Skrininq

Sifilisin skrininqi aşağıdakı səbəblərdən vacibdir:

  • Sifilis infeksiyası çox vaxt asimptomatik olur, lakin yüksək yoluxuculuq qabiliyyətinə malikdir

  • Müalicə edilmədikdə, bətndaxili ölüm və ilkin infeksiyadan çox illər sonra əhəmiyyətli xəstəliyin yaranmasına səbəb olur

  • İnfeksiyanın erkən mərhələsində sifilisin müalicəsi mümkündür və burada məqsəd xəstəliyin proqressivləşməsinin və infeksiyanın ötürülməsinin qarşısının alınmasıdır

  • Sifilis İİV-ə yoluxmaya təkan verən vacib amildir.

Skrininq aşağıdakı hallarda aparılır:

  • Yoluxma riski olan asimptomatik şəxslər[79]

  • Hamilə qadınlar USPSTF: syphilis infection in pregnant women - screening external link opens in a new window

  • Qan donorları.[80]

Skrininq sınaqları

Bir çox laboratoriyalarda "əks ardıcıllıq skrininq alqoritmi" istifadə edilir ki, bu zaman treponemaya görə seroloji test ilkin skrininq testi kimi (adətən, treponema immunoferment analizi) istifadə olunur. Treponema testi infeksiyalı xəstələri müəyyən edir, lakin o, aktiv infeksiyanı (yəni, hazırkı müalicə olunmamış və ya tam müalicə olunmamış) və keçirilmiş (müalicə edilmiş) infeksiyanı fərqləndirə bilmir.[5][41][79]

Yanlış-mənfi nəticələr inkubasiya dövründə və erkən birincili sifilisdə müşahidə edilir. Yanlış-müsbət nəticələr digər qeyri-cinsi yolla ötürülən treponema infeksiyalarında (məs., frambeziya, pinta və endemik sifilis) rast gələ bilər.[43]

Əgər treponema testi müsbət olarsa, diaqnozun təsdiqlənməsi və aktiv xəstəlik və ya təkrar infeksiyanın təsdiqlənməsi üçün "zöhrəvi xəstəliklərin tədqiqat laboratoriyasının" (VDRL) sınağı və ya sürətli plazma reagin (EZR) sınağı kimi qeyri-treponema sınaqları aparılmalıdır. Bu testlər xəstəliyin aktivliyinə dair miqdari göstəricilər (titr) əldə etməyə və müalicənin istiqamətləndirilməsinə imkan verir. Əgər qeyri-treponema testi sonradan mənfidirsə, onda ilkin sınağın nəticəsini təsdiqləmək üçün başqa bir treponema sınağı aparılmalıdır.[5]

Skrininq üçün alternativ yanaşma ilkin test kimi qeyri-treponema testinin (VDRL və ya RPR) istifadəsidir. Müsbət nəticələr treponema sınaqları vasitəsilə təsdiqlənməlidir, belə ki, digər vəziyyətlərlə əlaqədar (məs., hamiləlik, autoimmun patologiyalar, digər infeksiyalar) yanlış-müsbət nəticələr müşahidə edilə bilər.

Məhdud resurslara malik ölkələrdə və qeyri-kliniki şəraitlərdə sifilisə nəzarət və hamiləlik zamanı onun xoşagəlməz nəticələrinin profilaktikası üçün ekspres testlər (Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən tövsiyə edilən) daha əhəmiyyətlidir.[81][82]

CYİ klinikasında skrininq

Bütün CYİ xəstələrində və CYİ riski yüksək olanlarda hansı tibb müəssisəsində qeydə alınmaqlarından asılı olmayaraq, sifilisə görə skrininq aparılmalıdır. USPSTF: syphilis infection in nonpregnant adults and adolescents - screening external link opens in a new windowBunlara, kişilərlə cinsi əlaqədə olan kişilər (KCK), İİV-ə yoluxmuş şəxslər, çoxsaylı cinsi partnyorları olanlar, cinsi ticarətlə məşğul olanlar və narkotik vasitə əldə etmək üçün cinsi əlaqədə olanlar aiddir.[83][79][84] CDC: sexually transmitted disease surveillance, 2017 external link opens in a new window

