Yanaşma

Sifilisin əlamət və simptomları müşahidə olunan şəxslər diaqnostik testlərdən keçirilməlidir. Asimptomatik xəstələrin diaqnostikası rutin skrininqə əsaslanır.

Anamnez

Sifilis diaqnozunun nəzərdən keçirilməsi zamanı cinsi fəaliyyət anamnezi və risk faktorlarının müəyyənləşdirilməsi əhəmiyyətli rola malikdir. Yüksək yoluxma riski daşıyanlara yoluxmuş şəxslə cinsi əlaqədə olanlar, kişilərlə cinsi əlaqədə olan kişilər (KCK), İİV və ya digər CYİ-lərə yoluxmuş insanlar, cinsi partnyorlarının sayı birdən artıq olanlar, cinsi ticarətlə məşğul olanlar və narkotik vasitə istifadəçiləri aiddir. Sifilisli hamilə qadınlarda infeksiyanın transplasentar yolla dölə ötürülməsi riski mövcuddur.

Diaqnostik test nəticələrinin interpretasiyası və infeksiya mərhələsinin təsdiqi üçün xəstənin sifilisə görə anamnezinin (və qəbul edilmiş müalicə) müəyyənləşdirilməsi çox vacibdir.

Birincili sifilisin əlamət və simptomları

Anogenital nahiyədə və ya uşaqlıq boynu nahiyəsində tək bir ağrısız genital xora (şankr) ilkin sifilis diaqnozuna çox ciddi şəkildə işarə edir.[29] Xoranı xəstə özü və ya müayinə zamanı həkim aşkar edə bilər və bu xora öz-özünə sağalır. Həmçinin, ayrı-ayrı limfa düyünlərində ağrısız, rezinəbənzər konsistensiyalı limfadenopatiya aşkarlana bilər. Birincili infeksiya zamanı ağızda xoralar yarana bilər. Bu, baş verdikdə, xora ağız nahiyəsi ilə məhdudlaşır.com.bmj.content.model.Caption@24e1bfb6[Figure caption and citation for the preceding image starts]: Vulvanın Treponema pallidum bakteriyası tərəfindən törədilən birincili sifilitik şankrıXNPM: PHIL image ID 5340; icazə ilə istifadə edilmişdir [Citation ends].com.bmj.content.model.Caption@4e2291f7[Figure caption and citation for the preceding image starts]: Kişi cinsiyyət üzvünün proksimal hissəsində yerləşən şankr: birincili sifilis infeksiyasıXNPM/ Dr Gavin Hart; Dr NJ Fiumara; icazə ilə istifadə edilmişdir [Citation ends].

Atipik hallarda xora çoxsaylı və ağrılı ola bilər. Ağrılı xoralar genital herpes və ya şankroid koinfeksiyası zamanı müşahidə edilir. Yanaşı olaraq İİV-ə yoluxma zamanı isə çoxsaylı xoralar aşkar edilir. Biricili sifilis zamanı İİV anticisimləri mənfi olan xəstələrin təxminən 30%-i, İİV anticisimləri müsbət olan xəstələrin isə 70%-də çoxsaylı genital xoralar aşkar edilir.

