı prosesin ağırlıq dərəcəsi ilə korrelyasiya edir
dərinin avazıması, yorğunluq, təngnəfəslik$ prosesin əsasında duran patologiyanın əlamətləri
- qan zərdabında eritropoetinin səviyyəsi:
normal və ya artmış; xroniki böyrək xəstəliyi zamanı çox vaxt azalır
Ətraflı
xroniki böyrək xəstəliyi, fiziki gərginliyə dözümlülüyün azalması; ikincili hipoparatiroidizm əlamətləri: əzələ dartınmaları, sümük ağrıları
dərinin avazıması, yorğunluq, təngnəfəslik; böyrək çatışmazlığının əlamətləri: sarılıq, dəridə qançırların olması, ağciyər xırıltıları, perikardın sürtünmə küyü, ödem, diqqət cəmləmənin və ya yaddaşın pis olması, klonik əzələ qıcolması, bu hal ilə əlaqədar hiperparatiroidizm varsa, Xvostek və ya Trosso əlamətinin müsbət olması
- QÜM:
trombositozla müşayiət olunan normositar və ya mikrositar anemiya
- retikulositlərin miqdarı:
<2%
- zərdab kreatinin:
artmış
- sidik analizi:
hematuriya və/və ya proteinuriya
- qan zərdabında dəmirin müayinəsi:
dəmir defisiti zamanı qan zərdabında dəmir və ferritinin miqdarının az, total dəmirbirləşdirmə qabiliyyətinin isə yüksək olması
- qan zərdabında eritropoetinin səviyyəsi:
norma həddində və ya azalmış olur
- qan zərdabında kalsiumun səviyyəsi:
bu hal ilə əlaqədar ikincili hiperparatiroidizm zamanı azalır
- qan zərdabında intakt paratiroid hormonun səviyyəsi:
bu hal ilə əlaqədar ikincili hiperparatiroidizm zamanı artır
- böyrəklərin ultrasəs müayinəsi:
böyrək ölçülərinin kiçilməsi; obstruksiya və ya hidronefrozun olması; böyrək daşları
- böyrək biopsiyası:
prosesin əsasında duran böyrək patologiyasının aşkar edilməsi
anamnezdə xroniki qaraciyər xəstəliyinin olması, fiziki gərginliyə dözümlülüyün azalması; simptomsuz keçə və ya yorğunluq, zəiflik, çəkinin itirilməsi, təkrarlanan infeksiyalar və libidonun azalması ilə müşayiət oluna bilər; qaraciyər ensefalopatiyası zamanı dəyişilmiş əqli status
dərinin avazıması, yorğunluq, təngnəfəslik, sarılıq, aşağı ətrafların ödemi, əl və dırnaqlarda dəyişikliklər: leykonixiya, ovuc eriteması, saat şüşəsinəbənzər dırnaqlar, hörümçək torunabənzər damarlar; üzdə əlamətlər: teleangiektaziya, göyərmə, rinofima, qulaq vəzilərinin şişməsi, dərinin kağızabənzər görüntü alması, seborreyalı dermatit, ksantelazmalar; abdominal əlamətlər: "meduza başı" əlaməti, qançırəmələgəlmə, hepatomeqaliya, splenomeqaliya, qarında gərginlik; kişilərdə ikincili cinsiyyət tüklərinin tökülməsi və testikulyar atrofiya, ginekomastiya
- QÜM:
qeyri-meqaloblastik makrositar anemiya; trombositopeniya ola bilər
- protrombin müddəti:
qaraciyərdə sintez funksiyalarının pozulması zamanı azalır
- qaraciyərin funksional sınaqları (QFS):
normadankənar olur; spesifikası etiologiyadan asılıdır
- qarın boşluğunun ultrasəs, KT və ya MRT müayinəsi:
qaraciyərin səthində düyünlər, həcminin kiçilməsi, sol/quyruq payının mümkün hipertrofiyası, assit və ya kollateral qan dövranı əlamətləri
- qaraciyər biopsiyası:
prosesin əsasında duran patologiya və ya onun nəticəsində baş verən sirrozun diaqnostikası
hamiləlik, xüsusilə üçüncü trimestri
qarında hamiləliyə uyğun olan gərginlik
- QÜM:
dəmir defisiti zamanı trombositozla müşayiət olunan mikrositar anemiya; fol turşusu defisiti zamanı meqaloblastik makrositar anemiya
- qan zərdabında dəmirin müayinəsi:
dəmir defisiti zamanı qan zərdabında dəmirin azalması, ümumi dəmirbirləşdirmə qabiliyyətinin artması, ferritinin azalması, həllolan transferrin reseptorlarının yüksək olması
- zərdabda fol turşusu:
fol turşusu defisiti zamanı aşağı olur
qida rasionunda zülalların az olması; malabsorbsiya sindromu; qidalanmaya laqeyd yanaşma; anamnezdə qidalanma pozğunluğu
dərialtı piy toxumasının itkisi, apatiya və letargiya, depiqmentasiya, qarnın böyüməsi, kürək sümüyünün qanad şəklində çıxması, dərinin qabıqlanması, aşağı ətrafların ikitərəfli ödemi
- qanın ümumi müayinəsi ilə periferik yaxma:
dəmir defisiti zamanı mikrositar anemiya; vitamin B12 və fol turşusu defisitində meqaloblastik makrositar anemiya; kombinəolunmuş vitamin və mineral defisitlərində normositar anemiya
- qan zərdabında dəmirin müayinəsi:
dəmir defisiti zamanı qan zərdabında dəmirin miqdarının az, total dəmirbirləşdirmə qabiliyyətinin yüksək və ferritin səviyyəsinin aşağı olması
- zərdabda vitamin B12:
aşağıdır
- zərdabda fol turşusu:
aşağıdır
- qan zərdabında misin səviyyəsi:
aşağıdır
Ətraflı
anamnezdə miyelosupressiv kimyəvi terapiyanın olması, yorğunluq, başağrı, fiziki gərginliyə qarşı dözümlülüyün azalması
dərinin avazıması, letargiya, təngnəfəslik
- QÜM:
normositar anemiya ilə gedən pansitopeniya
Ətraflı - retikulositlərin miqdarı:
<2%
anamnezdə, xüsusilə, çanaq və döş sümüyü nahiyələri olmaqla, son vaxtlarda radioaktiv şüalanmaya məruzqalmanın olması; yorğunluq, başağrı, fiziki gərginliyinə dözümlülüyün azalması
dərinin avazıması, letargiya, təngnəfəslik, şüalanma nahiyəsində dərinin eriteması
- QÜM:
anemiya (pansitopeniya)
- retikulositlərin miqdarı:
<2%
- sümük iliyinin aspirasiya və biopsiyası:
ilik fibrozu və ya bədxassəli infiltrasiya
xroniki yüksək alkoqol istifadəsi anamnezi
artıq çəkinin olması, dərinin səthi venalarının daha qabarıq görünməsi, periferik neyropatiya, normal dişçıxmanın pozulması və halitoz, qaraciyər xəstəliyinin potensial əlamətlərindən hepatomeqaliya və ya qaraciyərin kiçilməsi, sarılıq, assit
- QÜM:
makrositar anemiya
- diaqnostik anamnez toplama:
spirtli içki asılılığının diaqnostikası
- alkoqolun miqdarı (nəfəsvermə havasında və qanda):
artmış
anamnezdə peşə və ya məişətdə qurğuşun məhsulları və ya köhnə boya ilə təmasın olması; neyropsixiatrik pozğunluq, yuxusuzluq, qarın nahiyəsində ağrı, iştahanın pisləşməsi, pikasizm
diş əti xəttinin göy rəngli olması (Burton xətti), hipertoniya, podaqra (qurğuşun podaqrası); əl və ya ayağın sallanması
- qanın ümumi müayinəsi ilə periferik yaxma:
bazofil dənəvərliklə müşayiət olunan normositar anemiya; əgər bu halla əlaqədar dəmir defisiti də mövcuddursa, mikrositar anemiya
- retikulositlərin miqdarı:
>2%
- xalis qanda qurğuşunun miqdarı:
artmış
zəflik, letargiya, nitqin ləngiməsi, üşümə, unutqanlıq, qəbizlik, çəki artımı, fiziki gərginliyə dözümlülüyün azalması
dərinin avazıması; təngnəfəslik; dərinin sərt və quru olması; göz qapaqlarının ödemi; dilin qalınlaşması; üzün ödemi; bradikardiya
- QÜM:
qeyri-meqaloblastik makrositar anemiya
- zərdabda TSH:
artmış
- qan zərdabında T4-ün səviyyəsi:
azalmışdır
anamnezdə autoimmun xəstəliklərin (sistemli qırmızı qurdeşənəyi, revmatoidli artrit və ya sklerodermiya), limfoproliferativ pozğunluqların (qeyri-Hoçkin limfoması və ya xroniki limfoleykoz) olması, yeni keçirilmiş virus xəstəliyi və ya mononukleoz; simptomsuz keçə bilər; simptomlarına zəiflik, yorğunluq, başağrı, fiziki gərginliyə dözümlülüyün az olması, keçmişdə öd daşlarının olması, sidiyin tündləşməsi və nəcisin gil rəngli olması aiddir
dərinin avazıması, letargiya, təngnəfəslik, taxikardiya, sarılıq, splenomeqaliya (xüsusilə ekstravaskulyar hemoliz zamanı)
- qanın ümumi müayinəsi ilə periferik yaxma:
normositar anemiya, sferositlər ilə
- retikulositlərin miqdarı:
>2%, adətən 4%
Ətraflı - laktat dehidrogenaza (LDH):
artmış
- haptoqlobin:
aşağıdır
- düz antiqlobulin sınağı (Kumbs reaksiyası):
adətən müsbət olur, 5-10% hallarda mənfi ola bilər
- zərdab bilirubin:
artmış
əvəllər keçirilmiş çoxsaylı transfuziyalar, hərarət, bel ağrısı və təngnəfəslik, adətən transfuziyanın ilk 6 saatı ərzində
dərinin avazıması, letargiya, təngnəfəslik, sidiyin tündləşməsi, sarılıq
- ABO tipləməsi:
transfuziya üçün istifadə edilən qanın uyğunsuzluğu
Ətraflı - sentrifuqadan keçirilmiş, antikoaqulyant əlavə edilmiş venoz qan nümunəsinin gözlə müayinəsi:
hemoqlobinemiyanın ilk bir neçə saatı ərzində şəffaf və ya çəhrayı-qırmızı olur.
- sentrifuqadan keçirilmiş sidiyin gözlə müayinəsi:
hemoqlobinemiya zamanı şəffaf qırmızı olur
- düz antiqlobulin sınağı (Kumbs reaksiyası):
dövran edən eritrositlərdə IgG anti-A, anti-B və ya anti-AB aşkar edilir
- zərdab bilirubin:
artmış
anamnezdə ağcaqanad sancmasının olması və ya malyariyaya endemik regionda yaşama; yorğunluq, təngnəfəslik, hərarət və taqətsizlik, fiziki gərginliyə dözümlülüyün azalması, başağrı, əzginlik; simptomlar eritrositlərin parçalanma vaxtına müvafiq olaraq hər 48-72 saatdan-bir təkrarlanır
sarılıq və ya dərinin avazıması, splenomeqaliya, təngnəfəslik, ürəkdə qanın sürətlə axmasını göstərən küylər, ağciyər ödemi, sidiyin rənginin tündləşməsi, hərarət
- QÜM:
normositar anemiya ± trombositopeniya və leykopeniya
- retikulositlərin miqdarı:
>2%, adətən 4%
- qalın və nazik periferik yaxma:
Rayt və ya Gimza üsulu ilə boyadıqda hüceyrədaxili parazitləri görmək olur
Ətraflı
- zərdab bilirubin:
artmış
