Yanaşma

Yüksək patogenli quş qripi (YPQQ) H5N1 virus infeksiyasının müşahidə edildiyi insanların kliniki nəzarəti üçün standartlaşdırılmış yanaşma yoxdur; simptomatik müalicə və neyraminidaza inhibitorları ilə virus əleyhinə terapiya müalicənin dayaq nöqtələri hesab edilir.[83] H5N1 virus infeksiyalı ağır xəstələrdə müşahidə edilən simptomlar digər yoluxucu patogenlərin törətdiyi pnevmoniyaya oxşar kliniki əlamətlər ilə müşahidə oluna bilər. Nəzərə alsaq ki, YPQQ H5N1 virusunun müşahidə edildiyi insan infeksiyası nadir hallarda baş verir (hətta yüksək yoluxma riski olan insanlar arasında), diaqnostik qiymətləndirmə və terapiyada da alternativ etiologiyalar nəzərə alınmalıdır.

Bir çox yerli və milli səhiyyə departamentlərinin və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əla onlayn-sorğu sənədləri mövcuddur:

WHO: avian and other zoonotic influenza external link opens in a new window

CDC: avian influenza - information for health professionals and laboratorians external link opens in a new window

Bir çox yerli səhiyyə departamentləri hansı insanların test edilməsini müəyyənləşdirməkdə, sınaqların aparılmasını asanlaşdırmaqda və xəstəlik hadisəsinin idarə olunmasında klinistlərə birbaşa kömək edə bilər.

Şübhəli və ya təsdiqlənilmiş xəstəlik hadisəsində müdafiəsiz təmas: virus əleyhinə kimya profilaktika

Virus əleyhinə kimyəvi profilaktikadan istifadə etmək qərarı hər bir xəstəlik hadisəsinə əsasən və YPQQ H5N1 virusu ilə təmasın təbiəti və infeksiyanın inkişaf etmək riski nəzərə alınaraq qəbul edilməlidir. Virus əleyhinə profilaktikaya dair ÜST-ün təlimatlarını istiqamətləndirmək üçün prospektiv kliniki sınaqlar yoxdur.[84][85] Rəhbər qaydalar YPQQ H5N1 virus xəstəlik hadisələrinə görə müşahidə məlumatlarına və mövsümi qripin müşahidə edildiyi xəstələrin tədqiqatlarına əsaslanır.[85]

Sıx müşahidə və yoluxmadansonrakı ozeltamivir və ya zanamivir ilə kimyəvi profilaktika tibb müəssisəsində simptomatik, şübhəli və ya təsdiqlənmiş YPQQ H5N1 xəstəlik hadisəsi ilə müdafiəsiz yaxın təmasdan (2 m daxilində) sonra tibb işçiləri üçün, eləcə də şübhəli və ya təsdiqlənmiş YPQQ H5N1 virus infeksiyasının müşahidə edildiyi ailə üzvləri və şəxs ilə yaxından təmasda olan şəxslər üçün tövsiyə olunur. Təlimat üçün yerli və ya milli ictimai səhiyyə departamentləri ilə əlaqə saxlanılmalıdır. Əgər təmasdansonrakı virus əleyhinə kimyəvi profilaktika tətbiq olunursa, YPQQ H5N1 virus infeksiyasının artıq baş verdiyi potensialı səbəbi ilə gündə bir dəfə əvəzinə gündə iki dəfə (müalicə dozasının tezliyi) verilməlidir...[86] Əgər təmas zaman üzrə məhdudlaşmışsa və davam etməmişsə, sonuncu məlum təmasdan sonra 5 gün ərzində kimya profilaktika tövsiyə olunur. Təmasın davam etməsi ehtimal edilərsə (məişət daxilində) 10 gün tövsiyə olunur.[86]

Şübhəli YPQQ A (H5N1) virus infeksiyası

YPQQ H5N1 virus infeksiyasından yüksək dərəcədə şübhələnilərsə, spesifik laboratoriya testlərinin nəticələrini gözləyərkən mövcud rəhbər qaydalara əsasən xəstənin izolyasiya olunması və empirik neyraminidaza inhibitoru ilə erkən müalicə müvafiq hesab edilir. Oral və ya düz bağırsaqdan qəbul edilən ozeltamivir üstünlük verilən başlıca müalicə üsuludur. Tənəffüs yolları vasitəsilə qəbul edilən zanamivir intubasiya olunmayan xəstələrdə alternativ rejim üsulu kimi istifadə oluna bilər.[84] Qeyd etmək vacibdir ki, insanlar arasında YPQQ H5N1 virus infeksiyasının çox nadir hallarda baş verdiyi aşkar edilir və həkimlər şübhəli YPQQ H5N1 viruslu xəstələri qiymətləndirən zaman alternativ diaqnozları nəzərə almalıdır.