İkincili sifilisin əlamət və simptomları

Xəstədə birincili sifilis infeksiyasından 4-8 həftə sonra ikincili sifilis əlamətləri inkişaf edə bilər. İkincili sifilis müxtəlif formalarda təzahür edir. Treponemaların disseminə olunması zamanı xəstəliyin manifestasiyaları da poliorqan xüsusiyyətli olur. Xəstədə hərarət, əzginlik, mialgiya, yorğunluq və ya artralgiya kimi konstitusional simptomlar müşahidə edilə bilər. Həmçinin, generalizə olunmuş limfadenopatiya rast gəlir. Bu əlamətlər digər bir virus xəstəliyi və ya birincili İİV infeksiyası ilə səhv salına bilər. Əsasən əllərin ovuc səthi və ayaqaltını əhatə edən generalizə olunmuş simmetrik makulyoz, papulyoz və ya diffuz makulo-papulyoz səpgilər əmələ gələ bilər. Səpgi, həmçinin, gövdə və başın tüklü hissəsinin dərisində qeyd edilə bilər. Bəzən papulalar xoralaşa bilər. Selikli qişalarda generalizə olunmuş xoralar aşkar oluna bilər. Bunlar yanağın selikli qişasında "ilan cığırı" xoralarına və cinsiyyət üzvlərində eroziyalara səbəb olur. Cinsiyyət üzvlərində enli kondilomalar adı ilə tanınan, dərinin öz rəngində, ziyiləbənzər zədələr də rast gəlir. Adacıqlı alopesiya inkişaf edə bilər. com.bmj.content.model.Caption@4bf89927[Figure caption and citation for the preceding image starts]: Gövdə və bədənin yuxarı hissələrində ikincili sifilitik papulo-skvamoz səpgilərXNPM/Susan Lindsley; icazə ilə istifadə edilmişdir [Citation ends].com.bmj.content.model.Caption@5a2e7483[Figure caption and citation for the preceding image starts]: Üzdə ikincili sifilis yaralarıXNPM: PHIL image ID 3500; icazə ilə istifadə edilmişdir [Citation ends].com.bmj.content.model.Caption@731b6c7f[Figure caption and citation for the preceding image starts]: Dəridə piqmentasiyalı makula və papulalar şəklində təzahür edən ikincili sifilisXNPM/Susan Lindsley; icazə ilə istifadə edilmişdir [Citation ends].com.bmj.content.model.Caption@29ece6c2[Figure caption and citation for the preceding image starts]: Uşaqlıq yolunda ikincili sifilis yaralarıXNPM/J. Pledger; icazə ilə istifadə edilmişdir [Citation ends].

Az rast gələn kliniki formalara spesifik orqanların prosesə cəlb olunması aiddir. Başağrı, meningizm, eşitmə qabiliyyətinin itirilməsi, qıcolmalar və ya neyropatiya əlamətləri sinir sisteminin cəlb olunmasından xəbər verir. Neyrosifilis sifilis infeksiyasının istənilən mərhələsində inkişaf edə bilər və müalicə edilməyən sifilis xəstələrinin 10%-də qeyd edilir.[20] Sifilitik irit, uveit və xorioretinit nəticəsində görmə pozğunluqları baş verdikdə, xəstə ilk olaraq oftalmoloqa müraciət edə bilər.[30] İkincili sifilis nəticəsində yaranmış vaskulit nefrotik sindrom, qlomerulonefrit və ya hepatitlə nəticələnir.

İkincili sifilis müalicə edilmədikdə, xəstələrin təxminən 25%-də ikincili sifilisin residivləri baş verir. Əlamətlərinə səpgi və hərarət aiddir. Sifilisə yoluxmadan 1 ildən çox müddət keçdikdə, belə residiv epizodlarının rast gəlməsi nadir haldır.

Latent sifilis

Latent sifilis kliniki əlamətlər olmadığı halda müsbət serologiya ilə müəyyən edilir. Erkən latent sifilis yoluxma baş verdikdən sonra bir (Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinə görə) və ya iki (Ümumdünya Səhiyyə Təşkilatına görə) ilədək müddət ərzində yalnız seroloji göstəricilər əsasında aşkar olunan asimptomatik infeksiya kimi müəyyən edilir.[4][5]

Gecikmiş latent sifilis >1 il (XNPM-ə görə) və ya >2 il (ÜST-ə görə) əvvəl qazanılmış asimptomatik infeksiya kimi müəyyən olunur.[4][5] Belə xəstənin son 1 (XNPM) və ya 2 (ÜST) il ərzində seroneqativ olub-olmadığı məlum olmur.[4][5] 

Üçüncülü sifilisin əlamət və simptomları

Qiymətləndirmələ görə, müalicə olunmayan sifilis xəstələrinin təxminən 15-40%-i proqressivləşərək, üçüncülü (gecikmiş simptomatik xəstəlik) sifilisə keçid alır.[6]Üçüncülü sifilis, adətən, ilkin infeksiyadan illər sonra meydana çıxan xroniki terminal orqan pozğunluqları ilə xarakterizə olunur. Diaqnoz anamnezdə xəstəliyin nisbətən erkən mərhələlərinin əlamətləri və risk faktorlarının mövcudluğu əsasında qoyulur.

Neyrosifilis zamanı onurğa beyninin arxa kökləri zədələnə bilər ki, bu sindrom da "tabes dorsalis" adı ilə məlumdur. "Tabes dorsalis"in əlamətlərinə aiddir:

  • Ataksiya

  • Anal və sidik kisəsi sfinkterinə nəzarətin itirilməsi

  • Argil Robertson bəbəkləri

  • Arefleksiya

  • Arxa köklərin zədələnməsi (vibrasiya və propriosepsiya/pozisiya hissiyyatının itməsi)

  • Romberq əlaməti.

