Maarifləndirmə

Gələcək müayinələrdə keçirilmiş və müalicə edilmiş sifilis infeksiyasının aşkarlanacağı barədə xəstəyə məlumat verilməlidir.

Antibiotik müalicəsi aparılmazdan əvvəl bütün xəstələrə, xüsusilə, erkən sifilis zamanı Yariş-Herksheymer reaksiyasının mümkünlüyü barədə məlumat verilməlidir. Reaksiya antibiotik terapiyası təyin edildikdən sonra 24 saat ərzində treponemaların sürətli ölümü nəticəsində baş verir. Kəskin hərarət, başağrı və mialgiya ilə xarakterizə olunur. Hamilə qadınlarda bu reaksiya dölün distres sindromu və erkən doğuşla nəticələnə bilər.

Birincili sifilis xəstələrinə xoralar sağalanadək cinsi əlaqədən imtina etmək tövsiyə olunmalıdır (oral cinsi əlaqə də daxil olmaqla). Bundan əlavə, sifilisdən müalicə zamanı xəstənin birincili sifilis xoraları tam sağaldıqdan və müalicə kursu başa çatdırıldıqdan ən azı 2 həftə sonrayadək cinsi əlaqədə olmaması tövsiyə edilir.[3]

Sifilis infeksiyası ilə bağlı cəmiyyətdə hələ də stereotiplər mövcuddur və xəstədə gələcəkdə sifilis keçirdiyinə dair məlumatın yayılması barədə narahatlıq ola bilər (məs., antenatal skrininq).

Sifilis riski altında olan simptomsuz xəstələri müəyyən etmək üçün sifilis xəstəsinin cinsi partnyorları müəyyən edilməlidir. CDC: syphilis - fact sheet external link opens in a new window

Xəstənin tövsiyə edilən internet səhifələrindən məlumat alması faydalı ola bilər. NHS Choices: syphilis external link opens in a new window

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.