Aparılan müayinələr

Aparılacaq əsas laborator müayinələr

Müayinə
Nəticə
Müayinə

Solğun treponemaların identifikasiyası üçün tətbiq olunur.

Sifilisin yekun diaqnozunu təyin edə bilər, lakin çox vaxt xüsusiləşdirilməmiş müəssisələrdə əlçatan olmur.

Dəri yarasının üzəri seroz ekssudat görünənədək pambıq tamponla təmizlənilir və qaşınır. Sonra seroz ekssudat mikroskopik müayinə üçün əşya şüşəsinə yığılır.

Bir mənfi nəticə infeksiyanı inkar etmir; idealda müxtəlif günlərdə 3 mənfi nəticənin alınması tələb olunur.

Birincili sifilis: qaranlıq sahəli mikroskopiyanın həssaslığı 74-86%, spesifikliyi isə 85-100% təşkil edir.[38]

İkincili sifilis: anogenital yaralardan götürülmüş materialda qaranlıq sahəli mikroskopiya müsbət ola bilər.

Üçüncülü sifilisdə qummalar olarsa, onlarda çox az identifikasiya oluna bilən T pallidum mikroorqanizmləri olur.

Nəticə

ştoporabənzər görünüşlü və hərəkətli spiralvari spiroxet bakteriyaları

Müayinə
Nəticə
Müayinə

Treponema seroloji testidir.

Müsbət treponema testi olan şəxs ömürlük müsbət qalır. Deməli, müsbət nəticə təklikdə aktiv infeksiyanı keçirilmiş infeksiyadan (müalicə olunmuş) fərqləndirə bilməz.

Ən çox yayılmış yanaşma ilkin seroloji test kimi treponema testinin istifadəsidir ki, ardınca diaqnozun təsdiqlənməsi və aktiv xəstəlik və ya təkrar infeksiyanın olmasını (yəni, "əks-ardıcıllığın skrininq alqoritmi") təsdiqləmək məqsədilə qeyri-treponema testi aparılmalıdır.[41] 

Yanlış-müsbət nəticələr digər qeyri-cinsi yolla ötürülən treponema infeksiyalarında (məs., frambeziya, pinta və endemik sifilis) rast gələ bilər.

Yanlış-mənfi nəticələr inkubasiya dövründə və erkən birincili sifilisdə müşahidə edilir. Adətən, T pallidum infeksiyasından sonra İFA IgG/IgM sınağının müsbət olması üçün 3 həftə tələb olunur.

Skrininq üçün ümumi olaraq İFA-dan istifadə olunur.[3] 

İlkin sifilis: İFA-nın həssaslığı 82-100%, spesifikliyi isə 97-100% təşkil edir.[72]

İkincili sifilis: İFA-nın həssaslığı 100% təşkil edir.[72]

Gecikmiş latent sifilis: İFA-nın həssaslığı 98-100% təşkil edir.[72]

Nəticə

müsbət

Müayinə
Nəticə
Müayinə

Treponema seroloji testidir.

Müsbət treponema testi olan şəxs ömürlük müsbət qalır. Deməli, müsbət nəticə təklikdə aktiv infeksiyanı keçirilmiş infeksiyadan (müalicə olunmuş) fərqləndirə bilməz.

Ən çox yayılmış yanaşma ilkin seroloji test kimi treponema testinin istifadəsidir ki, ardınca diaqnozun təsdiqlənməsi və aktiv xəstəlik və ya təkrar infeksiyanın olmasını (yəni, "əks-ardıcıllığın skrininq alqoritmi") təsdiqləmək məqsədilə qeyri-treponema testi aparılmalıdır.[41]

Birincili sifilis: TPPA-nın həssaslığı 85-100%, spesifikliyi isə 98-100% təşkil edir.[73][74]

İkincili və gecikmiş latent sifilis: TPPA-nın həssaslığı 98-100% təşkil edir.[74]

Nəticə

müsbət

Müayinə
Nəticə
Müayinə

Treponema seroloji testidir.

Müsbət treponema testi olan şəxs ömürlük müsbət qalır. Deməli, müsbət nəticə təklikdə aktiv infeksiyanı keçirilmiş infeksiyadan (müalicə olunmuş) fərqləndirə bilməz.

