Procedural videos

EKQ-nin animasiyalı nümayişi

Lazım olan avadanlıq

  • Elektrokardioqraf

  • Elektrod yapışqanları

  • EKQ aparıcıları

  • Ehtiyac olarsa, təmiz salfet və ülgüc.

Xəstənin narahatlıq, stres və hərəkətliliyinin nəticələrin təhrif olunmasına təsir göstərə bildiyi üçün mümkün olan yerdə EKQ çəkilişi rahat və sakit şəraitdə aparılmalıdır.

Əks-göstərişlər

EKQ çəkilişi üçün spesifik kliniki əks-gəstərişlər mövcud deyil. Xəstənin həyəcanı, sayıqlaması, əsməsi və ya hərəkət pozğunluğu EKQ-nin dəqiq çəkilişini çətinləşdirir, lakin mümkünsüz etmir.

Hər bir prosedurda olduğu kimi, EKQ-ni də, əgər xəstə razı deyildirsə, həyata keçirməyin.

Göstərişlər

  • Sağlamlıq vəziyyətinin skrininqi/əməliyyatdanəvvəlki qiymətləndirmə

  • Döş qəfəsində ağrı/ürəyin işemik xəstəliyi

  • Küylər/ürəyin qapaq xəstəliyi

  • Ürək çatışmazlığı

  • Hipoksiya/hiperkapniya

  • Dispnoe

  • Palpitasiya

  • Bayılma/bayılma öncəsi

  • Dərman zəhərlənməsi/doza aşılması

  • Elektrolit və ya turşu əsaslı patologiyalar

  • Anemiya

  • Travma

  • Sepsis

  • Koma.

Ağırlaşmalar

Nadir hallarda aparıçı elektrodların yapışqanı dəridə qızartı və ya şişkinliyə səbəb ola bilər.

Sağalmadansonrakı nəzarət

EKQ nəticəsini xəstənin adı, doğum tarixi, hazırkı tarix və vaxt qeyd edilmiş etiketlə nişanlayın. EKQ nəticəsinin interpretasiyası bu mövzuda müzakirə edilməyən xüsusi hazırlıq və bacarıq tələb edir.

Vacibdir ki, xüsusi bacarığı olan mütəxəssis tez bir zamanda EKQ çəkilişini interpretasiya etsin; lazım gələrsə, kardioloqa müraciət edin. Xüsusilə ağır vəziyyətdə (məsələn, miokard infarktına şübhə olarsa), EKQ-də olan əhəmiyyətli dəyişikliklərin gec tanınması xəstəyə ziyan verə bilər.