Baş beynin cəlb olunması zamanı koqnitiv və hərəki funksiyaların zədələnməsi də daxil olmaqla, bir sıra sindromlar meydana çıxır. Bunlar bəzən geniş termin olan "ümumi parez" adı altında birləşdirilir. Ümumi parez əlamətlərinə aiddir:

  • Şəxsiyyət dəyişiklikləri

  • Yaddaş pozğunluqları

  • Əhval-ruhiyyənin dəyişməsi

  • Sayıqlama

  • Qıcolmalar

  • Tremor

  • Argil Robertson bəbəkləri.

Neyrosifilis və ya baş beynin cəlb olunmasına şübhə olduqda, nevropatoloq və ya psixiatrın konsultasiyası tələb olunur.

Kardiovaskulyar sifilis zamanı aorta kötüyü zədələnir, aortit baş verir və beləliklə, aortanın requrgitasiyası meydana gəlir. Tac arteriyaların mənfəzində stenoz nəticəsində stenokardiya inkişaf edir. Aortanın orta qişasının nekrozu aortanın anevrizmasına səbəb olur. Kliniki müayinədə aortanın requrgitasiyasını bildirən ürək küyü və/və ya ürək çatışmazlığı, yaxud aortanın anevrizması əlamətlərinin aşkarlanması zamanı kardioloqun konsultasiyası tələb olunur.

Qummoz sifilis (xoşxassəli üçüncülü sifilis də deyilir) dəri və daxili orqanları zədələyərək, orqanomeqaliyaya, infiltrativ və ya destruktiv proseslərə, orqanın perforasiyasına, yaxud da zədələnmiş strukturların kollapsına səbəb ola bilər. Qumma yaraları nekrotik mərkəzi olan rezinəbənzər qranulyomatoz toxumadan ibarət olur. Destruktiv yaralar tədricən normal toxumanı əvəz edə bilər. Qummalar gecikmiş sifilisin həddindən artıq nadir rast gələn təzahür formasıdır. Özünü dəridə xroniki xoralar və nodulyar infiltrasiya ilə biruzə verir. com.bmj.content.model.Caption@26d27379[Figure caption and citation for the preceding image starts]: Sol əlin dorsal səthində qummoz yaralarXNPM/Susan Lindsley; icazə ilə istifadə edilmişdir [Citation ends].

İİV koinfeksiyası

Sifilis İİV-ə yoluxmaya təkan verən vacib amildir. KCK-lar xüsusilə İİV-lə yanaşı gedən infeksiya riskinə malikdirlər.[21][31][32] İİV infeksiyasının mövcud olması sifilisin klinikasını dəyişdirə bilər.[33]

  • Birincili sifilis: nisbətən iri, ağrılı çoxsaylı xoralar.

  • İkincili sifilis: cinsiyyət üzvlərində xoralar daha çox rast gəlir və RPR və VDRL testlərində yüksək titrlərə malik olur.

  • Proqressivləşmə və neyrosifilisə keçidin daha sürətlə baş verməsi mümkündür.

  • İnfeksiyaya seroloji cavab reaksiyası atipik ola bilər.[30]

Anadangəlmə sifilisin əlamət və simptomları

Anadangəlmə sifilis infeksiyanın transplasentar yolla anadan dölə ötürülməsi zamanı baş verir. Bu, uşaqsalma, ölü dölün doğulması və ya neonatal ölümə səbəb ola bilər.[2]Bətndaxili dövrdə ultrasəs müayinəsi zamanı dölün hidropsu aşkar oluna bilər. Postnatal təzahür formaları erkən və gecikmiş mərhələdə olmaqla, 2 qrupa bölünür: erkən manifestasiyalar həyatın ilk 2 ilində, gecikmiş manifestasiyalar isə 2 yaşdan sonra baş verir.

Anadangəlmə sifilisdən şübhələnmək üçün müxtəlif faktorlar nəzərə alınmalıdır, həmçinin:[5]

  • Anada sifilisin aşkarlanması

  • Ananın müalicəsinin adekvat olması

  • Yenidoğulmuşda kliniki, laborator və ya radioqrafik müayinələr əsasında sifilis əlamətlərinin aşkarlanması (bunun üçün ana və körpədən cüt zərdab nümunələri götürməklə, eyni müayinə üsulu ilə və yaxşı olar ki, eyni laboratoriyada qeyri-treponemal seroloji müayinə aparılmalıdır).

