Procedural videos

Böyüklərdə diaqnostik lümbal punksiya: animasiyalı nümayiş

Lazım olan avadanlıq

Köməkçinin yardımından istifadə edərək, bütün alətləri steril səth üzərində hazırlayın.

  • Steril əlcəklər və gözqoruyucu vasitə; hazırda klinisitlər üçün lümbal punksiya keçirən zaman üz maskalarından istifadə olunması qəbul edilmişdir

  • Fenestrasiyalı steril parça

  • Spirtli xlorgeksidin (adətən, sprey və ya aplikator)

  • Tamponlar

  • 10 ml-lik şpris

  • 25-kalibrli iynə (narıncı)

  • 23-kalibrli iynə (mavi)

  • yerli anestetik kimi 1%-li lidokain

  • Spinal iynə (idealda qeyri-travmatik spinal iynə)

  • Giriş üçün iynə (atravmatik spinal iynə istifadə olunduqda, işlədilə bilər)

  • Üçhaçalı kranı olan manometr

  • Nümunələr üçün 3 ədəd şəffaf sınaq borusu (və ya subaraxnoidal qanaxmadan şübhələnirsinizsə, 4 ədəd)

  • Qlükoza üçün 1 ədəd ftor-oksalat şüşəsi (boz qapaqlı)

  • Okklüzion sarğı.

Əks-göstərişlər

  • Yüksək kəllədaxili təzyiq: xəstələrdə aşağıdakılar qeyd oluna bilər:

    • Kəskin başağrı

    • Bulanıq görmə

    • Qusma

    • Şüur səviyyəsinin azalması

    • Görmə siniri diskinin şişi (kəllədaxili təzyiqə ikincili olan optik diskin şişkinliyi).

  • Yüksək kəllədaxili təzyiqi olan xəstədə lümbal punksiyanın (LP) icra olunması baş beynin ölümlə nəticələnən yırtığına (koninq) səbəb ola bilər. Lümbal punksiya LP yerində aşağı təzyiq şuntunun yaranmasına səbəb ola bilər ki, buraya onurğa-beyin mayesi (OBM) sıza bilər. Onurğada OBM-in təzyiqi endikdə, OBM və beyin toxuması aşağı təzyiq çıxışına doğru hərəkət edir (LP nahiyəsi) ki, bu da transtentorial və ya keçilməz yırtığa və nəticədə kəskin nevroloji pisləşməyə gətirib çıxarır. Koninq koma və ölümə səbəb olur. Lümbal punksiyaya yararlı xəstələrin diqqətli seçimi və beynin kompüter tomoqrafik (KT) skanından istifadə olunması LP-nin aparılması riskini minimallaşdıra bilər. LP aparılacaq xəstələrin hamısı prosedurdan əvvəl görmə siniri diskinin şişinə görə fundoskopiyadan keçirilməlidirlər.

  • Koaqulopatiya: düzgün idarə olunmayan koaqulopatiya nəticəsində lümbal punksiyadan sonra ciddi qanaxma riski mövcuddur. Bunlara, heparin, varfarin və ya digər peroral antikoaqulyant qəbul edən və ya disseminasiya olunmuş damardaxili laxtalanma, trombositopeniya və ya hemofiliya kimi laxtalanma defektləri olan xəstələr aiddir. Qanın laxtalanma pozğunluğu korreksiya olunduqdan sonra lümbal punksiya artıq əks-göstəriş olmur.

  • At quyruğu sundromu və ya xordanın kompressiyası: mərkəzi diskin sürüşməsi, şiş, abses/vərəm, hematoma və ya travma nəticəsində at quyruğu sindromu baş verə bilər. Simptomlara sidik saxlanmazlıq və ya sidik saxlamaq (ağrısız ola bilər), nəcis saxlanmazlıq, ayaqların ikitərəfli zəifliyi və ağrı aiddir. Əlamətlərə gücün və hissiyatın ikitərəfli azalması (aşağı hərəki neyron), perianal (yəhər) hissiyatın azalması, anal tonusun azalması və topuq reflekslərinin ikitərəfli itməsi aid ola bilər. Diaqnoz onurğanın təcili MRT-si ilə qoyulur. At quyruğu sindromu qeyd olunan xəstələr təcili olaraq cərrahi müdaxilə üçün ortopedik briqada və ya neyrocərraha müraciət etməlidirlər. Bu, lümbal punksiya ilə diaqnostika olunmur.

  • Yerli anesteziyaya allergiya

  • Xəstənin imtinası (əgər o, bunu edə bilirsə)

  • Onurğanın bel hissəsini əhatə edən sellülit/abses (infeksiyanın OBM-ə keçirilməsi riski).

Göstərişlər

Aşağıdakılara kliniki şübhə olduqda, diaqnostik lümbal punksiya göstərişdir:

  • Meningit: bakterial, viruslu, göbələk mənşəli və ya mərkəzi sinir sisteminin (MSS) vərəm mənşəli infeksiyaları

  • Ensefalit

  • Subaraxnoidal hemorragiya

  • Neoplastik xəstəlik

  • Demiyelinləşdirici xəstəlik (məs., dağınız skleroz)

  • Periferik neyropatiya (məs., Giyen-Barre sindromu).