perinatal yoluxma, bədən mayelərinin birbaşa transfuziyası, qida alovlanmasına məruzqalma (hepatit A zamanı); ürəkbulanma, qusma, qarında ağrı, hərarət, əzginlik, yorğunluq və başağrı, sidiyin rənginin tündləşməsi, axolik (gil rəngli) nəcis, sarılıq, qaşınma (hepatit B zamanı); hepatit C, adətən, asimptomatik olur
sarılıq, hepatomeqaliya, sağ qabırğaaltı nahiyədə ağrı, axolik nəcis, makulopapulyoz və ya övrəyəbənzər dəri səpgiləri (hepatit B zamanı); hepatit C zamanı, adətən, norma daxilində olur
- QÜM:
normositar anemiya
- retikulositlərin miqdarı:
<2%
- zərdabda aminotransferazalar:
artmış
- qan zərdabında IGM + IgG HAV əleyhinə:
hepatit A infeksiyasında müsbət olur
- qan zərdabında IgM + IgG HBcAb:
hepatit B infeksiyasında müsbət olur
- zərdabda HBsAg:
hepatit B infeksiyasında müsbət olur
- qan zərdabında IGM + IgG HCV əleyhinə:
hepatit C infeksiyasında müsbət olur
adətən, hamilə və ya zəif immunitetli xəstələrdə və yenidoğulmuşlarda təsadüf edir. Anamnezdə ev pişikləri, qoyun və ya qaramal, yaxud da çiy ət ilə təmas olur
sarılıq, hərarət, yorğunluq, letargiya, səpgi, hepatosplenomeqaliya; bətndaxili yoluxma zamanı yenidoğulmuşda xorioretinit, mikrosefaliya, qıcolmalar, əqli inkişaf geriləməsi ola bilər
- QÜM:
normositar anemiya və trombositopeniya; leykositoz və eozinofiliya da müşahidə edilə bilər
- retikulositlərin miqdarı:
>2%, adətən 4%
- hərəkətsizləşdirilmiş fermentli immunosorbent analiz (ELISA) və ya IgG avidlik sınağı:
IgM kəskin infeksiya zamanı, IgG isə xroniki və ya keçirilmiş infeksiya zamanı aşkar olunur
Ətraflı - Sabin-Feldman boyaq sınağı:
IgG anticisimləri müsbət olur
- Toxoplasma gondii üzrə PZR:
müsbət
anamnezdə, xüsusiilə, tropik və subtropik zonalarda moskit sancmasının olması; QİÇS, immunosupressiya və ya azqidalanma, yorğunluq və anoreksiya, uzunmüddətli, persistent, subfebril, fasiləli hərarət, fiziki inkişaf ləngiməsi, qarında köp
dərinin avazıması, hepatosplenomeqaliya, limfadenopatiya, ishal, dəri xoraları, burun-udlaq xoraları
- QÜM:
normositar anemiya, trombositopeniya, leykopeniya, eritroblastoz
- retikulositlərin miqdarı:
>2%
- dalaq və ya sümük iliyi aspiratı:
parazitin amastiqotlarının mövcudluğu
Ətraflı - düz antiqlobulin sınağı (Kumbs reaksiyası):
müsbət
kəskin infeksiya: oynaq ağrısı ilə müşayiət olunan və ya olunmayan səciyyəvi dəri səpgiləri
kəskin infeksiya: ətraflarda retikulyar eritematoz zədələrdən sonra "şillələnmiş yanaq" simptomunun meydana çıxması, əl, biləng, diz və ya topuq oynaqlarının artriti
- QÜM:
normositar anemiya
- retikulositlərin miqdarı:
<2%
- antiparvovirus B19 anticisimləri:
müsbət
Ətraflı
yorğunluq, boğaz ağrısı, ürəkbulanma, göz ağrısı, fotofobiya
hərarət, limfadenopatiya, faringit, səpgi, ağrılı splenomeqaliya, damaq petexiyaları, periorbital ödem, sarılıq
- qanın ümumi müayinəsi ilə periferik yaxma:
normositar anemiya, sferositlər ilə və atipik limfositlərin görünməsi
- retikulositlərin miqdarı:
Hemolitik anemiya zamanı >2% və adətən, 4%, saf eritrositar aplaziya zamanı isə <2% olur.