Antenatal skrininq

Sifilis infeksiyasına görə bütün hamilə qadınların skrininqi ABŞ Profilaktik Xidmətlər üzrə Məqsədli Qrupu, Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri, ÜST və Böyük Britaniyanın Milli Skrininq Komitəsi tərəfindən tövsiyə olunur.[4][5][85][79][86] USPSTF: syphilis infection in pregnant women - screening external link opens in a new window NSC: the UK NSC recommendation on syphilis screening in pregnancy external link opens in a new window

Sifilisə görə serologiya bütün hamilə qadınların doğuşdan əvvəlki ilk müraciəti zamanı və ya hamiləlik zamanı mümkün qədər erkən aparılmalıdır.[5] USPSTF: syphilis infection in pregnant women - screening external link opens in a new windowƏgər birinci seroloji müayinənin nəticəsi müsbət olarsa və ya anada sifilisə yoluxma riski yüksək olarsa, üçüncü trimestrin əvvəlində və doğuş zamanı təkrar seroloji müayinə aparılmalıdır.[5]Ananın seroloji statusu yenidoğulmuşun evə yazılmasından əvvəl xəstəxanada yoxlanılmalıdır.[5]Antenatal skrininq hətta prevalentliyin aşağı olduğu ərazilərdə belə, maddi cəhətdən qənaətlidir.[87]Ölü uşaq dünyaya gətirən istənilən qadın sifilisə görə müayinə olunmalıdır, bütün sifilis xəstəsi olan hamilələr isə İİV-ə görə müayinədən keçirilməlidirlər.[5]

Antenatal skrininq asimptomatik hamilə qadınlarda sifilis infeksiyasını aşkar edir və bununla da yenidoğulmuşlarda infeksiyanın (anadangəlmə sifilisin) və uşaqsalma, ölü dölün doğulması və ya neonatal ölüm kimi digər yanaşı risklərin profilaktikası məqsədilə müalicənin aparılmasına imkan yaradır.[71]Elmi dəlillər ölü doğuşların və ya digər patologiyaların qarşısının alınmasında sifilisin diaqnostika və erkən müalicəsinin əhəmiyyətli rol oynadığını qətiyyətlə dəstəkləyir.[88][89][86][90][91][92] USPSTF: syphilis infection in pregnant women - screening external link opens in a new window

Sifilis infeksiyasının yerindəcə sürətli testləşdirilməsini və müsbət hadisələrin və onların partnyorlarının dərhal müalicəsini təmin edən klinikalar sifilis infeksiyası barədə yetərli məlumatlılıq olmayan və sifilisin antenatal skrininqi əlçatan olmayan regionlarda anadangəlmə sifilisin rastgəlmə tezliyini azalda bilər.[93]

Riskin aşağı olduğu asimptomatik şəxslərdə skrininq

Əgər şəxsdə heç bir simptom yoxdursa və sifilis riski yüksək deyilsə, skrininq müayinəsi tövsiyə edilmir. Skrininq müayinələrində müsbət nəticələr aşağı olduqda, ümumi əhali arasında sifilis infeksiyası üzrə xəstələnmə göstəricilərinin də aşağı olmasını nəzərə alaraq, belə əhali qruplarında skrininqin potensial zərərləri (məs., yanlış müsbət) onun faydalarını üstələyə bilər.[79]

İİV və digər CYİ-lər üçün skrininq

Bütün sifilis xəstələrində xlamidioz, süzənək və digər qanla yayılan virus xəstəlikləri, məsələn, hepatit B və C də daxil olmaqla, digər CYİ-lər də yoxlanılmalıdır. Həmçinin, sifilis xəstələrində İİV də mütləq müayinə edilməlidir.[5]Sifilis İİV-ə yoluxmaya təkan verən vacib amildir. KCK-lar, xüsusilə də antiretroviral terapiya qəbul edənlər arasında koinfeksiya qeyri-mütənasib dərəcədə çox rast gəlir.[21][32]Bu səbəbdən də İİV xəstələrində sifilisin müayinə və müalicəsində yüksək şübhələnmə indeksinin tətbiqi tövsiyə edilir. İİV-in geniş yayıldığı coğrafi ərazilərdə birincili sifilis xəstələri, birinci İİV müayinəsinin nəticəsi mənfi olsa belə, 3 aydan sonra İİV-ə görə təkrar müayinə edilməlidirlər.[5] İİV xəstəsində infeksiyaya seroloji cavab reaksiyası atipik ola və yüksək, aşağı və ya fluktuasiya edən titrlərlə müşayiət oluna bilər.

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.