Təlimat üçün yerli və ya dövlət ictimai səhiyyə departamentləri ilə əlaqə saxlamaq yüksək dərəcədə tövsiyə olunur. Virus əleyhinə terapiya diaqnostik nümunə toplanması və ya laboratoriya testinə görə ləngidilməməlidir. Mövcud məlumatlar göstərir ki, erkən diaqnoz yaxşılaşmış kliniki nəticələr ilə əlaqəlidir.[87]

Təsdiqlənmiş quş qripi A (H5N1) virus infeksiyası

YPQQ H5N1 virus infeksiyası ilə xəstəxanaya qəbul edilən bir çox xəstələr KTÇS və bir çox orqanların zədələnməsi ilə nəticələnən sürətlə inkişaf edən virus pnevmoniyaya malik olur.[17] Xəstələrdə xəstəliyin erkən aşkarlanması və virus əleyhinə və simptomatik müalicələrin başladılması xəstələrdə yaxşılaşmış kliniki nəticələr ilə müşahidə edilə bilər. Yerli və ya milli ictimai səhiyyə departamentləri ilə təlimat üçün əlaqə saxlanılmalıdır.

YPQQ H5N1 virus infeksiyasının müşahidə edildiyi insanların kliniki nəzarəti üçün standartlaşdırılmış yanaşma olmadığından ÜST tərəfindən tövsiyə olunur ki, simptomatik müalicə mövcud kliniki sindrom (septik şok, tənəffüs çatışmazlığı və KTÇS) üçün çap olunmuş dəlil-əsaslı rəhbər qaydalara riayət etməlidir.[17][88] ÜST-na əsasən ağır və ya irəliləyən kliniki xəstəlik, eləcə də viruslu pnevmoniya, tənəffüs çatışmazlığı və peroral virusu infeksiyası səbəbi ilə KTÇS-na malik xəstələrə digər səbəblərə görə (böyrək üstü vəzin çatışmazlığı, refraktor septik şok) göstəriş verilmədikcə və ya təsdiq olunmuş araşdırma protokolunun bir hissəsi kimi sistemli kortikosteroidlər verilməməlidir.[84]

Əgər təmas risk faktorları mövcuddursa və ya şübhələnilərsə, mümkün qədər tez empirik virus əleyhinə terapiyaya başlanılmalıdır. Virus əleyhinə terapiya (neyraminidaza inhibitorlar) diaqnostik nümunə toplanması və ya laboratoriya testinə görə ləngidilməməlidir. Oral və ya düz bağırsaqdan qəbul edilən ozeltamivir üstünlük verilən başlıca müalicə üsuludur. YPQQ H5N1 xəstələrin müalicəsində ozeltamivirin effektivliyinə əsasən çap olunmuş nəzarətli heç bir kliniki sınaq məlumatları mövcud deyil. Buna baxmayaraq, YPQQ H5N1 virus infeksiyasına malik xəstələr üçün retrospektiv məlumatlara əsasən ozeltamivir terapiya ÜST tərəfindən güclü şəkildə tövsiyə olunur.[85] Müşahidəyə əsaslanan nəzarətsiz tədqiqatlar bu xəstələrdə erkən oseltamvir terapiyasına görə sağ qalma faydasını göstərmişdir, xüsusilə virus əleyhinə vasitələrə kliniki gedişdə erkən və ya KTÇS-nun başlamasından əvvəl başlanılarsa, qeyd edilir.[17][22][24][38][59][89][90] 1 yaşa qədər uşaqlarda YPQQ H5N1 virus infeksiyasının ozeltamivir ilə müalicəsi Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) və ÜST tərəfindən tövsiyə olunur. Uşaqlar üçün doza çəkiyə əsaslanır. Uşaqlarda qeyri-spesifik dəri, davranış ilə əlaqəli və nevroloji mənfi təsirlər müşahidə oluna bilər; bu səbəbdən pediatrik xəstə qrupu ilə ehtiyatla davranılmalıdır. YPQQ H5N1 xəstələrinin müalicəsi zamanı və ya mövsümi qripə malik böyüklərdə sistematik icmallarda ciddi mənfi təsirlər, adətən, qeyd edilmirdi. İnhalyasion zanamivir intubasiya olunmayan xəstələrdə alternativ vasitə kimi istifadə oluna bilər.[84]