Əksər kliniki əlamətləri doğulduqdan dərhal sonra görmək olmur, lakin onlar 3 ay ərzində inkişaf edir. İrinli və ya qan qarışıqlı, yüksək yoluxuculuğa malik, uzun sürən rinit baş verə bilər və bu hal anadangəlmə sifilisin ən erkən əlamətlərindən biridir. Digər erkən əlamətlərə (2 il ərzində əmələ gələn) hepatosplenomeqaliya, qlomerulonefrit və nefrotik sindrom, generalizə olunmuş limfadenopatiya, həmçinin, mərkəzi sinir sisteminin (MSS) cəlb olunması (OBM-də patoloji əlamətlər və sifilitik meningit daxil olmaqla) və sümük sisteminin cəlb olunması (məs., osteoxondrit) aiddir.[6][33]Yenidoğulmuşun dərisində səpgilər əmələ gələ bilər və onlar böyüklərdə ikincili sifilis səpgilərinə bənzəyə bilər. Bu səpgi də geniş yayılmış, bullyoz və ya papulonekrotik, yaxud da deskvamasiya edən olur. Əvvəlcə səpgi vezikulyar olub, əllərin ovuc səthi və ayaqaltında xırda qovuqlar şəklində meydana çıxır. Çox vaxt mis rəngində olan eritematoz və ya makulopapulyoz səpgi sonradan üzdə, ovuclarda və ayaqaltı səthlərdə əmələ gələ bilər. Nekrozlaşan funizit (göbək ciyəsinin iltihabı) anadangəlmə sifilisin dəqiq diaqnostikasına imkan verir və vaxtından əvvəl ölü doğulmuş və ya doğulduqdan sonra bir neçə həftə ərzində tələf olan döldə aşkar olunur. Göbək ciyəsində matriksin iltihabı nəticəsində "bərbər nişanı" adı ilə tanınan spesifik görünüş aşkar edilir.[6][34]com.bmj.content.model.Caption@f71914c[Figure caption and citation for the preceding image starts]: Burada təsvir edilmiş anadangəlmə sifilis hadisəsi yenidoğulmuşun ölümü ilə nəticələnmişdirXNPM: PHIL image ID 3510; icazə ilə istifadə edilmişdir [Citation ends].com.bmj.content.model.Caption@27a17c49[Figure caption and citation for the preceding image starts]: Bu yenidoğulmuşda, hər iki ayaq altında dəri zədələri daxil olmaqla, anadangəlmə sifilisin əlamətləri olmuşdurXNPM: PHIL image ID 4148; icazə ilə istifadə edilmişdir [Citation ends].

Müalicə olunmayan anadangəlmə sifilis özünü gec (2 yaşdan sonra) büruzə verə bilər. Gecikmiş anadangəlmə sifilisi postnatal qazanılmış sifilisdən fərqləndirmək vacibdir, çünki ikincisi uşağın cinsi istismarına şübhə yaradır ki, bu hal daha geniş araşdırılmalıdır.[35]

Gecikmiş anadangəlmə sifilis aşağıdakılardan ibarət bir sıra spesifik xüsusiyyətlərə malikdir:[33]com.bmj.content.model.Caption@69354489[Figure caption and citation for the preceding image starts]: İnterstitsial keratitXNPM/Susan Lindsley [Citation ends].com.bmj.content.model.Caption@5cc9ab6d[Figure caption and citation for the preceding image starts]: Klatton oynaqlarıXNPM/Richard Deitrick; icazə ilə istifadə edilmişdir [Citation ends].com.bmj.content.model.Caption@5fb1aa49[Figure caption and citation for the preceding image starts]: Mərkəzi kəsici dişlərin pazabənzər forma alması (Hatçinson dişləri)XNPM/Robert E. Sumpter; icazə ilə istifadə edilmişdir [Citation ends].com.bmj.content.model.Caption@735ec6c2[Figure caption and citation for the preceding image starts]: Qamış sümüyünün osteoperiostiti ("qılıncabənzər baldırlar")XNPM/Robert E. Sumpter; icazə ilə istifadə edilmişdir [Citation ends].

  • İnterstitsial keratit

  • Mərkəzi kəsici dişlərin pazabənzər forma alması (Hatçinson dişləri)

  • Səkkizinci kəllə-beyin sinirinin zədələnməsi nəticəsində karlıq

  • Kəllənin alın sümüyünün qabarması

  • Qamış sümüyünün önə əyilməsi (qılıncabənzər baldırlar)

  • Yəhərəbənzər burun

  • Klatton oynaqları (dizlərin simmetrik ağrısız şişkinliyi).

