Skrininq

ABŞ-ın Profilaktik Xidmətlər üzrə Məqsədli Qrupu (USPSTF) BKİ-si ≥25 olan 40-70 yaşlı böyüklərin glükoza statusunun skrininq edilməsini tövsiyə edir. Skrininq nəticəsi normal olan şəxslər hər 3 ildən-bir təkrar yoxlanılmalıdır. Prediabeti olan xəstələr ildə bir dəfə şəkərli diabetin olub olmaması üçün müayinə olunmalıdır.[46]

Amerikanın Diabet Assosiasiyası (ADA) istənilən yaşda hamilə olmayan BKİ-si ≥25 kq/m² olan (≥23 kq/m² Cənubi Asiya əhalisi üçün) üstəgəl diabetin bir və ya bir-neçə risk faktoruna malik simptomsuz böyüklərin skrininqini tövsiyə edir. Risk amillərinə malik olmayan şəxslər 45 yaşından başlayaraq müayinədən keçməlidirlər. Şəkərli diabet üçün risk faktorları diabetə görə ailə anamnezi, artıq çəki və piylənmə, oturaq həyat tərzi, yüksək riskə meyillilik, hestasion diabet, hipertenziya, dislipidemiya (aşağı HDL-xolesterol və/və ya yüksək triqliseridlər), damar xəstəlikləri, qlükozaya düzümsüzlük və ya polikistoz yumurtalıq sindromundan ibarətdir.[2]

Tövsiyə olunan skrininq testləri acqarına zərdabda qlükoza (əgər bir dəfə 5,6-6,9 mmol/l [100-125 mq/dl] olarsa, prediabet; əgər 2 dəfə >6,9 mmol/l [> 125 mq/dl] olarsa, diabet) və/və ya HbA1c (əgər diabet yoxdursa, bir dəfə 39-46 mmol/mol [5,7-6,4%] olarsa, prediabet; əgər 2 dəfə ≥48 mmol/mol [≥6,5%] olarsa, diabet) müayinələrindən ibarətdir. Hamilə olmayan böyüklərdə 75 q peroral qlükoza tolerantlığı testi nisbətən az istifadə olunur.[2]

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.