Ağırlaşmalar

Qanaxma: kiçik qanaxma çox rast gələn haldır, lakin epidural və ya spinal hematomanın əmələ gəlməsi nevroloji defisitə səbəb ola bilər. Bu, baş verərsə, təcili olaraq neyrocərraha müraciət etmək lazımdır.

Başağrı: LP-dən sonra xəstələrin təxminən 35%-ində baş ağrıları qeyd olunur.[26] Adətən, prosedurdan 48-72 saat sonra baş verir və 2 həftəyə qədər davam edə bilər. Xəstələr, ənsə nahiyəsi ilə müqayisədə, daha çox alın nahiyəsində qeyd olunan daimi küt ağrıdan şikayət edirlər. Daha çox xarakterik simptom pozision (ortostatik) kəskinləşmədir (yəni, xəstədə vertikal vəziyyətdə baş ağrıları əmələ gəlir, lakin bir qayda olaraq, uzanığlı vəziyyətdə bu ağrılar olmur). Belə hesab olunur ki, bunun səbəbi punksiya nahiyəsində davam edən OBM sızması və ya kəllədaxili hipotenziyadır. Atravmatik iynələrdən (həmçinin, karandaş uclu iynələr kimi də tanınır) istifadənin punksiya səbəbli başağrılarının əmələ gəlmə tezliyini azaltması haqqında dəlillər mövcuddur.[27] [28] [29]Əgər siz adi iynədən istifadə edirsinizsə, praktik olan ən kiçik iynə işlədərək və onu, sərt beyin qışasının liflərinə paralel tutaraq, baş ağrılarının qarşısını ala bilərsiniz. Əgər LP-dən sonra başağrı əmələ gəlirsə, sadə analgeziya, rehidratasiya və ürəkbulanma olarsa, qusma əleyhinə preparatlardan istifadə edərək, xəstəni müalicə edin.[30] Kəskin və ya uzunmüddətli baş ağrıları zamanı anestezioloqdan qan plastrı haqqında xəbər almaq lazımdır ki, bu zaman az miqdarda autoloji venoz qan qonşu epidural sahəyə yeridilərək, tıxayıcı rol oynayır. LP-dən sonrakı baş ağrılarının müalicəsi üçün venadaxili kofein yeridilməsi müalicə variantı hesab oluna bilər, lakin bunun sübutu yetərli deyil.

İnfeksiya: Aseptika qaydalarına ciddi riayət olunması bu riski minimuma endirir.

Sinir kökündə ağrı və ya paresteziya: onurğa-beyin iynəsi ilə sinir və ya sinir köklərinin qıcıqlandırılması aşağı ətraflarda dizesteziyaya səbəb ola bilər. Zondu dəyişmədən iynənin çıxarılması sinir və ya araxnoidal toxumanın epidural sahəyə aspirasiya olunmasına səbəb ola bilər. Bu ağırlaşmanın qarşısını almaq məqsədilə iynənin vəziyyətini dəyişməzdən əvvəl zondu dəyişin.[30]

Uğusuz OBM toplanması (quru çəkmə). Quru çəkmə, adətən, spinal iynənin səhv yeridilməsi, çox vaxt yan yerləşdirilməsi nəticəsində baş verir. Bunu, iynənin tam çıxarılması, xəstənin anatomiyasının yenidən qiymətləndirilməsi ilə yenidən düzgün nahiyədə və düzgün bucaq altında yeritməklə düzəltmək olar. Piylənməsi olan xəstələrdə adi spinal iynə həddən qısa ola bildiyindən, onlarda daha uzun iynələrdən istifadə etmək olar.

Koninq: Bu ciddi ağırlaşma koma və ölümə səbəb ola bilər. Lümbal punksiyaya yararlı xəstələrin diqqətli seçimi və beynin kompüter tomoqrafik (KT) skanından istifadə olunması LP-nin aparılması riskini minimallaşdıra bilər.

Bel ağrısı: LP-nin potensial ağırlaşmasıdır.

Sağalmadansonrakı nəzarət

  • Bütün iti alətlərin təhlükəsiz şəkildə utilizasiya olunduğundan əmin olun.

  • Nevroloji müşahidələr tez-tez aparılmalıdır. Koxreyn sistematik icmalı dural punksiyadan sonra başağrının yaranmasının profilaktikası üçün təcili mobilizasiya ilə müqayisədə, rutin qaydada yataq rejiminin faydalarını aşkar etməmişdir.[31]

  • Nümunələri nişanlanmış sınaq borularında və tam doldurulmuş göndəriş formaları ilə birlikdə laboratoriyaya göndərin.

  • İki nümunə göndərin, ftorlu sınaq şüşəsi və biokimyəvi müayinə üçün qan nümunəsi (zülal, qlükoza, pH). 1 və 3-cü nümunələri mikroskopiya, əkmə və həssaslıq sınaqları üçün mikrobioloji müayinəyə göndərin (virus kulturası/polimeraz zəncirvari reaksiya imkanını nəzərdən keçirin). Subaraxnoidal qanaxmadan şübhələnirsinizsə, 4-cü nümunəni zərfin içində (işıqdan qorumaq üçün) ksantoxromiya üçün biokimyəvi müayinəyə göndərin.