İnterstitsial keratit, Hatçinson dişləri və səkkizinci kəllə-beyin sinirinin zədələnməsi nəticəsində neyrosensor karlıq birlikdə Hatçinson triadası kimi tanınır.

Qazanılmış sifilis üçün ilkin müayinələr

Mikroskopik müayinələr:

Treponema pallidum törədicisinin in vitro şəraitdə əkilməsi mümkün deyil. T. pallidum-un aşkar olunması üçün dəri zədəsinin qaranlıq sahəli mikroskopiyası aparılmalıdır, lakin bu müayinə ixtisaslaşmış laboratoriyadan kənarda mümkün olmaya bilər. Dəri yarasının üzəri seroz ekssudat görünənədək pambıq tamponla təmizlənilir və qaşınır. Sonra seroz ekssudat mikroskopik müayinə üçün əşya şüşəsinə yığılır. Nümunədə T. pallidum törədicisinin aşkar olunması dərhal diaqnostikaya imkan verir. Bir dəfə mənfi nəticənin alınması infeksiyanı inkar etmir, belə ki, materialın düzgün götürülməsi bu işi icra edənin bacarığından asılıdır. Üç ayrı gündə icra olunmuş mikroskopiyanın nəticəsi mənfi olduqda, yara T pallidum-a görə mənfi hesab olunur.[36][37] Qaranlıq sahəli mikroskopiyanın həssaslığı 74-86%, spesifikliyi isə 85-100% təşkil edir.[36][38][39][40]

İkincili sifilisdə dəri və ya xoralı anogenital yaralardan götürülmüş materialda qaranlıq sahəli mikroskopiya müsbət nəticə göstərə bilər. Üçüncülü sifilisdə qummalar olarsa, onlarda çox az identifikasiya oluna bilən T pallidum mikroorqanizmləri olur. Anadangəlmə sifilisə şübhəli yenidoğulmuşlarda istənilən yara və ya burun ifrazatı da qaranlıq sahəli mikroskopiya üsulu ilə müayinə edilməlidir.

Seroloji testlər:

Seroloji müayinə sifilisin diaqnostikasında ən çox istifadə olunan üsuldur. Bu, sifilisin əlamət və simptomları qeyd edilən bütün xəstələrdə icra olunmalıdır (məsələn, ağrısız anogenital xora). Seroloji müayinə həm treponema (spesifik), həm də qeyri-treponema (qeyri-spesifik) testlərin istifadəsini tələb edir. Ən çox yayılmış yanaşma ilkin seroloji test kimi treponema testinin istifadəsidir ki, ardınca diaqnozun təsdiqlənməsi və aktiv xəstəlik və ya təkrar infeksiyanın olmasını (yəni, "əks-ardıcıllığın skrininq alqoritmi") təsdiqləmək məqsədilə qeyri-treponema testi aparılmalıdır.[41]Bu yanaşma ilkin seroloji test kimi qeyri-treponema testinin istifadəsi ilə müqayisədə, vaxt və xərclərə qənaət edir.[41][42]

Treponema sınaqlarına aiddir:[15]

  • Treponema immunoferment analizi (İFA)

  • T. pallidum hissəciklərinin aqqlütinasiya sınağı (TPPA)

  • T. pallidum hemaqlütinasiya sınağı (TPHA)

  • Flüoressent anticisimlərin absorbsiyası (FTA-ABS)

  • İmmun işğalçı sınaq (İİS).

Treponema testləri antigen əsaslı testlərdir və T pallidum-a qarşı anticisimlərin aşkarlanması yolu ilə aparılır. Müsbət treponema testi olan insan, hazırda və ya keçmişdə infeksiyanın olmasından asılı olmayaraq, ömürlük müsbət olaraq qalır. Deməli, tək müsbət nəticə aktiv infeksiyanı (yəni, hazırkı müalicə olunmamış və ya tam müalicə olunmamış) və keçirilmiş (müalicə edilmiş) infeksiyanı fərqləndirə bilmir. Digər bir məhdudiyyətdə odur ki, yanlış-müsbət nəticələr digər qeyri-cinsi yolla ötürülən treponema infeksiyalarında da (məs., frambeziya, pinta və endemik sifilis) rast gələ bilər. Yanlış-mənfi nəticələr inkubasiya dövründə və erkən birincili sifilisdə müşahidə edilir.[43]

