Ağırlaşmalar

Ağırlaşmalar table
AğırlaşmaVaxt həddiEhtimal

ilkin qrip pnevmoniyası

QısamüddətliYüksək

Yüksək patogenli quş qripi (YPQQ) H5N1 virus infeksiyasının çox rast gələn fəsadıdır.

Müalicə mümkün qədər tez virus əleyhinə dərmanların tətbiqindən, əlavə oksigen təminindən və simptomatik terapiyadan ibarətdir. Tənəffüs yollarının vəziyyətinə nəzarət olunmalıdır və ağciyərlərin erkən mexaniki ventilyasiyası nəzərə alınmalıdır.

tənəffüs çatışmazlığı

QısamüddətliYüksək

Bu, KRDS səbəbi ilə yüksək patogenli quş qripi (YPQQ) H5N1 virus infeksiyasının ən çox rast gələn fəsadıdır. Yoluxmuş bütün yaş qrupları arasında sənədləşdirilmişdir.

Virus əleyhinə və simptomatik terapiya zəruridir.

kəskin respirator distres sindromu (KRDS)

QısamüddətliYüksək

Tənəffüs çatışmazlığının çox rast gələn səbəbidir.

Ağciyələrin mexaniki ventilyasiyası strategiyaları tövsiyə olunur.

bir çox orqanların zədələnməsi

QısamüddətliYüksək

Böyrək və ya ürək funksiyanın pozulması daxil olmaqla, bir çox orqanın zədələnməsi yüksək patogenli quş qripi (YPQQ) H5N1 xəstələrində ən çox rast gələn fəsaddır.

Simptomatik terapiya böyük əhəmiyyət kəsb edir, cünki ehtiyac olduqda, hədəflənmiş terapiya tətbiq olunmalıdır. İdarəolunmada müalicə üzrə əsaslı rəhbər qaydalara riayət olunmalıdır.

sepsis

QısamüddətliOrta

Damardaraldıcı proseduru tələb edən septik şok yüksək patogenli quş qripi (YPQQ) H5N1 virus infeksiyasının çox rast gələn fəsadıdır.

Müalicə simptomatik cəhət daşıyır və septik şokun nəzarətində mövcud olan əsaslı rəhbər qaydalara riayət olunmalıdır.

ensefalit

QısamüddətliAşağı

Xəstələrdə baş ağrıları, davranış pozğunluqları və əqli statusun pozulması qeyd oluna bilər və onlarda virus infeksiyasının bilavasitə nəticəsi kimi qıcolmalar və koma baş verə bilər. Ensefalit yüksək patogenli quş qripi (YPQQ) H5N1 virus infeksiyasının nadir rast gələn fəsadıdır, lakin mərkəzi sinir sisteminin infeksiyası və onurğa-beyin mayesində virusun aşkarlanması qeyd edilmişdir.

Mövcud infeksiya mümkün olduğu qədər tez virus əleyhinə vasitələr ilə müalicə olunmalıdır və göstəriş verilərsə, simptomatik müalicə təmin edilməlidir.

ölüm

DəyişənYüksək

ÜST-ə məlumat verilən yüksək patogenli quş qripi (YPQQ) H5N1 virus infeksiyasının müşahidə edildiyi xəstələrin təxminən 53%-də baş verir.[26]

xəstəxanadankənar pnevmoniya

DəyişənAşağı

Bakterial pnevmoniya patogenləri (Staphylococcus aureus, Streptococcus pneumoniae, qrup A streptococcus) ilə superinfeksiya mövsümi qrip A və ya B virus infeksiyaları, eləcə də qrip A (H1N1) pdm09 virus infeksiyası ilə müfəssəl təsvir olunduğu halda, yüksək patogenli quş qripi (YPQQ) H5N1 virus infeksiyasından ibarət paralel bakterial pnevmoniya haqqında nadir hallarda məlumat verilir.

Bir çox hallarda bakterial pnevmoniya və peroral virus infeksiyası üçün empirik terapiya YPQQ H5N1 diaqnozu təsdiqləndikdən əvvəl başlanmalıdır. Bakterial terapiyada müalicə üzrə əsaslı rəhbər qaydalara riayət edilməlidir, yerli müalicə standartları uyğun gəlməlidir və infeksiyanın baş verdiyi regionda çox rast gələn xəstəxanadankənar pnevmoniya patogenləri hədəfə alınmalıdır.

xəstəxanadaxili pnevmoniya

DəyişənAşağı

Mexaniki ventilyasiyanın tez-tez rast gələn və tibb müəssisələri ilə əlaqəli bütün infeksiyaların ən çox qeyd edilən fəsadıdır. Baxmayaraq ki, yüksək patogenli quş qripi (YPQQ) H5N1 xəstələrində nadir hallarda qeyd edilir.[17]

Müayinə və müalicə elmi əsaslı qaydalara istinad etməlidir.

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.