Virus əleyhinə dərman vasitəsi ilə ≥5 günlük müalicəyə baxmayaraq, kliniki gediş ciddi və ya proqressiv olaraq qaldıqda virusun çoxalması və yayılmasına nəzarət və mümkün olarsa, virus əleyhinə dərman vasitəsinə həssaslıq testinin aparılması ÜST tərəfindən tövsiyə olunur. YPQQ H5N1 virus infeksiyalı xəstələrin müalicəsi zamanı ozeltamivir rezistentliyinin əmələ gəlməsi qeyd edilmişdir.[91][92] Bundan başqa, oseltamivirə qarşı (oseltamivirə təsirindən əvvəl) dərmanın tətbiqindən dərhal sonra həssaslığın azalmasının müşahidə edildiyi YPQQ A (H5N1) virus infeksiyası qeyd edilmişdir.[93] 2010-cu ildə ÜST tərəfindən test olunan YPQQ H5N1 virus izolyatlarından heç biri oseltamivirə qarşı rezistentliyi proqnoz edəcək məlum neyraminidaza mutasiyalara malik olmamışdır.[18] Ozeltamivir və zanamivirlə kombinə olunmuş müalicə antaqonizm potensialına görə tövsiyə olunmur.[94]

Prioritet terapiya kimi yalnız M2 inhibitorlarının verilməsi (amantadin və ya rimantadin) tövsiyə olunmur. ÜST-na əsasən yerli müşahidə məlumatları YPQQ H5N1 virusunun məlum olduğunu və ya həssas olmasının ehtimal edildiyini göstərərsə, neyraminidaza inhibitoru və M2 inhibitoru kompleksi nəzərə alınmalıdır, lakin bu, yalnız araşdırma və ya perspektiv məlumatlar toplusu kontekstində icra olunmalıdır.[85] Klinisistlər hansı xəstələrin kompleks terapiya qəbul etməli olduqlarını ehtiyatla müəyyən etməlidirlər.[85]

İnfeksion nəzarət prosedurları

YPQQ H5N1 virusunun potensial yoluxuculuğu və virulentliyini nəzərə alaraq gücləndirilmiş infeksiyaya nəzarət tədbirləri tövsiyə olunur. Bütün infeksiyaya nəzarət strategiyalarına standart əl gigiyenası tədbirləri daxildir. ÜST və bəzi milli ictimai səhiyyə təşkilatları arasında infeksiyaya nəzarət tövsiyəsinə dair yüngül fərqlər ola bilər; bu səbəbdən, xəstədə YPQQ H5N1 virus infeksiyası ehtimal edilərsə, klinistlərin infeksiyaya nəzarət üzrə milli rəhbər qaydalara müraciət etmələri tövsiyə olunur.

ÜST xəstə ilə kontaktdan əvvəl aşağıdakı fərdi mühafizə vasitələrindən istifadəni tövsiyə edir:[95]

  • Təmiz, qeyri-steril, uzunqol xalat; əgər parça xalatlardan istifadə olunarsa, qan və ya bədənin bioloji mayelərinin sıçraması ehtimal edildiyindən əlavə olaraq plastik önlükdən istifadə olunmalıdır

  • Təmiz, qeyri-steril əlcəklər

  • Üzün müdafiəsi: (1) tibbi maska və gözqoruyucu eynəklər və ya (2) üzü qoruyan vasitə.

Yuxarıda qeyd edilən tədbirlərin müddəti YPQQ H5N1 xəstəsinin yaşından asılıdır:

  • ≥12 yaşlı xəstələr: hərarətdən 7 gün sonra

  • <12 yaşlı xəstələr: simptomların başlanmasından 21 günə kimi.

Xəstə həmin vaxtdan əvvəl xəstəxananı tərk edərsə, evdə karantinin davam etdirilməsi tövsiyə olunur.

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.