Qeyri-treponema testi hər zaman müsbət treponema testindən sonra aparılmalıdır ki, diaqnoz təsdiqlənsin və aktiv xəstəliyin və ya reinfeksiyanın olması sübut edilsin. Qeyri-treponema sınaqlarına aiddir:[5][44][45]

  • RPR testi

  • VDRL testi

RPR testi, adətən, sadə istifadəsi və interpretasiyasına görə seçim testi sayılır. Qeyri-treponema testləri sifilis infeksiyası zamanı kardiolipinin azad olmasına anticisim reaksiyasının aşkarlanması yolu ilə çalışır. Bu testlər xəstəliyin aktivliyinə dair miqdari göstəricilər (titr) əldə etməyə və müalicənin istiqamətləndirilməsinə imkan verir.[46][47][48][49][50] Müalicə effektiv olarsa, RPR və VDRL titrləri azalır və ya qeyri-reaktiv olur. Adekvat müalicə zamanı ≥32 titri nadir hallarda rast gəlir. Bəzi xəstələrdə adekvat müalicəyə baxmayaraq, anticisimlər aşağı titrdə müsbət olaraq qalır ki, buna serofast reaksiya deyilir.[51]Müxtəlif tibbi vəziyyətlər zamanı (məs., hamiləlik, autoimmun xəstəliklər və infeksiyalar) yanlış müsbət reaksiya aşkar oluna bilər. Durulaşdırılmamış nümunədə yanlış-mənfi reaksiya alına bilər (prozona fenomeni).

Əgər qeyri-treponema testi mənfidirsə, onda ilkin sınağın nəticəsini təsdiqləmək üçün başqa bir treponema sınağı aparılmalıdır.[5]

Eyni qeyri-treponema testindən müalicəyə cavab reaksiyasının monitorinqi zamanı ardıcıl olaraq, istifadə etmək lazımdır. Bu, onunla bağlıdır ki, bir testin nəticələri digər qeyri-treponema testinin nəticələri ilə bilavasitə müqayisə olunan deyil. İki durulaşmaya qədər dəyişməyə ekvivalent olan titrin 4 dəfə dəyişməsi (məsələn, 1:16-dan 1:4-ə və ya 1:8-dən 1:32-yə) 2 qeyri-treponema sınağının nəticəsində kliniki əhəmiyyətli fərq, deməkdir.

Belə dəlillər vardır ki, müalicə nəticəsində titrlərin 4 dəfə azalmasına baxmayaraq, sifilisdən müalicə olunan İİV xəstələrinin əksəriyyəti davamlı müsbət qeyri-treponema titrlərinə malik olur (yəni, onlar serofast olur).

Treponema və qeyri-treponema sınaqlarının inkubasiya müddəti (yoluxma baş verdikdən sonra reaksiya müsbət olanadək keçən müddət) aşağıdakı kimidir.

Treponema sınaqları:

  • İFA: 3 həftə

  • TPPA: 4-6 həftə

  • TPHA: 4-6 həftə.

Qeyri-treponema sınaqları:

  • RPR: 4 həftə

  • VDRL: 4 həftə.

İkincili sifilis xəstələrində sifilisin seroloji müayinə nəticələri olduqca müsbət olur. Əgər İİV koinfeksiyası varsa, nadir hallarda seroreaktivliyin gecikməsi və ya qeyri-treponema seroloji müayinələrdə yanlış mənfi nəticənin alınması mümkündür.[30][52][53]

Erkən və ya gecikmiş latent sifilis xəstələri qan nümunələrinin skrininq müayinəsinin bir hissəsi kimi aşkarlanır (məs., qan donorluğundan əvvəl). Skrininq üçün ümumi olaraq İFA seroloji treponema testindən istifadə olunur.[54]Gecikmiş latent sifilis zamanı treponema sınaqları həmişə müsbət olur.

Üçüncülü sifilisdə müsbət seroloji nəticə sifilisə şübhə yaradan anamnez məlumatları və kliniki əlamətlər əsasında diaqnozu ehtimal etməyə imkan verir.

