İlkin profilaktika

Yüksək patogenli quş qripi (YPQQ) H5N1 virusuna qarşı mübarizənin əsas yolu insan sağlamlığı üçün riski azaltmaq məqsədilə ev quşlarının immunizasiyası, YPQQ H5N1 virus infeksiyasına şübhəli ev quşlarının tələf edilməsi və çirklənmiş ərazinin dezinfeksiya edilməsidir. YPQQ H5N1 virus infeksiyasına yoluxmanın profilaktikasının ən effektiv yolu YPQQ H5N1 virusu yayılmış ölkələrdə xəstə və ya ölü ev quşları ilə birbaşa və ya yaxın təmasdan çəkinməklə yoluxmanı minimum həddə çatdırmaqdan ibarətdir.

ÜST və milli ictimai səhiyə təşkilatları YPQQ H5N1 virusunun yayıldığı ölkələrə səyahətə dair məhdudiyyətlər təklif etmir. Lakin tövsiyə olunur ki, insanlar YPQQ H5N1 virus infeksiyasına görə şübhəli ev quşları, YPQQ H5N1 virusuna yoluxmuş ölkələrdə heyvan bazarlarındakı ərzaqlarla və YPQQ H5N1 virus infeksiyasına görə şübhəli ev quşları və ya digər heyvanların nəcisləri ilə çirklənə biləcək hər hansı səthlər ilə təmasdan çəkinməlidirlər.[17]

Aşkar edilmişdir ki, A qripi (H5N1) virusuna qarşı peyvəndlər təhlükəsizdir və immunitet yaradır.[67][68][69] ABŞ və Avropa daxil olmaqla, bütün dünyada pandemiyalar zamanı uşaqlar və böyüklər üçün istifadə olunan müxtəlif peyvəndlər lisenziyalaşdırılmışdır. Virusun insandan insana asan ötürülməsi halları baş verərsə, ABŞ-da istifadə üçün nəzərdə tutulmuş milli peyvənd ehtiyatı mövcuddur.[70] İstifadə üçün namizəd olan peyvəndlərin istehsalı və əlçatanlığı haqqında məlumatlar ÜST-dən alına bilər.

WHO: candidate vaccine viruses and potency testing reagents for influenza A (H5N1) external link opens in a new window

YPQQ H5N1 virusuna görə endemik ölkələrdə mövsümi qrip virusunun nozokomial ötürülməsi riskini azaltmaq üçün səhiyyə sahəsində çalışan tibb işçilərinə hər il mövsümi qrip peyvəndinin vurulması tövsiyə olunur. YPQQ H5N1 virusuna yoluxmuş insanlar arasında mövsümi qripin profilaktikası mövsümi qrip A və YPQQ H5N1 virusları və virus rekombinasiyasından ibarət koinfeksiyanın nəzəri riskini də azalda bilər (potensial pandemiya virus ştammının əmələ gəlməsinə səbəb ola biləcək hadisə).

Bir çox ictimai səhiyyə təşkilatları müvafiq fərdi mühafizə vasitələri və infeksiyaya nəzarət tədbirlərinə riayət olunarsa, ilkin profilaktika üçün peroral ozeltamivir və ya inhalyasion zanamivir ilə kimyəvi profilaktikanı lazımsız hesab edir.

İnfeksiyanın yayılmasının profilaktikası məqsədilə standart fərdi müdafiə tədbirləri tövsiyə olunur (məsələn, ev şəraitində izolyasiya, respirator etiket qaydaları, əllərin gigiyenası); lakin pandemiyalar zamanı, həmçinin, aşağıdakı əlavə tədbirlər tövsiyə oluna bilər:[71]

  • Könüllü ev karantini

  • Xəstə şəxslərdə (və ya sağlam şəxslərdə) üz maskalarından istifadə

  • Məktəb, universitet və ya körpələr evinin müvəqqəti bağlanması

  • Sosial distant tədbirlər (məs., iş yerləri, kütləvi tədbirlər)

  • Ətraf mühitin təmizlənməsinə yönəlmiş tədbirlər.

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.