Procedural videos
Kişilərdə uretral kateterizasiyanın animasiyalı nümayişi
Lazım olan avadanlıq
Lateks və ya silikon Foli kateteri (ümumi istifadə üçün 14 fransız kalibri; 12 fransızdan 24 fransıza qədər ölçülər vəziyyətdən asılı olaraq, tələb oluna bilər)
Steril örtük
Steril kağız dəsmal (fenestrasiyalı olsa, yaxşı olar)
Steril əlcəklər
Plastik önlük
Steril kasa
Böyrək formalı boşqab
10 ml steril su ilə doldurulmuş 10 ml-lik şpris (fizioloji məhlul olmasın)
Əvvəlcədən doldurulmuş 10 ml-lik şprisdə anestetik sürtgü geli (məsələn, liqnokain geli)
Tampon və fizioloji məhlul (xlorgeksidin və ya digər təmizləyici məhlullar olmasın, çünki onlar dərini qıcıqlandıra bilər).
Əks-göstərişlər
Çanağın travmasından sonra uretranın kateterizasiyasını aparmayın, xüsusilə əgər məsələn, canağın sınığını müşayiət edən uretranın zədələnməsinə şübhə varsa. Uretranın zədələnməsi qeyd olunan xəstələrdə kateterin uretranı dəlib keçməsi və ətraf toxumalara yeridilməsi riski mövcuddur. Belə xəstələrdə kateterizasiyadan əvvəl uretranın vizualizasiyası təşkil edilməlidir.
Uretral kateterin 2 dəfədən çox səhv yerləşdirilməsi zamanı yardım üçün daha təcrübəli həkimə müraciət edin. Ola bilsin ki, əyri başlıqlı kateter və ya daha kiçik və ya daha böyük kateter, yaxud 3-kanallı irriqasiya kateteri istifadə olunmalıdır.
Əgər xəstə yetərli izah və ünsiyyətdən sonra uretral kateterdən imtina etmək bacarığındadırsa və bu baş verirsə, proseduru onun iradəsindən kənar icra etməyin.
Fimoz, hipospadiya və cinsiyyət orqanının deformasiyası uretranın kateterizasiyasını çətinləşdirə bilər, lakin onlar əks-göstərişlər deyil.
Göstərişlər
Kəskin sidik saxlama
Əməliyyatdan əvvəlki sidik toplanma
Kəskin və ya kritik vəziyyətdə diurezin dəqiq ölçülməsi
Uzunmüddətli sidik kateterinin təkrar yeridilməsi
Sidik kisəsinin xroniki obstruksiyası ilə prostat vəzinin genişlənməsi
Sidik kisəsinin irriqasiyası və damcılaması.
Sidik saxlanmazlığı olan və hərəkətsiz xəstələrə kateterizasiya tələb oluna bilər, lakin bunlar, ciddi göstərişlər deyil. Klinisist infeksiya riskini kateterin rahatlığı ilə balanslaşdırmalıdır.
Ağırlaşmalar
Kateterizasiyanın mümkünsüzlüyü: daha təcrübəli həkimə müraciət edin
Sidik yollarının infeksiyaları: kateteri kənarlaşdırın və yerli qaydalara müvafiq şəkildə antibiotiklər təyin edin
Qanaxma: kiçik qanaxma çox rast gələndir və adətən, öz-özünə dayanır; daha əhəmiyyətli uretral qanaxma olarsa, daha təcrübəli həkimə müraciət edin
Yanlış girişin əldə olunması: məcburi kateterizasiya kor sonluqlu girişin əmələ gəlməsi ilə nəticələnə bilər ki, bu da həqiqi sidik kanalının kateterizasiyasını çətinləşdirə və travmatik qanaxmaya səbəb ola bilər; kateterizasiya zamanı güc tətbiq etməkdən qaçınmaq lazımdır
Kateterin tutulması: laxta və ya digər tullantılarla tutula bilər. Kateterin aspirasiyası və ya steril su ilə yuyulması mənfəzini təmizləyə bilər; lakin vəziyyətinin dəyişməsinə ehtiyac yarana bilər. Əgər hematuriya və laxtaların ləngiməsi təkrarlanarsa, 3-kanallı kateter vasitəsilə irriqasiyaya ehtiyac yarana bilər.
Sağalmadansonrakı nəzarət
Sənədləşmə:
Xəstənin razılığını dəqiq sənədləşdirin. Həmçinin, balona tökdüyünüz suyun və qalıq sidiyin həcmini sənədləşdirin. İfraz olunan sidiyin rəngi və keyfiyyərini də qeyd etmək məqsədəuyğundur və prosedur zamanı baş verən hər hansı ağırlaşmanı qeyd edin.
Kateter çantası:
Kateterin uğurla yerləşdirilməsindən sonra onun adekvat drenaj olunduğuna və sidiyin toplanması üçün düzgün kisənin seçildiyinə əmin olun.
Sidik həcminin saatbasaat dəqiq ölçülməsi üçün urometr tələb oluna bilər.
Ambulator xəstə üçün ayaq kisəsi əlavəsi mövcuddur.
Kənarlaşdırma:
İnfeksiyanın qarşısını almaq üçün xəstənin kateterə olan ehtiyacı aradan qalxan kimi dərhal kateteri kənarlaşdırın. Kateteri çıxarmazdan əvvəl hava balonunu boşaldın.