Qazanılmış sifilis üçün digər ilkin tədqiqatlar

LIA seroloji testlərini (məs., sifilisə görə INNO-LIA testi) ilkin seroloji treponema testindən sonra infeksiyanı təsdiq etmək üçün istifadə etmək olar. Bir LIA testi infeksiyanı təsdiq edə bilər ki, bu da onun, digər ənənəvi seroloji təsdiqlərlə (adətən, bir neçə analiz tələb edir) müqayisədə, daha əlverişli olduğunu göstərir.LIA testlərinin sifilis infeksiyasına görə effektivliyini qiymətləndirən tədqiqatlar, FTA-ABS və TPHA seroloji testləri ilə müqayisədə, onun daha yüksək həssaslıq və spesifikliyini nümayiş etdirmişdir.[55][56] 

Yeni müayinələr

Müəyyən olunmuşdur ki, hazırkı testlərlə müqayisədə (məs., serologiya, qaranlıq sahəli mikroskopiya), bilavasitə xoradan götürülmüş nümunələrin T pallidum-a görə polimeraz zəncirvari reaksiyası (PZR) orta həssaslığa (70-80%) və yüksək spesifikliyə (>90%) malikdir.[57]ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri PZR müayinəsini birincili və ikincili sifilisin yolverilən diaqnostik üsulu hesab edirlər və onun istifadəsi, çox guman ki, artacaqdır.[58] 

Müalicə məntəqələrində treponema və ya qeyri-treponema testlərindən istifadə etməklə seroloji testləşdirmə yüksək riskli ərazilərdə qiymətləndirilmişdir və burada sürətli və erkən diaqnostika, dəqiqliklə müqayisədə, daha vacib olmuşdur. Bir sıra kliniki testlər daha çoxunu vəd edir[59]və Panamerikan Səhiyyə Təşkilatının (PAHO) sifilisin diaqnostika və müalicəsinə dair strategiyasının bir hissəsi kimi tövsiyə edilmişdir.[60] 

Qazanılmış sifilis üçün digər müayinələr

Neyrosifilisin kliniki əlamətləri (məs., başağrı, meningizm, görmə və eşitmə əlamətləri, kəllə sinirlərinin parezləri, hərəki və ya hissi defisitlər, qıcolmalar və ya koqnitiv disfunksiya) olan xəstələrdə mütləq lümbal punksiya aparılmalı və OBM müayinə edilməlidir.[5] MSS-in prosesə qoşulması sifilisin istənilən mərhələsində baş verə bilər və beyin qişalarının simptomsuz infeksiyasından tutmuş demensiya və hissi neyropatiyayadək əlamətlərlə təzahür edə bilər. Yüksək kələdaxili təzyiqə şübhə olduqda (yəni, əsasən lümbal punksiyanın keçirilməsi üçün təhlükə olmadıqda), ilk növbədə, maqnit-rezonans tomoqrafiya ilə beynin kompüter tomoqrafiyası və ya skanı icra olunmalıdır. Bel punksiyası, həmçinin, İİV-lə koinfeksiya qeyd olunduqda, naməlum davametmə müddətinə malik sifilisin diaqnostika olunduğu zaman da göstərişdir. Neyrosifilisi ehtimal etməyə əsas verən əlamətlər:[29]

  • OBM-də leykositlərin sayı >10 hüceyrə/mm³ (10 x 10⁶ hüceyrə/l)

  • OBM-də zülal >50 mq/dl (0,5 q/l)

  • OBM-in VDRL müayinəsi müsbət.

OBM, həmçinin, TPHA, TPPA və ya FTA-ABS treponema sınaqlarını da müsbət nümayiş etdirir.[29][61][62][63] Qeyri-reaktiv OBM-TPHA nəticəsi, adətən, neyrosifilisi istisna edir. OBM-in TPHA və ya TPPA titri <1:320 olduqda, nevroloji cəlb olunma az ehtimal edilir. Əgər birinci müayinədə OBM-də leykositlərin sayında artım müşahidə edilərsə, 6 ayda bir dəfə olmaqla, bu göstərici normallaşanadək müayinə təkrar edilməlidir.


Böyüklərdə diaqnostik lümbal punksiya: animasiyalı nümayişBöyüklərdə diaqnostik lümbal punksiya: animasiyalı nümayiş

Naməlum davametmə müddətinə malik sifilisdə və ya 2 ildən artıq sifilisdən əziyyət çəkən xəstələrdə kardioloji əlamətlərin olub-olmamasından asılı olmayaraq, döş qəfəsinin rentgenoqrafiyası aparılmalıdır. Bununla, aortanın mümkün anevrizmasını və ya aortada kalsifikatları müəyyən etmək olur. Aortanın requrgitasiyası, ürək çatışmazlığı və ya aortanın anevrizması şübhəsi olan bütün xəstələrdə həm döş qəfəsinin rentgenoqrafiyası, həm də exokardioqrafiya aparılmalıdır.

