Ağırlaşmalar

Ağırlaşmalar table
AğırlaşmaVaxt həddiEhtimal

Yariş-Herksheymer reaksiyası

QısamüddətliYüksək

Antibiotik terapiyası təyin edildikdən sonra 24 saat ərzində treponemaların sürətli ölümü nəticəsində baş verir.

Kəskin hərarət, başağrı və mialgiya ilə səciyyələnir və adətən, erkən sifilis xəstələrində rast gəlir.

Erkən sifilisdə reaksiyanın başvermə ehtimalı yüksək, gecikmiş sifilisdə isə aşağıdır. Bununla belə, antibiotik terapiyasının təyini zamanı bu reaksiyanın mümkünlüyü barədə bütün xəstələrə məlumat verilməlidir.

Hamilə qadınlarda Yariş-Herksheymer reaksiyası dölün distres sindromu və erkən doğuşla nəticələnə bilər.

Müalicəsi dəstəkləyici olub, peroral mayelərin, parasetamol (asetaminofen) və qeyri-steroid iltihab əleyhinə preparatların təyinindən ibarətdir.

Belə hesab etmək olar ki, kardiovaskulyar sifilis və ya neyrosifilis olan hamilə olmayan xəstələrdə kortikosteroid terapiyası Yariş-Herksheymer reaksiyasını minimuma endirir.[3]Lakin effektivliyi aydın deyil və bəzi ölkələrdə bu, rutin qaydada tövsiyə olunmur.

penisillinə qarşı sensibilizasiya

QısamüddətliOrta

Əvvəllər allergiyası olmayan şəxslərdə baş verə bilər.

Penisillinə qarşı sensibilizasiya zamanı sifilisin mərhələsindən asılı olaraq, alternativ müalicə variantları seçilə bilər.

Penisillinə qarşı allergiyaya görə dəri sınağı və desensibilizasiya tələb oluna bilər (məs., hamilə qadınların müalicəsində).

Penisillinə qarşı sensibilizasiya özünü övrə, angioödem və anafilaksiya şəklində göstərə bilər.

Allergik reaksiyanın müalicəsi ağırlıq dərəcəsinə istinadən aparılır.

yatrogen prokain reaksiyası

QısamüddətliAşağı

Əzələdaxili təyinat üçün nəzərdə tutulmuş prokain benzilpenisillinin (məsələn, neyrosifilisin müalicəsi üçün) səhvən venadaxili yeridilməsi zamanı meydana çıxır.

Xəstələrdə anafilaktik şok da daxil olmaqla, penisillinə allergik reaksiyalar inkişaf edə bilər.[103]

İİV infeksiyası

UzunmüddətliOrta

Sifilis İİV-ə yoluxmaya təkan verir.

xəstəliyin asimptomatik proqressivləşməsi

DəyişənOrta

Müalicə edilməmiş və davametmə müddəti naməlum olan infeksiya zamanı orqanospesifik ağırlaşmalar baş verə bilər.

Ağırlaşmanın növündən asılı olaraq (göz infeksiyasında oftalmoloq, aortanın requrgitasiyasında ürək-damar mütəxəssisi), mütəxəssis rəyi alınmalıdır.

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.