Aparılan müayinələr

Aparılacaq əsas laborator müayinələr

Müayinə
Nəticə
Müayinə

Təkrar HbA1c (arzuolunandır) və ya digər diaqnostik müayinə ilə təsdiq edin.[2] Həmçinin, qlikemik nəzarətin müşahidəsi üçün, adətən, 3 aydan-bir istifadə olunur.

Nəticə

48 mmol/mol (6,5%) və ya daha yüksək

Müayinə
Nəticə
Müayinə

Ən azı 8 saat ac qaldıqdan sonra müayinə edilir. Diaqnoz təkrar testlərlə təsdiq olunmalıdır, yaxşı olardı ki, eyni diaqnostik test üsulu ilə aparılsın, lakin 2 müxtəlif meyarın diaqnostik səviyyələri də qəbul olunur (məsələn, artmış HbA1c və acqarına zərdabda artmış qlükoza).

Diaqnostika məqsədləri üçün test 7 gün ərzində təsdiq olunmalıdır. Sonralar qlükoza səviyyəsinə nəzarət məqsədilə digər testlərlə kombinə olunmuş şəkildə istifadə oluna bilər.[2]

Nəticə

>6,9 mmol/l (>125 mq/dl)

Müayinə
Nəticə
Müayinə

Toxqarına test. Rahatdır, lakin acqarına zərdabda qlükoza və ya 75 q peroral qlükoza tolerantlığı testı ilə müqayisədə, dəqiqliyi azdır.[2] Poliuriya, polidipsiya və ya çəkinin azalması kimi simptomlar mövcud olqduqda, tətbiq olunur.

Nəticə

≥11,1 mmol/l (≥200 mq/dl)

Müayinə
Nəticə
Müayinə

Acqarına zərdabda qlükoza və ya HbA1c-yə nisbətən, daha bahalı və narahatdır. Şəkərli diabet digər diaqnostik test vasitəsilə ayrıca olaraq təsdiq olunmalıdır.[2]

Nəticə

≥11,1 mmol/l (≥200 mq/dl)

Nəzərə alınmalı müayinələr

Müayinə
Nəticə
Müayinə

2-ci tip şəkərli diabet zamanı dislipidemiya yayılmış haldır.

Nəticə

yüksək LDL (aşağı sıxlıqlı lipoprotein), aşağı HDL (yüksək sıxlıqlı lipoprotein) və/və ya yüksək triqliseridlər müşahidə oluna bilər

Müayinə
Nəticə
Müayinə

Əgər xəstə hiperqlikemiya simptomları nümayiş etdirirsə (poliuriya, polidipsiya, zəiflik) və onda ümumi üzülmə varsa (selikli qişaların quruluğu, dəri turqorunun zəifliyi, taxikardiya, hipotoniya, ağır hallarda şok), diaqnoz qoyulan zaman və yaxud xəstəlik dövründə sidikdə ketonların səviyyəsi yoxlanılmalıdır. Ketoasidoz ən çox 1-ci tip diabet zamanı rast gəlir, lakin 2-ci tip diabetdə də müşahidə oluna bilər.[29][30][31]

Nəticə

ketoasidoz olarsa, müsbət

Müayinə
Nəticə
Müayinə

Şəkərli diabetin rutin diaqnostikasında istifadə olunmur, lakin 1-ci və 2-ci tip diabeti differensiasiya etmək üçün faydalı ola bilər.[32][33] İnsulinin mütləq defisiti 1-ci tip şəkərli diabetin əsas xüsusiyyətidir ki, bu da aşağı (<0,2 nmol/l) yaxud heç müəyyən olunmayan C-peptid səviyyələrinə gətirib çıxarır.[2][33] C-peptidin müayinə nəticələri xəstəliyin davamiyyəti, yanaşı gedən xəstəliklər və ailə anamnezi ilə kliniki əlaqələndirmə şərti ilə şərh olunmalıdır.[34]

Nəticə

>1 nmol/l

Müayinə
Nəticə
Müayinə

Nefropatiyaya işarə edir və digər damar zədələnmələrinin ola biləcəyini ehtimal edir. İllik əsasda yoxlanılır.

Təsadüfi sidik nümunəsində albumin-kreatinin nisbəti ilə qiymətləndirilə bilər.[2]

Nəticə

arta bilər

Müayinə
Nəticə
Müayinə

YFS Böyrək Xəstəliklərinin Xroniki Epidemiologiyası üzrə Əməkdaşlıq (BXXE-EPİ) və ya Böyrək Xəstəliyi zamanı Pəhrizin Dəyişdirilməsi (BXPD) formulalarına əsasən hesablanır. BXXE-EPİ formulası Böyrək Xəstəliklərinin Müalicəsinin Keyfiyyəti üzrə Təşəbbüs (KDOQI) tərəfindən tövsiyə olunur, çünki o, tam diapazon üzərindən məlumatverməyə imkan verən yüksək YFS səviyyələrində qərəzi aradan qaldırır.[ Glomerular Filtration Rate Estimate by CKD-EPI Equation ]

Nəticə

böyrək çatışmazlığını göstərə bilər

Müayinə
Nəticə
Müayinə

İlkin qiymətləndirmə. Normal elektrokardioqramma ürəyin koronar damar xəstəliyini istisna etmir. Patoloji sakit EKQ-si olan xəstələrə ürəyin digər müayinələri tələb oluna bilər.[2]

Nəticə

əvvəlki işemiyanı göstərə bilər

Müayinə
Nəticə
Müayinə

Diabetli xəstələrdə çox geniş yaılmış periferik damar xəstəliyini aşkar (PDX) etmək üçün qeyri-invaziv üsuldur. Amerika Diabet Assosiasiyası PDX simptomları olan xəstələrdə TÇİ müayinəsinin aparılmasını tövsiyə edir.[2] PDX-nın skrininqi üçün istifadə oluna bilər.

Nəticə

≤0,9 patolojidir

Müayinə
Nəticə
Müayinə

2-ci tip şəkərli diabeti olan xəstələr vaxtında oftalmoloqa müraciət etməlidirlər.[2]

Nəticə

retionopatiyanı göstərə bilər

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.