Monitorinq

Vəziyyətə nəzarət etmək üçün qeyri-treponema sınaqları təkrar aparılır. Birincili və ikincili sifilisdə müalicədən sonra 6 ay, latent və ya gecikmiş sifilisin müalicəsi zamanı isə 12-24 ay ərzində titrlər 4 dəfə azalmalıdır.

Müalicədən sonra 3 ay ərzində hər ay, daha sonra isə hər 3 aydan-bir zöhrəvi xəstəliklərin tədqiqat laboratoriyasının (VDRL) sınağı və ya sürətli plazma reagin sınağı (RPR) vasitəsilə titrlər ölçülməlidir. Eyni qeyri-treponema testindən müalicəyə cavab reaksiyasının monitorinqi zamanı ardıcıl olaraq, istifadə etmək lazımdır. Bu, onunla bağlıdır ki, bir testin nəticələri digər qeyri-treponema testinin nəticələri ilə bilavasitə müqayisə olunan deyil.

Müalicə effektiv olarsa, qeyri-treponema sınaqlarının nəticəsi mənfi olmalıdır. Lakin adekvat müalicə aparılmış bəzi xəstələrdə serorezistentlik inkişaf edir və titr aşağı olsa belə, müsbət qalmaqda davam edir. Qeyd edilən xəstələrdə bu, reinfeksiyanın qiymətləndirilməsi üçün ilkin titr kimi istifadə edilir.

Neyrosifilisin müalicəsindən sonra əgər birinci müayinədə OBM-də leykositlərin sayında artım müşahidə edilərsə, 6 ayda 1 dəfə olmaqla, bu göstərici normallaşanadək müayinə təkrar edilməlidir. Əgər 6 aydan sonra leykositlərin sayı normallaşmazsa və ya OBM-də 2 ildən sonra patoloji dəyişikliklər müşahidə olunmağa davam edərsə, təkrar müalicə aparılması nəzərdən keçirilməlidir.[5]

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.