Yeni müalicə üsulları

Azitromisin

Azitromisin yalnız ona qarşı yerli həssaslıq ehtimal olunan xüsusi hallarda variant ola bilər.[4]Müəyyən şəraitlərdə sifilisin müalicəsi üçün istifadə olunan azitromisinə qarşı rezistentlik barədə məlumatlar yoxdur və yəqin ki, naməlum qalacaqdır. ÜST-ün Təlimatların hazırlanması üzrə Qrupu Treponema pallidum zamanı azitromisinə qarşı rezistentliyin yaranması ilə bağlı narahatlıq qeyd edir.[4] 

Seftriakson

Seftriakson gecikmiş latent sifilis və neyrosifilisin müalicəsində istifadə edilə bilər. Elmə əsaslanan faktlar C Lakin müalicənin optimal davametmə müddətinə dair vahid fikir mövcud deyil. Metaanalizlərin nəticələri göstərmişdir ki, sağalma tezliyi, residiv tezliyi və serofast tezliyinə görə seftriakson penisillindən zəif deyil.[105][106]Penisillinə qarşı allergiyası olan xəstələrdə çarpaz həssaslığa görə seftriaksona qarşı aşağı allergik reaksiya riski mövcud olur və onu, anamnezində anafilaksiya olmayan xəstələrə təyin etmək olar.

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.