Etiologiya

Sifilis solğun treponemaların (Treponema pallidum) hərəkətli sproxetşəkilli bakteriya olan pallidum yarımnövü tərəfindən törədilir. İnsanlar yeganə təbii virus daşıyıcısıdır. Canlı orqanizmdən kənarda (in vitro şəraitdə) kultivasiyası mümkün deyil. T pallidum mikroorqanizmlərinin orqanizmə düşməsi, çox guman ki, cinsi akt zamanı əmələ gələn kiçik sürtünmə sahələrindən (cinsiyyət üzvləri və selikli qişalar) baş verir.[15]

Orogenital cinsi əlaqə vacib ötürülmə yolu hesab edilir və prezervativlərdən istifadə edilməsinə baxmayaraq, ötürülmə baş verə bilər.[16][17] Birincili və ya ikincili sifilis xəstəsi ilə cinsi əlaqə zamanı sifilisə yoluxma riski 30-60% təşkil edir.[18][19] Yoluxmanın digər yollarına hemotransfuziya və anadan dölə olmaqla, transplasentar ötürülmə aiddir. com.bmj.content.model.Caption@798c92b[Figure caption and citation for the preceding image starts]: Amerika dovşanının epitel hüceyrələrində Treponema pallidum kulturasının elektron mikroqrafiyasıXNPM/Dr David Cox; icazə ilə istifadə edilmişdir [Citation ends].

Patofiziologiya

Birincili sifilis xoranın əmələ gəlməsi (adətən, tək ağrısız xora (şankr)) və yerli limfadenopatiya ilə səciyyələnir. Daxilində solğun treponema spiroxetləri olan birincili sifilis xorası təknüvəli leykositar infiltrasiya ilə xarakterizə edilir. Bu xora spontan şəkildə sağalır.

İkincili sifilis T pallidum-un hematogen yolla yayılması nəticəsində baş verir. Bu, geniş yayılmış vaskulitlərə səbəb olur. İkincili sifilisin dəri-selikli qişa yaralarında da treponemalar aşkar olunur. İkincili sifilisin sağalma mexanizmləri məlum deyil, lakin ehtimal ki, opsonizasiya olunmuş spiroxetlərin makrofaqlar tərəfindən tutulması və hüceyrə immunitetinin kombinasiyalı şəkildə baş verməsi ilə əlaqədardır.

Əsasən limfositlər, histiositlər (makrofaqlar) və plazmositlərdən təşkil olunmuş damarətrafı infiltrasiya endotel hüceyrələrinin müxtəlif dərəcədə ödemi və proliferasiyası ilə müşayiət olunur ki, bu da birincili və ikincili sifilis zədələrinin kardinal histoloji əlamətləridir. Analoji olaraq, erkən dövrdə sifilis zədələrində spiroxetlər çoxlu sayda olur və əksər hallarda qan damarlarının daxilində və ətrafında rast gəlir, dərinin derma qatından epidermisə miqrasiya edir.

Qiymətləndirmələ görə, müalicə olunmayan sifilis xəstələrinin təxminən 15-40%-i proqressivləşərək, üçüncülü (gecikmiş simptomatik xəstəlik) sifilisə keçid alır,[6]bunlara neyrosifilis, qummoz sifilis və kardiovaskulyar sifilis aiddir. İİV infeksiyasına yoluxmuş şəxslərdə xəstəliyin daha tez proqressivləşməsi və neyrosifilisin meydana çıxması T. pallidum infeksiyasına nəzarətdə hüceyrə immunitetinin vacib rol oynaması fikrini dəstəkləyir.

Neyrosifilis sifilis infeksiyasının istənilən mərhələsində rast gələ bilər və beyin qişalarının xroniki, amansız iltihabı ilə xarakterizə olunur. Müalicə olunmayan sifilis xəstələrində rastgəlmə tezliyi 10%-ə qədər ola bilər.[20] Neyrosifilis T pallidum bakteriyasının mərkəzi sinir sistemini zədələməsi nəticəsində baş verir. Erkən neyrosifilis sindromları, adətən, beyin qışalarını qanla təchiz edən damarların prosesə cəlb olunması, gecikmiş neyrosifilis isə ya beyin qişalarını qanla təchiz edən damarların prosesə cəlb olunması, ya da baş və onurğa-beyin parenximasının birbaşa infeksiyası nəticəsində inkişaf edir. Onurğa-beyin parenximasının T. pallidum törədicisinə yoluxması "tabes dorsalis" adlanan sindromla nəticələnir. Bu hal əsasən arxa köklərin zədələnməsi ilə bağlıdır. Baş beyin parenximasının zədələnməsi və neyronların sıradan çıxması proqressivləşən ifliclə özünü biruzə verir.

