Procedural videos
Mil arteriyası punksiyasının animasiyalı nümayişi
Lazım olan avadanlıq
Mil arteriyasının punksiyası üçün lazım olan avadanlığa aşağıdakılar daxildir:
Spirtli salfetlər
Steril əlcəklər, qoruyucu eynək və önlük
Pambıq və ya tənzif
Arterial qan üçün əvvəlcədən heparinləşdirilmiş 3 ml-lik şpris, rezin bağlayıcı və tıxac
23 kalibrli iynə.
Əks-göstərişlər
Mütləq əks-göstərişlərə daxildir:
Şüuru aydın olan xəstədə pulsun palpasiya olunmaması
Nəzərdə tutulmuş punksiya nahiyəsində arterial şuntlama transplantının və ya stentin olması
Arteriovenoz fistula
Arterial anevrizma
Qolun dirsək arteriyası tərəfindən qanla pis qidalanmasına işarə edən mənfi Allen testi
Mil arteriyasının üzərindəki toxumalarda sellülit və ya hər hansı infeksion mənbəyin olması (xüsusilə digər nahiyələr bundan azaddırsa).
Nisbi əks-göstərişlərə daxildir:
Koaqulopatiya və ya qanaxmalara meyllilik
Zəif palpasiya olunan nəbz.
Göstərişlər
Arterial qan nümunəsinin toplanması kliniki qiymətləndirmə, venoz qan nümunələri, vizualizasiya və diaqnostika, müalicə və müxtəlif kliniki şəraitlərdə müalicəyə olan reaksiyanın müşahidəsi ilə birlikdə istifadə olunur. Mil arteriyasının punksiyası mümkün olmadıqda, bud arteriyası alternativ kimi nəzərə alınır, məsələn, radial punksiyaya əks-göstərişlər olduqda.
Nümunədə bir neçə parametrlərin ölçülməsi aparılır, bunlar:
Oksigen səviyyəsi
Karbon dioksid səviyyəsi
Bikarbonat səviyyəsi
pH, qələvi tərkibi və turşu-qələvi balansı
Karbon monooksid səviyyəsi.
Ağırlaşmalar
Ağırlaşmalara aiddir:
Qanaxma, qansızma və hematomaların əmələ gəlməsi
Yerli infeksiya və ya sellülitin əmələ gəlməsi
Sinir zədələnməsi
Yalançı anevrizmanın formalaşması
Vazospazm, distal ətrafda müvəqqəti və ya əhəmiyyətli işemiyaya səbəb olan tromboz və ya emboliya (nadir hallarda)
İynə ilə zədələnmə, əgər utilizasiyadan əvvəl təhlükəsizliyə riayət olunmazsa.
Sağalmadansonrakı nəzarət
Bir neçə dəqiqə ərzində punksiya yerini təzyiq altında saxlayın. Proseduru aparan tibb içşisi iti əşyaların diqqətlə və ehtiyatla ləğv olunması, nümunənin nişanlanması və müayinəsinin təşkil olunmasını həyata keçirən zaman bu addım köməkçiyə həvalə oluna bilər.
Ətrafın adekvat perfuziyasından, arterial punksiya nahiyəsində qanaxma və ya hematomanın olmadığından əmin olmaq üçün bir neçə dəqiqədən sonra xəstəyə baxış keçirin.
Nişanlanmış və inspirasiya olunmuş oksigen konsentrasiyası dəqiq qeyd olunmuş nümunəni təcili olaraq müayinəyə göndərin.
Arterial qanın normal göstəriciləri ayrı-ayrı laboratoriyalarda və çihazlarda bir qədər fərqli ola bilər və bu göstəricilər nəticələrin interpretasiyası zamanı çarpaz şəkildə qeyd olunmalıdır. Qanın qaz tərkibini ölçən bəzi analizatorlarda, həmçinin, xəstənin hərarəti də əhəmiyyət daşıyır.
Gözlənilməyən və ya çox anormal nəticə ciddi patologiyanın olması və yaxud səhvən götürülmüş venoz nümunəyə işarə edə bilər.