Procedural videos

Qadınlarda uretral kateterizasiyanın animasiyalı nümayişi

Lazım olan avadanlıq

  • Lateks və ya silikon Foli kateteri (ümumi istifadə üçün 14 fransız kalibri; 12 fransızdan 24 fransıza qədər ölçülər situasiyadan asılı olaraq, tələb oluna bilər)

  • Steril örtük

  • Steril kağız dəsmal (fenestrasiyalı olsa, yaxşı olar)

  • Steril əlcəklər

  • Plastik önlük

  • Steril kasa

  • Böyrək formalı boşqab

  • 10 ml steril su ilə doldurulmuş 10 ml-lik şpris (fizioloji məhlul olmasın)

  • Əvvəlcədən doldurulmuş 10 ml-lik şprisdə anestetik sürtgü geli (məsələn, liqnokain geli)

  • Tampon və fizioloji məhlul (xlorgeksidin və ya digər təmizləyici məhlullar olmasın, çünki onlar dərini qıcıqlandıra bilər).

Əks-göstərişlər

Çanağın travmasından sonra uretranın kateterizasiyasını aparmayın, xüsusilə əgər məsələn, canağın sınığı ilə müşayiət edən uretranın zədələnməsinə şübhə varsa. Uretranın zədələnməsi qeyd olunan xəstələrdə kateterin uretranı dəlib keçməsi və ətraf toxumalara yeridilməsi riski mövcuddur. Belə xəstələrdə kateterizasiyadan əvvəl uretranın vizualizasiyasını təşkil edin.

Uretral kateterin 2 dəfədən çox səhv yerləşdirilməsi zamanı yardım üçün daha təcrübəli həkimə müraciət edin. Ola bilsin ki, əyri başlıqlı kateter və ya daha kiçik və ya daha böyük kateter, yaxud 3-kanallı irriqasiya kateteri istifadə olunmalıdır.

Əgər xəstə yetərli izah və ünsiyyətdən sonra uretral kateterdən imtina etmək bacarığındadırsa və bu baş verirsə, proseduru onun iradəsindən kənar icra etməyin.

Göstərişlər

  • Kəskin sidik saxlama

  • Əməliyyatdan əvvəl sidiyin toplanması (məsələn, qarın böşluğunda əməliyyat keçirən xəstələr üçün hər zaman kateterizasiya tələb olunur, cünki sidik kisəsinin tam boşalması çox vacibdir; sidik kisəsi dolu olarsa, əməliyyat zamanı onun təsadüfən kəsilməsi riski var)

  • Kəskin və ya kritik vəziyyətdə olan xəstələrdə diurezin dəqiq ölçülməsi

  • Uzunmüddətli sidik kateterinin təkrar yeridilməsi

  • Sidik kisəsinin xroniki obstruksiyası və neyropatik sidik kisəsi

  • Sidik kisəsinin irriqasiyası və damcılaması.

Sidik saxlanmazlığı olan və hərəkətsiz xəstələrə kateterizasiya tələb oluna bilər, lakin bunlar, ciddi göstərişlər deyil. İnfeksiya riski kateterin rahatlığı ilə balanslaşdırılmalıdır.

Ağırlaşmalar

  • Kateterizasiyanın mümkünsüzlüyü: daha təcrübəli həkimə müraciət edin

  • Sidik yollarının infeksiyaları: kateteri kənarlaşdırın və yerli qaydalara müvafiq şəkildə antibiotiklər təyin edin

  • Qanaxma: kiçik qanaxma çox rast gələndir və adətən, öz-özünə dayanır; daha əhəmiyyətli uretral qanaxma olarsa, daha təcrübəli həkimə müraciət edin

  • Kateterin tutulması: laxta və ya digər tullantılarla tutula bilər. Kateterin aspirasiyası və ya steril su ilə yuyulması mənfəzini təmizləyə bilər; lakin vəziyyətinin dəyişməsinə ehtiyac yarana bilər. Əgər hematuriya və laxtanın ləngiməsi baş verərsə, 3-kanallı kateterlə yuyun və uroloqa müraciət edin.

Sağalmadansonrakı nəzarət

Kişilərin kateterizasiyasından fərqli olaraq, səhv kateterizasiya çox vaxt qadınlarda rast gəlir, cünki uretral giriş vaginal dəliyə çox yaxın yerləşir. Balonu şişirtməzdən əvvəl sidiyin axıdılması çox vacibdir. Sidik axınının olması kateterin sidik kisəsində olmasının təsdiqidir. Əgər sidik axmırsa, balonu şişirtməyin, cünki kateterin başlığı uretrada ola bilər. Bu məqamda balonun şişirdilməsi uretranın zədələnməsinə gətirib çıxara bilər.

Sənədləşmə:

Xəstənin razılığını dəqiq sənədləşdirin. Həmçinin, balona tökdüyünüz suyun və qalıq sidiyin həcmini sənədləşdirin və prosedur zamanı baş verən hər hansı ağırlaşmanı qeyd edin. İfraz olunan sidiyin rəngi və keyfiyyətini də qeyd etmək məqsədəuyğundur.

Kateter çantası:

Kateterin uğurla yerləşdirilməsindən sonra onun adekvat drenaj olunduğuna və sidiyin toplanması üçün düzgün kisənin seçildiyinə əmin olun.

  • Sidik həcminin saatbasaat dəqiq ölçülməsi üçün urometr tələb oluna bilər.

  • Ambulator xəstələr üçün müxtəlif ayaq kisələri mövcuddur.

Kənarlaşdırma:

İnfeksiyanın qarşısını almaq üçün xəstənin kateterə olan ehtiyacı aradan qalxan kimi dərhal kateteri kənarlaşdırın. Kateteri çıxarmazdan əvvəl hava balonunu boşaldın.