Kardiovaskulyar sifilis aortanın orta qatının nekrozu nəticəsində onun vazavazor damarlarının treponemalarla okklüziyası ilə səciyyələnir. Uzunmüddətli iltihab və çapıqlaşma aorta divarını zəiflədərək, anevrizmanın formalaşmasına, eləcə də, aorta çatışmazlığı və tac arteriyaların daralması nəticəsində stenokardiyaya səbəb olur.

Qummoz sifilisin xarakterik cəhəti dəri, qaraciyər, sümük və xayalarda yaraların əmələ gəlməsidir. Qumma yaraları nekrotik mərkəzi olan rezinəbənzər qranulyomatoz toxumadan ibarət olur və tədricən normal toxumaları əvəz edə bilər.Bu yaralarda treponemalar nadir hallarda aşkar olunur.

Təsnifat

Ötürülməyə müvafiq təsnifat

Qazanılmış sifilis:

  • Erkən (birincili və ya ikincili) sifilisi olan insandan insana birbaşa cinsi əlaqə ilə ötürülmə.

Anadangəlmə sifilis:

  • Sifilisin hamiləlik zamanı anadan dölə ötürülməsi

  • Uşaqsalma, ölü dölün doğulması və ya neonatal ölümə səbəb ola bilər[2]

  • Aşağıdakılara bölünür:

    • Erkən (kliniki təzahürlər doğulduqdan sonra 2 yaşa qədər meydana gəlir)

    • Gecikmiş (kliniki təzahürlər 2 yaşından sonra meydana gəlir).

Qazanılmış sifilis, yoluxma mərhələsinə görə təsnifat[3]

Birincili sifilis:

  • Treponema pallidum-un ilkin inokulyasiyası yerli infeksiyaya səbəb olur

  • Bir makula əmələ gəlir, daha sonra o, papulaya çevrilir və sonradan xoralaşaraq, yoluxmadan 9-90 gün sonra (adətən, yoluxmadan 14-21 gün sonra) şankrın əmələ gəlməsi ilə nəticələnir.

İkincili sifilis:

  • Kliniki əlamətlər birincili sifilis infeksiyasından 4-8 həftə sonra inkişaf edir.

  • Spiroxetemiya və T. pallidum törədicisinin dəri və digər toxumalarda geniş yayılması ilə səciyyələnir.

Erkən latent sifilis:

  • Asimptomatik infeksiya yoluxma baş verdikdən sonra <1 (Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin [XNPM] meyarı) və ya <2 (Ümumdünya Səhiyyə Təşkilatının [ÜST] meyarları) il ərzində yalnız müsbət seroloji göstəricilər əsasında aşkar olunur.[4][5]

  • Erkən latent mərhələdə ikincili sifilisin residivi baş verə bilər.

Gecikmiş latent sifilis:

  • >1 il (XNPM-ə görə) və ya >2 il (ÜST-ə görə) əvvəl qazanılmış asimptomatik infeksiya[4][5]

  • Xəstənin son 1 il (XNPM-ə görə) və ya son 2 il ərzində (ÜST-ə görə) seroneqativ olub-olmadığı məlum deyil.[4][5] 

Üçüncülü sifilis:

  • Qiymətləndirmələ görə, müalicə olunmayan sifilis xəstələrinin təxminən 15-40%-i proqressivləşərək, üçüncülü (gecikmiş simptomatik xəstəlik) sifilisə keçid alır[6] 

  • Adətən, ilkin infeksiyadan illər sonra meydana çıxan xroniki terminal orqan pozğunluqları ilə xarakterizə olunur.

  • Kardiovaskulyar sifilis, neyrosifilis və qummoz sifilis bura aiddir.

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.