Anamnez və fiziki müayinə

Əsas diaqnostik faktorlar

Əsas risk faktorlarına yoluxmuş quşlarla yaxından təmas və ətraf mühitin yüksək patogenli quş qripi (YPQQ) H5N1 virusuna məruz qalması daxildir.

Quru və ya bəlğəmli ola bilər. Qanlı bəlğəm qeyd edilmişdir, lakin çox rast gəlmir.

Qripəbənzər xəstəlik ilə uyğun gələn bəzi qeyri-spesifik simptomlar qeyd edilmişdir (konyunktivit, rinoreya, başağrısı, boğaz ağrısı, mialgiya və yorğunluq daxil olmaqla).

Yüngüldən ağır formaya kimi dəyişir.

Adətən >38°C (100,4°F) temperatur xəstəliyin erkən dövründə baş verir və xüsusilə kəskin xəstəlik ilə əsasən davamlı olur.

Yüksək patogenli quş qripi (YPQQ) H5N1 xəstələrində təsvir olunan auskultasiya simptomudur.

Yüksək patogenli quş qripi (YPQQ) H5N1 xəstələrində təsvir olunan auskultasiya simptomudur.

Yüksək patogenli quş qripi (YPQQ) H5N1 xəstələrində təsvir olunan auskultasiya simptomudur.

Adətən, xəstəliyin başlanmasından sonra 5 gün ərzində əmələ gəlir.

Digər diaqnostik faktorlar

Yüksək patogenli quş qripi (YPQQ) H5N1 virus infeksiyası müşahidə edilən uşaqlar və böyüklərdə bir neçə qeyri-spesifik başlıca mədə-bağırsaq simptomları qeyd edilmişdir.

Qeyri-spesifik nevroloji simptomlar qeyd edilmişdir.

Qeyri-spesifik nevroloji simptomlar qeyd edilmişdir.

Risk faktorları

Xəstə və ya ölü ev quşları və ya yüksək patogenli quş qripi (YPQQ) H5N1 virusuna şübhəli və ya təsdiqlənmiş digər quşlarla bilavasitə təmas (toxunmaq) və ya yaxın təmas (≤1 m daxilində).

YPQQ H5N1 virus infeksiyasına yoluxmuş bir çox insan xəstəlik başlanmazdan əvvəl yoluxmuş xəstə və ya ölü ev quşları ilə birbaşa və ya yaxından müdafiəsiz təmasda olmuşdur, lakin təmasın nadir hallarda YPQQ H5N1 virus infeksiyası ilə nəticələnməsi müəyyən edilmişdir. Hər il bir çox insan YPQQ H5N1 virusu ilə təmasda olur, lakin onlardan çox az hissəsi yoluxur.

YPQQ H5N1 virusu sirkulyasiya edən ölkəyə səyahət anamnezi də qızdırma və respirator simptomları olan xəstənin differensial diaqnostikasında YPQQ H5N1 virusu infeksiyasının nəzərə alınmasını tələb edir. Çinə səyahət etdikdən sonra Kanadaya geri qayıdan səyahətçidə hərarət, döş qəfəsində plevral ağrı və qarın nahiyəsində ağrı müşahidə edilmişdir və xəstəlik meninqoensefalitdən aşağı tənəffüs yollarının xəstəliyinə kimi inkişaf etmiş və xəstə YPQQ H5N1 virus infeksiyasından vəfat etmişdir.[21]

Yüksək patogenli quş qripi (YPQQ) H5N1-ə endemik ölkələrdə ev quşlarının nəcisi ilə birbaşa təmas (toxunma) və diri ev quşları bazarına getmək infeksiya üçün risk faktorları hesab edilir.[36][37]

YPQQ H5N1 virusunun quşlar arasında geniş yayıldığı regionlarda gölməçə suyu ilə təmas da mümkün risk faktoru kimi irəli sürülmüşdür.[61] YPQQ H5N1 virus infeksiyasına yoluxmuş bir çox insan xəstəlik başlanmazdan əvvəl yoluxmuş xəstə və ya ölü ev quşları ilə birbaşa və ya yaxından müdafiəsiz təmasda olmuşdur, lakin təmasın nadir hallarda YPQQ H5N1 virus infeksiyası ilə nəticələnməsi müəyyən edilmişdir. Hər il bir çox insan YPQQ H5N1 virusu ilə təmasda olur, lakin onlardan çox az hissəsi yoluxur.

Qan qohumluğu olan ailə üzvləri arasında risk daha yüksəkdir.[41] Xəstəyə qulluq edən ailə üzvləri nadir hallarda risk faktoru hesab edilir. Risk YPQQ H5N1 virus infeksiyasına şübhəli və ya təsdiqlənmiş xəstə insanlar ilə uzunmüddətli birbaşa və ya yaxından (1-2 m daxilində) müdafiəsiz təmas kimi müəyyən edilir. YPQQ H5N1 virusunun xəstədən tibb işçisinə nozokomial ötürülməsi haqqında məlumatlar vardır.[44] Bununla yanaşı, təsdiqlənmiş YPQQ H5N1 virus infeksiyalı xəstələrə qulluq edən tibb personalının qeyri-müvafiq fərdi mühafizə vasitələrindən istifadə etməsi və ya etməməsinə dair aparılan seroloji tədqiqatlar ötürülmə riskinin aşağı olduğunu göstərir.[62][63][64]

Müvafiq biotəhlükəsizlik tədbirləri çərçivəsində düzgün üsullardan və fərdi mühafizə vasitələrindən istifadə edən laboratoriya işçilərinə YPQQ H5N1 virusunun ötürülməsi qeydə alınmamışdır.

2-ci dərəcəli biotəhlükəsizlik səviyyəsi tədbirləri və prosedurları YPQQ H5N1 virusuna şübhəli nümunələrlə iş üçün minimun tələb hesab edilir.[65] Biotəhlükəsizlik səviyyəsi 3-gücləndirilmiş lokallaşdırma standartları YPQQ H5N1 virusuna şübhəli kulturalar üçün minimum tələb hesab edilir.[65] Fərdi mühafizə vasitələrindən və biotəhlükəsizlik tədbirlərindən qeyri-adekvat istifadə edən və YPQQ H5N1 virusunun təsirinə məruz qalmış laboratoriya işçiləri arasında aparılan kiçik seroloji tədqiqat ilkin YPQQ H5N1 virus infeksiyasına dair heç bir seroloji dəlil nümayiş etdirməmişdir.[66]

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.