Ən çox yayılmış yanaşma ilkin seroloji test kimi treponema testinin istifadəsidir ki, ardınca diaqnozun təsdiqlənməsi və aktiv xəstəlik və ya təkrar infeksiyanın olmasını (yəni, "əks-ardıcıllığın skrininq alqoritmi") təsdiqləmək məqsədilə qeyri-treponema testi aparılmalıdır.[75]

FTA-ABS sınağının spesifikliyi nisbətən aşağı olduğu üçün TPPA və TPHA ilə müqayisədə, bu üsul daha az tətbiq olunur.

Nəticə

müsbət

Müayinə
Nəticə
Müayinə

Treponema seroloji testidir.

Müsbət treponema testi olan şəxs ömürlük müsbət qalır. Deməli, müsbət nəticə təklikdə aktiv infeksiyanı keçirilmiş infeksiyadan (müalicə olunmuş) fərqləndirə bilməz.

Ən çox yayılmış yanaşma ilkin seroloji test kimi treponema testinin istifadəsidir ki, ardınca diaqnozun təsdiqlənməsi və aktiv xəstəlik və ya təkrar infeksiyanın olmasını (yəni, "əks-ardıcıllığın skrininq alqoritmi") təsdiqləmək məqsədilə qeyri-treponema testi aparılmalıdır.[75]

Nəticə

müsbət

Müayinə
Nəticə
Müayinə

Treponema seroloji testidir.

Müsbət treponema testi olan şəxs ömürlük müsbət qalır. Deməli, müsbət nəticə təklikdə aktiv infeksiyanı keçirilmiş infeksiyadan (müalicə olunmuş) fərqləndirə bilməz.

LIA seroloji testlərini (məs., sifilisə görə INNO-LIA testi) ilkin seroloji treponema testindən sonra infeksiyanı təsdiq etmək üçün istifadə etmək olar. Bir LIA testi infeksiyanı təsdiq edə bilər ki, bu da onun, digər ənənəvi seroloji təsdiqlərlə (adətən, bir neçə analiz tələb edir) müqayisədə, daha əlverişli olduğunu göstərir. LIA testlərinin sifilis infeksiyasına görə effektivliyini qiymətləndirən tədqiqatlar, FTA-ABS və TPHA seroloji testləri ilə müqayisədə, onun daha yüksək həssaslıq və spesifikliyini nümayiş etdirmişdir.[55][56]

Nəticə

müsbət

Müayinə
Nəticə
Müayinə

Qeyri-treponema seroloji testidir.

Xəstəliyin aktivliyinin miqdari qiymətləndirilməsini təmin edir və müalicəyə qarşı reaksiyanın (effektiv müalicə nəticəsində RPR titrləri azalır və ya qeyri-reaktiv olur) monitorinqi üçün istifadə edilə bilər.

Ən çox yayılmış yanaşma ilkin seroloji test kimi treponema testinin istifadəsidir ki, ardınca diaqnozun təsdiqlənməsi və aktiv xəstəlik və ya təkrar infeksiyanın olmasını (yəni, "əks-ardıcıllığın skrininq alqoritmi") təsdiqləmək məqsədilə qeyri-treponema testi aparılmalıdır.[75]

Adekvat müalicə zamanı ≥32 titri nadir hallarda rast gəlir.

Bəzi xəstələrdə adekvat müalicəyə baxmayaraq, anticisimlər aşağı titrdə müsbət olaraq qalır ki, buna serofast reaksiya deyilir.[51]

Müxtəlif tibbi vəziyyətlər zamanı (məs., hamiləlik, autoimmun xəstəliklər və infeksiyalar) yanlış-müsbət reaksiya aşkar oluna bilər.

Durulaşdırılmamış nümunədə yanlış-mənfi reaksiya alına bilər (prozona fenomeni).

Birincili sifilis: RPR-in həssaslığı 70-73% təşkil edir.[15][76]

İkincili sifilis: RPR-in həssaslığı 100% təşkil edir.[76]

Qan zərdabında zöhrəvi xəstəliklərin tədqiqi laboratoriyasının (VDRL) sınağı ilə müqayisədə, daha üstün müayinə üsuludur.

Nəticə

müsbət

Müayinə
Nəticə
Müayinə

Qeyri-treponema seroloji testidir.

Xəstəliyin aktivliyinin miqdari qiymətləndirilməsini təmin edir və müalicəyə qarşı reaksiyanın (effektiv müalicə nəticəsində VDRL titrləri azalır və ya qeyri-reaktiv olur) monitorinqi üçün istifadə edilə bilər.

