Proqnoz

İnfeksiyanın təbii gedişi

Antibiotik terapiyası başa çatdırıldıqdan sonra bu xəstəlik sağalır. Lakin sifilisə təkrar yoluxma baş verərsə, reinfeksiya mümkündür.

Orqanospesifik patologiyanın təbii gedişi diaqnoz qoyulan zaman sifilisin mərhələsi və adekvat terapiyanın aparılıb-aparılmamasından asılıdır. Orqanospesifik ağırlaşmaların izlənilməsi üçün mütəxəssis rəyi tələb olunur (məs., aortanın requrgitasiyası zamanı kardioloji, tabes dorsalis zamanı nevroloji müayinə).

Seroloji müayinə nəticələri

Treponemaya spesifik testlər ömürlük müsbət olaraq qalır, buna görə də onlar hazırkı (aktiv) və ya keçirilmiş infeksiyanı ayırd edə bilmir. Onlardan həm də müalicəyə qarşı reaksiyanın monitorinqi üçün istifadə oluna bilər.

Gələcək müayinələrdə keçirilmiş və müalicə edilmiş sifilis infeksiyasının aşkarlanacağı barədə xəstəyə məlumat verilməlidir.

Effektiv müalicə aparılarsa, qeyri-treponema sınaqlarında titrin azalması və ya qeyri-reaktivlik müşahidə olunur və bu səbəbdən də qeyd edilən üsullar müalicəyə cavab reaksiyasının miqdari markeri kimi tətbiq edilir. Birincili və ikincili sifilisdə müalicədən 6 ay, latent və ya gecikmiş sifilisin müalicəsi zamanı isə 12-24 ay ərzində titrlər 4 dəfə azalmalıdır.[107]

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.