Meyarlar

Amerikanın Diabet Assosiasiyası[2]

4 analizdən biri şəkərli diabetin dəqiq diaqnozunu təyin etmək üçün istifadə oluna bilər:

  • Acqarına zərdabda qlükoza konsentrasiyası (FPG) >6,9 mmol/l (>125 mq/dl) (ən çox istifadə olunur)

  • Diabetin poliuriya, polidipsiya, yorğunluq və ya çəkinin itirilməsi kimi simptomları ilə müşayiət olunan təsadüfi seçilmiş zərdabda qlükozanın konsentrasiyası ≥11,1 mmol/l (≥200 mq/dl)

  • 75 q peroral glükoza yüklləməsindən 2 saat sonra qlükozanın səviyyəsi ≥11,1 mmol/l (≥200 mq/dl)

  • HbA1c ≥48 mmol/mol (≥6,5%).

Bütün bunlar təkrar müayinə ilə təsdiq olunmalıdır, bu zaman eyni diaqnostik test üsulundan istifadəyə üstünlük verilir, lakin 2 müxtəlif meyarın diaqnostik səviyyələri də qəbul olunur (məs., yüksək HbA1c və yüksək acqarına zərdabda qlükoza səviyyəsi).

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.