- laktat dehidrogenaza (LDH):
artmış
- haptoqlobin:
aşağıdır
- monospot testi və ya Epşteyn-Barr virusuna (EBV) qarşı IgM-nin müayinəsi:
müsbət
infeksiya, adətən, simptomsuz olur; antibiotik təyinindən sonra makulopapulyoz səpgi yarana bilər; qanazlığı nəticəsində yorğunluq olur; kliniki infeksiya immunosupressiyanın əlamətidir
adətən normal olur; hemolitik anemiya nəticəsində sarılıq baş verir; kliniki infeksiya zamanı hərarət, limfadenopatiya, faringit, səpgi, ağrılı splenomeqaliya, damaq petexiyaları və periorbital ödem müşahidə edilir
- QÜM:
normositar anemiya
- retikulositlərin miqdarı:
>2%, adətən 4%
- laktat dehidrogenaza (LDH):
artmış
- haptoqlobin:
aşağıdır
- monospot testi və ya Epşteyn-Barr virusuna (EBV) qarşı IgM-nin müayinəsi:
mənfi
Ətraflı - SMV əleyhinə IgM:
müsbət
xəstədə və/və ya valideynlərində məlum oraqvari hüceyrə anemiyası diaqnozu; keçirilmiş ağrılı vazookklyuziv böhranlar; yorğunluq, fiziki gərginliyə dözümlülüyün azalması, skelet, döş qəfəsi və ya qarında davamlı ağrı, priapizm, öd daşları, insult, aşağı ətraf dərisində xoralar, pnevmoniyayabənzər sindrom
kəskin böhran zamanı yüksək hərarət, dərinin avazıması, letargiya, təngnəfəslik, sarılıq
- qanın ümumi müayinəsi ilə periferik yaxma:
normositar anemiya, oraqvari hüceyrələr ilə
Ətraflı - retikulositlərin miqdarı:
>2%
- hemoqlobinin izoelektrik fokuslanması:
HbS/A nisbəti artır (100/0-a yaxın olur)
- LDH:
artmış
- zərdab bilirubin:
artmış
ailə anamnezində qan pozğunluqlarının olması, xüsusilə də, təkrar transfuziyaların tələb olunması halları; Aralıq dənizi, Orta Şərq və ya Cənubi Asiyadan olan əhali; subkliniki hallardan ağır dərəcəli, transfuziyadan asılı hallaradək dəyişə bilən ağırlıq dərəcəsinə malik olur
beta-talassemiya intermedia və mayor formalarında splenomeqaliya, sarılıq, qarında gərginlik, sklerada sarılıq, skelet anomaliyaları, başın böyük olması, sincabüzlülük və diş sırasının pozulması kimi dəyişikliklər müşahidə edilir
- qanın ümumi müayinəsi ilə periferik yaxma:
orta korpuskulyar həcmin tipik hallarda 70 fl-ə yaxın olduğu mikrositar anemiya, orta korpuskulyar hemoqlobinin az olması, hədəf hüceyrələrin görünməsi
- Hb elektroforezi:
HbF-in artması; talassemiyanın növünə uyğun digər Hb dəyişiklikləri
- zərdab ferritini:
dəmir artıqlığı zamanı artır
ailə anamnezində qan patologiyasının olması, splenektomiya və ya piqmentli öd daşları; əgər ekstramedullyar hemopoez prosesi kompensasiya edə bilirsə, simptomsuz keçə bilər
normal ola və ya dərinin avazıması, sarılıq, aşağı ətraf xoraları və splenomeqaliya müşahidə edilə bilər
- qanın ümumi müayinəsi ilə periferik yaxma:
orta korpuskulyar hemoqlobin və sferositlərin artması ilə normositar anemiya
- retikulositlərin miqdarı:
>2%
- osmotik kövrəklik sınağı:
müsbətdir (hipoosmotik məhlulun təsirindən hüceyrə lizisi)
- düz antiqlobulin sınağı (Kumbs reaksiyası):
mənfi
Ətraflı
