Epidemiologiya

Yüksək patogenli quş qripi (YPQQ) H5N1 virusu ştammları 2003-cü ildən etibarən 50-dən çox ölkədə ev quşlarını və ya vəhşi quşları yoluxdurmuşdur. 2003-cü ildən etibarən 16 ölkə insanların YPQQ H5N1 virusuna yoluxması halları barədə məlumat vermişdir. 2003-2018-ci illərdə 454 insan ölümü ilə (ölüm əmsalı 53%) nəticələnən 860 hadisə qeydə alınmışdır.[26]

WHO: cumulative number of confirmed human cases of avian influenza A(H5N1) reported to WHO external link opens in a new window

İnsanlar arasında bir çox YPQQ H5N1 hadisələri əvvəllər sağlam olan uşaqlar və gənclər arasında baş vermişdir. Xəstələrin orta yaş göstəricisi təxminən 20 yaşdır ki, bütün xəstələr üzrə yaş diapazonu 1-81 yaş arasında dəyişir.[27] Kişilər və qadınlar arasında xəstələnmə nisbəti təxminən eynidir; lakin qadınlar arasında ölüm halları daha çox təsadüf edilir ki, bu da tibb xidmətlərinin əlçatanlığı, xəstələrin yaşı və həkimlərin müayinə yanaşması kimi bir sıra epidemioloji amillərdən asılı ola bilər.[18] 2003-2010-cu illər ərzində 20 yaşdan yuxarı xəstələrə nisbətən, 20 yaşa qədər olan xəstələr daha aşağı ölüm göstəricisinə malik olmuşdur (hadisələrin payı: 66% və 52% müvafiq olaraq).[18] Ölüm göstəricisi simptomların başlanmasından sonra xəstəliyin gec aşkarlanması və hospitalizasiyadan asılıdır.[18] Bir tədqiqata əsasən bildirilmişdir ki, rinoreyanın olması YPQQ H5N1 virusuna yoluxmuş uşaqlar üçün daha yaxşı proqnostik göstəricidir.[24]

2014-cü ilin yanvar ayında Çindən Kanadaya səyahət edən şəxsdə YPQQ H5N1 hadisəsi aşkar edilmiş və xəstə Kanadada xəstəxanaya yerləşdirildikdən sonra ölmüşdür.[28] Baxmayaraq ki, infeksiyaya Şimali Amerika ərazisində yoluxmaya dair sübut yoxdur, bu hadisə göstərir ki, klinisistlər ağır xəstələrdə, YPQQ H5N1 və digər yeni A qripi virusları daxil olmaqla, qrip virusu infeksiyalarına görə ayıq-sayıq olmalıdırlar. Həmçinin, 2014-cü ildə BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ev quşları arasında YPQQ H5N1 virusunun yayılmasına görə endemik olan ən azı 6 ölkə: Banqladeş, Çin Xalq Respublikası, Misir, Hindistan, İndoneziya və Vyetnam və digər ölkələrdə ev quşlarının sporadik xəstələnməsi haqqında məlumat vermişdir.[29] YPQQ H5N1 virusunun asiya mənşəli ştammları bu günə qədər Şimali və Cənubi Amerikada ev quşları arasında rast gəlməmişdir, lakin ABŞ-da quşlar arasında YPQQ H5N1 virusunun insanlarda infeksiya ilə antigen əlaqəsi olmayan növləri müəyyən edilmişdir.[30]

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.