Sifilis xəstələrinin hamısında İİV də yoxlanılmalıdır. İİV-in geniş yayıldığı coğrafi ərazilərdə birincili sifilis xəstələri, birinci İİV müayinəsinin nəticəsi mənfi olsa belə, 3 aydan sonra İİV-ə görə təkrar müayinə edilməlidirlər.[5] Deməli, İİV xəstələrində sifilisin müayinə və müalicəsində aşağı keçid həddi göstəricilərinin tətbiqi tövsiyə edilir.

Anadangəlmə sifilisdə ilkin müayinələr

XNPM tərəfindən anadangəlmə sifilisin diaqnostikası üçün tələb olunan seroloji müayinələrə dair tövsiyələr nəşr edilmişdir.[5] Bütün hamilə qadınların ilk antenatal baxışı zamanı sifilisin seroloji müayinəsi aparılmalıdır.[5]Əgər birinci seroloji müayinənin nəticəsi müsbət olarsa və ya anada sifilisə yoluxma riski yüksək olarsa, üçüncü trimestrin əvvəlində və doğuş zamanı təkrar seroloji müayinə aparılmalıdır. Ananın seroloji statusu hamiləlik zamanı və yenidoğulmuşun evə yazılmasından əvvəl xəstəxanada yoxlanılmalıdır.[5] Ölü dölün doğulması zamanı ana mütləq sifilisə görə müayinə edilməlidir. Sifilis diaqnozu qoyulmuş bütün hamilə qadınlarda yanaşı olaraq İİV yoxlanılmalıdır. Anada sifilisin seroloji müayinəsinin nəticəsi müsbət olarsa, belə anadan doğulmuş körpədə qeyri-treponema sınaqlarının (VDRL və ya RPR) aparılması tələb olunur. Bunlar yenidoğulmuşun göbək ciyəsindən alınmış qan ilə deyil, zərdab nümunəsi ilə aparılmalıdır.

Anadangəlmə sifilis üçün digər müayinələr

Sifilisə malik və ya şübhəli hamilə qadınlarda dölün ultrasəs müayinəsi tələb olunur. Döl və ya ciftin sifilisi əlamətləri (məs., hepatomeqaliya, assit, dölün hidropsu) anadangəlmə sifilisin uğursuz müalicəsinə görə yüksək riskə işarə edir.[70]

Doğulduqdan sonra bel punksiyasının aparılması və OBM-də leykositlərin sayı, zülalın miqdarı (və VDRL), qanın ümumi kliniki analizi və kliniki göstərişlər əsasında digər müayinələr (məs., döş qəfəsinin rentgenoqrafiyası, kəllənin ultrasəs müayinəsi, uzun sümüklərin rentgen müayinəsi, qaraciyərin funksional sınaqları, beyin kötüyünün audiocavabı) XNPM-lər tərəfindən aşağıdakı hallarda tövsiyə edilir:[5]

  • Təsdiq olunmuş və ya yüksək dərəcədə ehtimal olunan xəstəliyi olan yenidoğulmuşlar (<1 aylıq), üstəgəl:

    • Fiziki müayinədə anadangəlmə sifilisə uyğun gələn patoloji əlamətlər və ya

    • Zərdabın miqdari qeyri-treponema seroloji müayinəsində titrin, anadakı titrlə müqayisədə, 4 dəfə yüksək olması və ya

    • Bioloji mayelərin qaranlıq sahəli mikroskopiyası və ya flüoressent anticisim testi müsbət.

  • Yenidoğulmuşun (<1 aylıq) fiziki müayinə nəticələrinin norma həddində olması və zərdabın miqdari qeyri-treponema seroloji müayinəsində titrin anadakı titrlə eyni və ya ondan aşağı olması, üstəgəl:

    • Ananın müalicə olunmaması, qeyri-adekvat müalicə olunması və ya müalicə almasına dair heç bir qeydiyyatın olmaması və ya

    • Ananın eritromisin və ya digər qeyri-penisillin preparatı ilə müalicə edilməsi və ya

    • Ananın doğuşdan <4 həftə əvvəl müalicə edilməsi.

  • Reaktiv seroloji nəticələr müəyyən olunan >1 aylıq körpələr və anadangəlmə sifilis riski olanlar. Bu uşaqlarda İİV testi də aparılmalıdır.

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.