Xəstənin anamnezi

Xəstənin anamnezi #1

27 yaşlı kişi cinsiyyət orqanında ağrısız xora aşkar edir. O, yeni bir şəxslə münasibətə başlamışdır. Nə özündə, nə də cinsi partnyorunda başqa heç bir əlamət yoxdur. Müayinədə xora bərkdir, qasıq limfa düyünləri isə elastik və bir qədər böyümüşdür.

Xəstənin anamnezi #2

30 yaşlı kişi adam çox olan yerlərdə eşitmə çətinliyindən şikayət edir. Audiometrik müayinədə yüksək tezlikli səs dalğalarını eşitmə qabiliyyətinin ikitərəfli itirilməsi diaqnozu qoyulur. Əlavə suallar verildikdə, xəstə təxminən 10 həftə əvvəl anal çatının olduğunu və öz-özünə sağaldığını bildirir. Həmçinin, o, eşitmənin pozulma əlamətləri meydana çıxdıqdan 2 həftə əvvəl dəridə yüngül keçici səpgilərinin olduğu haqqında məlumat verir. Özünü qeyri-adi yorğun hiss etdiyini bildirir.

Digər kliniki formalar

Birincili sifilis zamanı şankr (sifilitik xora), adətən, bir ədəd olub, ağrısız, təmiz və sərtləşmiş əsasa malik xora şəklində əmələ gəlir. Nisbətən az hallarda xoralar çoxsaylı və ya ağrılı ola bilər. Bu kimi hallarda şankroid və ya genital herpeslə koinfeksiyanın olması mümkündür. İkincili sifilisin qeyri-adi təzahür variantlarına spesifik orqanın prosesə cəlb olunması, məsələn, hepatit, gözün qüzehli qişasının iltihabı, xorioretinit, qlomerulonefrit, nefrotik sindrom, kəllə-beyin sinirilərinin (əsasən, VIII sinirin) cəlb olunması ilə keçən neyrosifilis və meningit aiddir.[7] Qummalar gecikmiş sifilisin hədsiz dərəcədə nadir rast gələn təzahür formasıdır. Qummoz sifilis (xoşxassəli üçüncülü sifilis də deyilir) adətən, dəri və sümükləri zədələyir, lakin daxili orqanlarda da zədələr törədə, orqanomeqaliyaya, infiltrativ və ya destruktiv proseslərə, orqanın perforasiyasına, yaxud da zədələnmiş strukturların kollapsına səbəb ola bilər.com.bmj.content.model.Caption@4323f9df[Figure caption and citation for the preceding image starts]: Vulvanın Treponema pallidum bakteriyası tərəfindən törədilən birincili sifilitik şankrıXNPM: PHIL image ID 5340; icazə ilə istifadə edilmişdir [Citation ends].com.bmj.content.model.Caption@6c0d9350[Figure caption and citation for the preceding image starts]: Kişi cinsiyyət üzvünün proksimal hissəsində yerləşən şankr: birincili sifilis infeksiyasıXNPM/ Dr Gavin Hart; Dr NJ Fiumara; icazə ilə istifadə edilmişdir [Citation ends].com.bmj.content.model.Caption@63c4f52e[Figure caption and citation for the preceding image starts]: Sol əlin dorsal səthində qummoz yaralarXNPM/Susan Lindsley; icazə ilə istifadə edilmişdir [Citation ends].

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.