Meyarlar

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC): ABŞ-da yüksək patogenli quş qripi A (H5N1) virusuna insanların yoluxması hadisəsinin standart təyini üzrə müvəqqəti təlimat[81]

Təsdiq olunmuş hadisə:

  • CDC və Dövlət və Ərazi Epidemioloqları Şurası (CSTE) ilə razılaşdırılmış üsullardan istifadə etməklə CDC-nin Qrip Laboratoriyası və ya CDC-nin sertifikatını almış hər hansı ictimai səhiyyə laboratoriyası tərəfindən xəstədə yüksək patogenli quş qripi (YPQQ) H5N1 virusu infeksiyasının təsdiqi

  • Quş qripi A (H5N1) virusuna yoluxma ictimai səhiyyə laboratoriyalarında bu virusun aşkarlanması üçün CDC tərəfindən qəbul edilmiş protokollar əsasında və ya quş qripi A (H5N1) virusunun aşkarlanması üçün ABŞ-ın Qıda və Dərmanlara nəzarət Agentliyi (QDA) tərəfindən icazə verilmiş spesifik testdən istifadə etməklə təsdiq edilə bilər.

Ehtimal olunan hadisə:

  • Qrip A-ya görə laborator diaqnostik testin nəticəsi müsbət, H1-ə mənfi, H1pdm09-a mənfi və real vaxt rejimində əks-transkripsiyalı polimeraz zəncirvari reaksiyada H3-ə mənfi olduğuna görə tipləşdirilməyən və yoluxma kriterilərinə (aşağıdakı) cavab verən xəstədə qrip xəstəliyinə uyğun gələn xəstəlik hadisəsi.

Tədqiq olunan hadisə:

  • Təsdiqedici laborator sınaq nəticələri məlum olmayan və ya baxılma mərhələsində olan və yoluxma kriterilərinə (aşağıdakı) cavab verən xəstədə qrip xəstəliyinə uyğun gələn xəstəlik hadisəsi.

Yoluxma kriteriləri:

  • YPQQ H5N1 virusunun yayıldığı ərazilərə və ya YPQQ H5N1 virusunun heyvanlar arasında sirkulyasiyası barədə məlum olan ərazilərə yaxın keçmişdə (xəstəliyin başlanmasından əvvəl <10 gün) səfər etmiş şəxslər; VƏ YA

  • Quş qripi A (H5N1) virusuna yoluxmaya şübhəli olan və ya təsdiq olunmuş hadisələrlə yaxın keçmişdə sıx təmasda olan (xəstəliyin başlanmasından əvvəl <10 gün) şəxslər. Yaxın təmas şübhəli və ya təsdiq olunmuş hadisə ilə xəstəliyin davam etdiyi müddət ərzində (xəstəliyin 1-ci günündən etibarən sağalma baş verənə kimi) təxminən 2 m (6 fut) məsafədə olmaq kimi qəbul edilir. Bunlara şübhəli və ya təsdiq olunmuş xəstəyə qulluq edən tibb personalı, xəstənin ailə üzvləri və ya belə xəstənin yanında gecələyən və digər yaxın fiziki təmasda olan şəxslər aiddir; VƏ YA

  • Diri YPQQ H5N1 virusuna laborator şəraitdə ehtiyatsıqlıq səbəbindən yoluxan şəxslər.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST): insanın qrip A (H5N1) virusuna yoluxma hadisəsinin təyini[82]

Müayinə aparılan şəxs:

  • Tibb işçiləri tərəfindən tədqiqatda olan H5N1 infeksiyasına yoluxması ehtimal edilən şəxs.

