Anamnez və fiziki müayinə

Əsas diaqnostik faktorlar

Əsas risk amillərinə aşağıdakılar aiddir: yuxarı yaş, artıq çəki/piylənmə; qaradərili, ispan və ya yerli amerikalı mənşəyi; 2-ci şəkərli diabetə tutulma üzrə ailə anamnezi; hestasion diabet anamnezi; prediabet; fiziki fəaliyyətsizlik; polikistoz yumurtalıq sindromu; hipertenziya; dislipidemiya və ya məlum ürək-damar xəstəliyi.

Bir ümumiləşdirici nəzəriyyəyə əsasən şəkərli diabet, hipertenziya, dislipidemiya və piylənmədən ibarət metabolik sindrom var ki, ürəyin işemik xəstəliyi, insult və periferik damar xəstəlikləri üçün şərait yaradır.[4] Lakin bu nəzəriyyə fərdi ürək-damar risk amillərinin qiymətləndirilməsi ilə müqayisədə, kliniki faydalılıq nöqteyi nəzərindən hər yerdə qəbul olunmur.[35]

2-ci tip diabet çox vaxt asimptomatik olur və skrininq zamanı aşkar olunur. Simptomlar olduqda, daha aşkar hiperqlikemiyaya işarə edə bilər.

Ən çox vaginal nahiyədə, penisdə və ya dəri qatlarında rast gəlir.

Sellülit və ya abseslər.

Sistit və ya piyelonefrit.

Digər diaqnostik faktorlar

Artan yorğunluq inkişaf edən ürək-damar xəstəliyinin erkən əlaməti ola bilər; klinisistlər ürək fəaliyyətinin qiymətləndirilməsi üçün aşağı həddi nəzərə almalıdırlar.

Yüksək qlükoza səviyyəsinə görədir.

Adətən, ac olan xəstələrdə zərdabda qlükozanın konsentrasiyası >16,6 mmol/l (>300 mq/dl), HbA1c >95 mmol/mol (>11%) təşkil edir.

Adətən, ac olan xəstələrdə zərdabda qlükozanın konsentrasiyası >16,6 mmol/l (>300 mq/dl), HbA1c >95 mmol/mol (>11%) təşkil edir.

Adətən, ac olan xəstələrdə zərdabda qlükozanın konsentrasiyası >16,6 mmol/l (>300 mq/dl), HbA1c >95 mmol/mol (>11%) təşkil edir.

Uzun müddət diaqnoz qoyulmayan şəkərli diabeti olan xəstələrdə neyropatiya nəticəsində ətraflarda qeyd oluna bilər.

Qlükoza səbəbli diurezə görə olur.

Aşkar hiperqlikemiya olan zaman.

Məxməri, açıq qəhvəyidən qara rəngə qədər olan ləkələr, adətən, boyunda, qoltuqaltı və ya qasıq nahiyəsində olur. Hər yaşda təzahür edə bilər. Çox zaman piylənmə ilə əlaqəlidir. com.bmj.content.model.Caption@4c82cf1c[Figure caption and citation for the preceding image starts]: Qoltuqaltı nahiyədə akantokeratodermiyaMelvin Chiu, MD kolleksiyasından; istifadəsinə icazə verilib [Citation ends].

Risk faktorları

Yaşlı insanlar daha böyük tutulma riskinə məruz qalırlar. Buna baxmayaraq, uşaq və gənclərdə 2-ci tip şəkərli diabetə tutulma halları artmaqdadır.

Bu, şəkərli diabetin kliniki təzahürünə gətirib çıxaran gücləndirici faktor kimi qeyd olunur. Bir neçə tədqiqatda diabet diaqnozu zamanı orta BKİ göstəricisi təxminən 31 kq/м² təşkil edir və BKİ yüksəldikçə, diabetin inkişaf riski də artır.[8] Bir neçə kliniki sınaq şəkərli diabetə tutulma riski yüksək olan yetkin insanlarda çəki azalmasının xəstəliyin gec başlanmasına və ya zəif inkişaf etməsinə səbəb olduğunu göstərmişdir.[9][10][11][12][13]

Hestasion şəkərli diabetə tutulmuş qadınların təxminən 60%-i doğuşdan sonra 16 il ərzində aşkar şəkərli diabet xəstəliyinə tutulur.[14]

2-ci tip şəkərli diabetin inkişafında əsas risk amilidir. Prediabetdən 2-ci tip aşkar şəkərli diabetə keçid ildə 2-4% arasında baş verir.[1][2]

Baxmayaraq ki, risk üçün zəmin yaradan spesifik genetik profil hələ də tam işıqlandırılmayıb, epidemioloji müşahidələr əsaslı genetik komponent barədə heç bir şübhə qoymur.[4]

Ağdərili insanlar ilə əlaqəli ABŞ-ın Sağlamlığın və Qidalanmanın Yoxlanması üzrə Milli Proqramı (NHANES) və digər məlumatlar şəkərli diabetə daha yüksək tutulma riskini nümayiş etdirir.[15][16]

Şəkərli diabetə yüksək tutulma riski qismən piylənmə/artıq çəkinin təsirindən irəli gəlməsinə baxmayaraq, bir neçə tədqiqat göstərmişdir ki, fiziki aktivlik şəkərli diabetə tutulma riski yüksək olan yetkin insanlarda xəstəliyə tutulmanı gecikdirir və ya onun gedişini yüngülləşdirir.[9][10][11][12]

Yüksək risk; mütəmadı olaraq şəkərli diabetə görə skrininq olunmalıdır.[2]

Çox zaman 2-ci tip şəkərli diabet ilə əlaqəlidir. Diabetin yayılmasının artması ilə əlaqədar hipertoniyalı xəstələrin mütəmadi skrininqi tövsiyə olunur.[2]

Xüsusən yüksək sıxlıqlı lipoproteinlər aşağı olduqda və/və ya triqliseridlər yüksək olduqda: dislipidemiyalı xəstələr arasında diabetin geniş yayılması səbəbindən diabetə görə mütəmadi skrininq tövsiyə olunur.[2]

Periferik damar və ürəyin işemik xəstəlikləri olan şəxslər arasında diabetin geniş yayılması səbəbindən diabetə görə mütəmadi skrininq aparılması tövsiyə olunur.[2]

Amerikanın Kardiologiya Cəmiyyəti/Amerikanın Ürək Assosiasiyası aterosklerotik kardiovaskulyar xəstəlik üçün bir sıra əlavə risk faktorları müəyyən edib ki, bunlar: С-reaktiv zülalın ≥2 mq/l; koronar arterial kalsiumun ≥300 Aqatston vahidi və ya ≥75% yaşa, cinsə və etnik mənsubiyyətə görə; və çiyin-baldır indeksinin <0,9 göstəricilərindən ibarətdir.[17]

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.