adətən, Afrika, Aralıq dənizi, Sardiniya və ya Səfərad yəhudi etnik mənsubiyyətinə malik kişilərdə rast gəlir; oksidant stresinə məruz qalma zamanı öz-özünə sağalan kəskin hemoliz baş verir; Aralıq dənizi variantında həyat üçün təhlükə törədən simptomlar daha çox rast gəlir
dərinin avazıması, sarılıq, yüngül təngnəfəslik
- qanın ümumi müayinəsi ilə periferik yaxma:
Haynz cisimciklərinin göründüyü normositar anemiya, ekssentrositlər və ya "dişlənmiş" hüceyrələr
Ətraflı - retikulositlərin miqdarı:
>2%
- zərdab haptoqlobini:
azalmış
- laktat dehidrogenaza (LDH):
artmış
yenidoğulmuşlarda təkrarlanan infeksiyalar, hərarət, tez qançırəmələgəlmə və ya qanaxmaya meyllilik, orqan anormallıqları, qısaboyluluq
xəstə görünüş, çəkinin itirilməsi, dərinin avazıması, letargiya, təngnəfəslik, petexiyalar, purpura və/və ya kandidoz
- qanın ümumi müayinəsi ilə periferik yaxma:
normositar və ya makrositar anemiya ilə gedən pansitopeniya
Ətraflı - retikulositlərin miqdarı:
<2%
- sümük iliyinin aspirasiya və biopsiyası:
prosesin əsasında duran patologiyadan asılı olaraq müxtəlif nəticələr verir
- diepoksibutan və ya mitomisin-c kövrəklik sınağı:
Fankoni anemiyası zamanı müsbət olur
- genetik sınaq:
səciyyəvi genetik mutasiyalar aşkar edilir
adətən, qanlı ishal və Streptococcus pneumoniae ilə təzahür edən enterik bakterial infeksiyadan (Escherichia coli 0157:H7) sonra kəskin böyrək çatışmazlığı
dərinin avazıması, letargiya, təngnəfəslik, petexiyalar, purpura, qanlı ishal; uşaqlarda, adətən, öz-özünə sağalandır
- qanın ümumi müayinəsi ilə periferik yaxma:
normositar anemiya, trombositopeniya, şistositlər
- eritrositlərin sayı:
>2%
- protrombin vaxtı/aktivləşmiş hissəvi tromboplastin vaxtı:
normal
Ətraflı - zərdab haptoqlobini:
azalmış
- laktat dehidrogenaza (LDH):
artmış
- zərdab bilirubin:
artmış
- düz antiqlobulin sınağı (Kumbs reaksiyası):
mənfi
Ətraflı - böyrək biopsiyası:
damar divarında iltihablı dəyişikliklər olmadan, arteriolyar hialin trombu
davam edən ağır dərəcəli infeksiya, sepsis (tipik olaraq, qrammənfi), bədxassəli proses, mamalıq praktikasında təxirəsalınmaz vəziyyət, travma, yanıqlar, heyvan zəhərlənmələri, dərmanın doza həddinin aşılması, endotel qişasının istənilən səbəbdən olan zədələnməsi
xüsusilə, punksiya nahiyələrindən və ya cüzi travmalar nəticəsində diffuz qanaxma; səbəbi olmayan qan laxtalanması, prosesin əsasında duran patologiyanın kliniki əlamətləri
- qanın ümumi müayinəsi ilə periferik yaxma:
normositar anemiya, trombositopeniya, şistositlər
- protrombin müddəti:
uzanmış
- aktivləşmiş hissəvi tromboplastin vaxtı:
VII faktorun miqdarından asılı olaraq, müxtəlifdir
- DYL paneli:
D-dimer və fibrinin deqradasiya məhsullarının miqdarının artması, fibrinogenin azalması
Ətraflı
qeyri-spesifik prodromal əlamətlər, bunun ardınca başağrı, sayıqlama, lokal zəiflik, qıcolmalar, koma; qanaxma nəticəsində menorragiya rast gələ bilər