H5N1 infeksiyasına şübhəli hadisə:

  • Aşağı tənəffüs yollarının >38ºC (>100.4ºF) hərarətlə müşayiət edilən izah olunmayan kəskin xəstəliyi və öskürək, təngnəfəslik və ya tənəffüsün çətinləşməsi VƏ simptomların başlanmasından əvvəl 7 gün ərzində aşağıdakılardan bir və ya bir neçəsi qeyd edilən şəxs:

    • H5N1 infeksiyasına ehtimal edilən, şübhəli və ya təsdiq edilmiş şəxslə yaxın (1m [3,2 fut]) təmas (məsələn, qulluq, söhbət və ya fiziki təmas)

    • Keçən ay ərzində heyvanlar və ya insanlar arasında şübhəli və ya təsdiq olunmuş H5N1 infeksiyası qeydə alınan ərazilərdə quş və ya vəhşi quşların və ya onların tullantılarının təsirinə məruz qalma (məsələn, emal, kəsim, doğrama, qida üçün hazırlıq, nəcis ilə təmas)

    • Keçən ay ərzində heyvanlar və ya insanlar arasında şübhəli və ya təsdiq olunmuş H5N1 infeksiyası qeydə alınan ərazilərdə çiy və ya tam bişməmiş quş ətindən istifadə olunması

    • H5N1 virusuna yoluxması təsdiq olunmuş ev quşları və ya vəhşı quşlardan fərqli heyvanlarla (məsələn, pişik və ya donuz) yaxın təmas

    • H5N1 virusunun olması ehtimal edilən nümunələrlə (insan və ya heyvan) laborator və ya digər şəraitlərdə hər hansı bir təmas.

H5N1 infeksiyası ehtimal olunan hadisə (ÜST-ə xəbərdarlıq):

  • Ehtimal edilən təyin 1: ehtimal edilən hadisənin kriterilərinə cavab verən şəxs VƏ aşağıdakı əlavə kriterilərdən biri:

    • Döş qəfəsinin rentgenoqrammasında infiltratlar və ya kəskin pnevmoniyanın əlamətləri, həmçinin, tənəffüs çatışmazlığının sübutu olan əlamətlər (hipoksiya, ağır taxipnoe); və ya

    • Qrip A infeksiyasının müsbət laborator təsdiqi, lakin məhs H5N1 infeksiyasının laborator təsdiqinin olmaması.

  • Ehtimal edilən təyin 2: zaman, məkan və ehtimal və ya təsdiq edilmiş H5N1 infeksiyasının təsiri baxımından epidemioloji əlaqəsi olan izah olunmayan kəskin respirator xəstəlikdən ölən şəxs.

H5N1 infeksiyası təsdiq olunmuş hadisə (ÜST-ə xəbərdarlıq):

  • Şübhəli və ya ehtimal olunan hadisənin kriterilərinə cavab verən şəxs VƏ milli, regional və ya beynəlxalq qrip laboratoriyalarından alınmış aşağıdakı müsbət nəticələrdən biri ÜST tərəfindən H5N1 testi üçün təsdiqedici hesab edilir:

    • H5N1 virusunun izolyasiyası

    • PZR-in 2 müxtəlif zəncirindən istifadə etməklə H5 müsbər PZR nəticəsi (məsələn, A qripi üçün spesifik praymerlərdən və H5 hemaqqlütinindən)

    • Kəskin dövr qan zərdabının (simpomların başlanmasından 7 günə qədər) və sağalan dövr qan zərdabının müayinəsi əsasında H5N1 üçün neytrallaşdırıcı əkscisimlərin titrinin 4-qat və ya daha çox artımı. Sağalan neytrallaşdırıcı əkscismin titri də 1:80 və ya daha yüksək olmalıdır

    • H5N1 üçün mikroneytralizasiyanın əkscisim titri simptomların meydana çıxmasından sonra 14-cü gün və daha gec toplanmış bir zərdab nümunəsində 1:80 və ya daha yüksək və digər seroloji müayinədən istifadə etməklə müsbər nəticə: məsələn, at qanının qırmızı qan hüceyrələrinin hemaqqlüsinasiyasının inhibisiya titri 1:160 və ya daha yüksək və ya Qərbi-blottinq testinin H5-spesifik müsbət nəticəsi.

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.