Ən çox yayılmış yanaşma ilkin seroloji test kimi treponema testinin istifadəsidir ki, ardınca diaqnozun təsdiqlənməsi və aktiv xəstəlik və ya təkrar infeksiyanın olmasını (yəni, "əks-ardıcıllığın skrininq alqoritmi") təsdiqləmək məqsədilə qeyri-treponema testi aparılmalıdır.[75]

Adekvat müalicə zamanı ≥32 titri nadir hallarda rast gəlir.

Bəzi xəstələrdə adekvat müalicəyə baxmayaraq, anticisimlər aşağı titrdə müsbət olaraq qalır ki, buna serofast reaksiya deyilir.[51]

Müxtəlif tibbi vəziyyətlər zamanı (məs., hamiləlik, autoimmun xəstəliklər və infeksiyalar) yanlış-müsbət reaksiya aşkar oluna bilər.

Durulaşdırılmamış nümunədə yanlış-mənfi reaksiya alına bilər (prozona fenomeni).

Birincili sifilis: VDRL-in həssaslığı 44-76% təşkil edir.[76]

Gecikmiş latent sifilisdə VDRL 77% hallarda müsbət olur.[15]

İkincili sifilis zamanı VDRL-in həssaslığı 100% təşkil edir.[76]

Nəticə

müsbət

Nəzərə alınmalı müayinələr

Müayinə
Nəticə
Müayinə

Göstərişlərə sinir sisteminin prosesə cəlb olunmasının kliniki əlamətləri (məs., koqnitiv disfunksiya, hərəki və ya hissi defisitlər, görmə və ya eşitmə pozğunluğunun əlamətləri, kəllə-beyin sinirinin iflici, meningit əlamətləri) aiddir.

Bel punksiyası, həmçinin, İİV-lə koinfeksiya qeyd olunduqda, naməlum davametmə müddətinə malik sifilisin diaqnostika olunduğu zaman da göstərişdir.

Anadangəlmə sifilis və nevroloji simptom və ya əlamətləri olan istənilən uşaqda göstərişdir.[5]

OBM-də ağ qan hüceyrələrinin yüksək sayı və OBM-də müsbət VDRL nevroloji cəlb olunmaya işarə edir.[29] 

Bəzi neyrosifilis xəstələrində təkcə OBM-də leykositlərin sayının artması və mənfi RPR/VDRL sınaqları müşahidə edilir.

OBM-in Treponema pallidum hemaqqlüsinasiya analizi (TPHA)/ T pallidum hissəciklərinin aqqlütinasiya analizi (TPHA) <1:320 olduqda, neyrosifilis az ehtimal olunandır.

Qeyri-reaktiv OBM-TPHA nəticəsi, adətən, neyrosifilisi istisna edir.

Böyüklərdə diaqnostik lümbal punksiya: animasiyalı nümayişBöyüklərdə diaqnostik lümbal punksiya: animasiyalı nümayiş

Nəticə

Leykositlərin sayı >10 hüceyrə/mm³; OBM-də zülal >50 mq/dl (0,50 q/l); OBM-də VDRL müsbət; OBM-in TPHA/TPPA/FTA-ABS sınaqları müsbət

Müayinə
Nəticə
Müayinə

Aortanın mümkün anevrizması və ya aortada kalsifikatları müəyyən etməyə imkan verir.

Aortanın requrgitasiyası, ürək çatışmazlığı və ya aorta anevrizmasının əlamət və simptomları olduqda, mütləq aparılmalıdır.

Nəticə

aortanın döş şöbəsinin genişlənməsi və aortanın kalsifikasiyası mümkündür

Müayinə
Nəticə
Müayinə

Əgər kardiovaskulyar sifilis şübhəsi yüksəkdirsə (məs., xəstədə requrgitasiya, ürək çatışmazlığı və ya aortanın anevrizmasının simptom və əlamətləri varsa), mütləq aparılmalıdır.

Nəticə

aortanın requrgitasiyası, ürək çatışmazlığı və ya aortanın anevrizması əlamətləri aşkar edilə bilər

Müayinə
Nəticə
Müayinə

Yüksək kəllədaxili təzyiqi istisna etmək, lümbal punksiyanın aparılmasının təhlükəsiz olduğuna zəmanət vermək üçün lümbal punksiyadan əvvəl icra olunmalıdır.