dərinin avazıması, letargiyası, təngnəfəslik, purpura, ekximozlar
- qanın ümumi müayinəsi ilə periferik yaxma:
şistositlər ilə normositar anemiya
- retikulositlərin miqdarı:
>2%
- düz antiqlobulin sınağı (Kumbs reaksiyası):
mənfi
Ətraflı
tipik olaraq, azyaşlı uşaqlar və ya körpələrdə genişlənən damar zədələri ilə təzahür edir; həmçinin, qaraciyər və ya digər daxili orqanlarda rast gələ bilər
zədə(lər)in yerləşmə yerindən asılıdır. Bu zədələr, tipik olaraq, qırmızımtıl-qəhvəyi və ya bənövşəyitəhər olur; anemiyaya uyğun olan digər simptomlarla
- qanın ümumi müayinəsi ilə periferik yaxma:
normositar anemiya, trombositopeniya
Ətraflı - retikulositlərin miqdarı:
>2%
- şübhəli nahiyənin rentgen müayinəsi:
yumşaq toxuma kölgələri, flebolitlər
- şübhəli nahiyənin MRT müayinəsi:
həm T1, həm də T2 proyeksiyalı şəkillərdə müəyyən sahələrdə siqnalın azalması ilə müşayiət edilən siqnal intensivləşməsi
anemnezdə essensial hipertoniya, böyrək patologiyası və ya eklampsiyanın olması; yaşın çox olması, kişi cinsi, qaradərili etnik mənsibiyyət; başgicəllənmə, başağrı, əqli status dəyişiklikləri, hissiyat və ya hərəkət funksiyalarının pozulması, döş qəfəsində ağrı və ya sıxılma hissi, təngnəfəslik, ödem
sistolik AT-nin >210 mm.c.süt., diastolik AT-nin isə >130 mm.c.süt. olması, letargiya, yeni ürək küylərinin yaranması, ürəyin auskultasiyasında 3-cü tonun eşidilməsi, vidaci venanın gərilməsi, ağciyərlərdə xırıltılar və ya aşağı ətrafların ödemi, oliquriya və ya poliuriya, lokal nevroloji əlamətlər, hipertenziv retinopatiya
- qanın ümumi müayinəsi ilə periferik yaxma:
şistositlər ilə normositar anemiya
- retikulositlərin miqdarı:
>2%
- EKQ:
ST- seqmenti və ya T dalğasının dəyişiklikləri kimi işemiya və ya infarkt əlamətləri
- zərdab kreatinin:
böyrək çatışmazlığı ilə artır
- döş qəfəsinin rentgenoqramması:
sol mədəcik çatışmazlığını göstərən ağciyər ödemi əlamətləri
- başın KT və ya MRT-si:
infarkt və ya qansızma əlaməti
anamnezdə aorta qapağı və ya mitral qapağın metal protezinin olması və antikoaqulyant terapiyasının təyin edilməsi; zəiflik, yorğunluq, başağrı; fiziki gərginliyə dözümlülüyün azalması, keçirilmiş öddaşı xəstəliyi, sidiyin rənginin tündləşməsi
dərinin avazıması, letargiya, təngnəfəslik, petexiyalar, purpura, sarılıq
- qanın ümumi müayinəsi ilə periferik yaxma:
şistositlər ilə normositar anemiya
- retikulositlərin miqdarı:
>2%
- düz antiqlobulin sınağı (Kumbs reaksiyası):
mənfi
Ətraflı
bədən səthinin ən azı 10%-ni əhatə edən yanıq zədələri, çoxsaylı cərrahi prosedurlar
epidermal və ya dermal qatın yanıq xəsarəti nəticəsində itirilməsi
- qanın ümumi müayinəsi ilə periferik yaxma:
trombositopeniya ilə müşayiət olunan normositar anemiya; qan yaxmasında periferik parçalanma nəticəsində şistositlərin izlənməsi
- retikulositlərin miqdarı:
>2%
Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.