Yüksək kəllədaxili təzyiq nadir hallarda sifilisin bilavasitə özü tərəfindən törədilir.

Nəticə

adətən, normal

Bütün sifilis xəstələri İİV-ə görə müayinə olunmalıdır.

İİV-in geniş yayıldığı coğrafi ərazilərdə birincili sifilis xəstələri, birinci İİV müayinəsinin nəticəsi mənfi olsa belə, 3 aydan sonra İİV-ə görə təkrar müayinə edilməlidirlər.[5]

Nəticə

müsbət və ya mənfi

Müayinə
Nəticə
Müayinə

Bütün sifilis xəstəsi olan və ya sifilisə şübhəli olan hamilə qadınlarda icra olunmalıdır.

Döl və ya ciftin sifilisi əlamətləri (məs., hepatomeqaliya, assit, dölün hidropsu) anadangəlmə sifilisin uğursuz müalicəsinə görə yüksək riskə işarə edir.[70]

Nəticə

hepatomeqaliya, assit, dölün hidropsu, bətndaxili inkişafdan qalmanı göstərə bilər

Müayinə
Nəticə
Müayinə

Anadangəlmə sifilis şübhəsi olan yenidoğulmuşlarda aparılır.

Nəticə

anemiya, trombositopeniya, leykopeniya və mümkün neytrofiliya aşkar oluna bilər

Müayinə
Nəticə
Müayinə

Anadangəlmə sifilis şübhəsi olan yenidoğulmuşlarda göstəriş ola bilər.[5]

Kəllə anomaliyalarına şübhə olan zaman aparılır.

Nəticə

üz-kəllə inkişaf qüsurlarını nümayiş etdirə bilər

Müayinə
Nəticə
Müayinə

Anadangəlmə sifilis şübhəsi olan yenidoğulmuşlarda göstəriş ola bilər.[5]

Osteoxondritə şübhə olduqda aparılır.

Nəticə

osteoxondriti nümayiş etdirə bilər

Müayinə
Nəticə
Müayinə

Anadangəlmə sifilis şübhəsi olan yenidoğulmuşlarda göstəriş ola bilər.[5]

Kliniki əlamətlər qaraciyərin cəlb olunmasına şübhə yaratdıqda, aparılır (məs., hepatomeqaliya).

Nəticə

aspartataminotransferaza və alaninaminotransferaza yüksəlmiş ola bilər

Müayinə
Nəticə
Müayinə

Anadangəlmə sifilis şübhəsi olan yenidoğulmuşlarda göstəriş ola bilər.[5]

Kliniki göstərişlər əsasında aparılır.

Nəticə

karlığı aşkar edə bilər

Müayinə
Nəticə
Müayinə

Neyrosifilis zamanı kəllə-beyin sinirləri (xüsusilə, VIII-ci kəllə siniri) zədələnə bilər.

Nəticə

eşitmə defisitini aşkarlaya bilər

Yeni yaranan müayinələr

Müayinə
Nəticə
Müayinə

Belə göstərilmişdir ki, birincili və ikincili sifilisin diaqnostikasında, adekvat referens-testlərlə (məs., serologiya, qaranlıq sahəli mikroskopiya) müqayisədə, T pallidum PZR-i orta həssaslığa (70-80%) və yüksək spesifikliyə (>90%) malikdir.[57]

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri PZR müayinəsini birincili və ikincili sifilisin yolverilən diaqnostik üsulu hesab edirlər və onun istifadəsi, çox guman ki, artacaqdır.[58]

Nəticə

müsbət

Müayinə
Nəticə
Müayinə

Müalicə məntəqələrində seroloji testləşdirmə yüksək riskli ərazilərdə qiymətləndirilmişdir və burada sürətli və erkən diaqnostika, dəqiqliklə müqayisədə, daha vacib olmuşdur. Bir sıra kliniki testlər daha çoxunu vəd edir[59] və Panamerikan Səhiyyə Təşkilatının (PAHO) sifilisin diaqnostika və müalicəsinə dair strategiyasının bir hissəsi kimi tövsiyə edilmişdir.[60]

Nəticə

müsbət; lakin təkcə treponema anticisimlərinə görə müsbət reaksiya hazırkı, keçirilmiş və ya müalicə olunmuş infeksiyanı fərqləndirməyə imkan vermir

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.