Yeni müalicə üsulları

Eksperimental terapiyalar

Ebola virusu infeksiyası üçün eksperimental müalicələr işlənib hazırlanmaqdadır; baxmayaraq ki, onlar təhlükəsizlik və effektivlik baxımından tam şəklidə hələ sınaqdan keçirilməmişdir.[147][148][149] Bu sahə sürətlə inkişaf etdiyindən ən son Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) təlimatına müraciət edilməlidir. World Health Organization (WHO): Ebola R&D landscape of clinical candidates and trials external link opens in a new window ABŞ Qida və Dərman Administrasiyası (QDA) tibbi məhsulların işlənib hazırlanması və əlçatanlığını sürətləndirməyə kömək etmək üzrə çalışır. US Food and Drug Administration: Ebola response updates from FDA external link opens in a new window

rVSV-ZEBOV peyvəndi

rVSV-ZEBOV (həmçinin, rVSV-ZEBOV-GP və ya V920 kimi tanınır) 1 geni Ebola virusunun geni ilə əvəz edilmiş canlı zəiflədilmiş vezikulyar stomatit virusudur. I-ci faza sınaqları bu peyvəndin təhlükəsizliyini təsdiqləmişdir, baxmayaraq ki, oynaq ağrısının rast gələn, özünü məhdudlaşdıran mənfi təsir olduğu qeyd edilir.[150][151][152][153] STRIVE (Ebolaya qarşı Peyvəndi Tanıtmaq üçün Sierra Leon Sınağı) sınağı rVSV-ZEBOV peyvəndinin təhlükəsizliyi və effektivliyini qiymətləndirmək üçün II və III faza kliniki sınaq kompleksidir və peyvənd vurulan 7998 iştirakçıda Ebola xəstəlik hadisəsi qeydə alınmamışdır.[154] Qvineyada Ebola xəstəliyinə şübhə olan xəstələrin yaxınlarının tək əzələdaxili rVSV-ZEBOV dozası ilə peyvənd olunduğu açıq işarələnmiş, qrupda təsadüfi halqavarı vaksinasiya sınağı aparılmışdır. Müalicə qrupundakı xəstələr dərhal peyvənd olunmuş, nəzarət qrupunun üzvlərinin peyvəndi isə 21 gün gecikdirilmişdir. Tədqiqat rVSV-ZEBOV peyvəndinin qoruyucu təsirinin yüksək olduğunu aşkar etmişdir. Aralıq müalicə qrupunda təsadüfi bölünmədən 10 gün və ya daha uzun müddət sonra peyvənd olunmuş heç bir xəstə Ebola virusu infeksiyasına yoluxmamış; lakin müqayisə qrupundakı peyvənd olunmamış xəstələrdə meydana gəlmişdir.[155] Avropa Tibb Agentliyi tərəfindən peyvəndə PRIME statusu və QDA tərəfindən Yeni Müalicə üsulu statusları verilib. rVSV-ZEBOV Konqo Demokratik Respublikasında 2018-ci il alovlanmalarında istifadə olunmuşdur.[156][157]

Favipiravir

Əvvəllər T-705 kimi tanınan favipiravir eksperimental virus əleyhinə dərman kimi selektiv olaraq viruslu RNT-dən asılı RNT polimerazanı ləngidir. Qrip virusları, Qərbi Nil virusu, sarı qızdırma virusu, dabaq xəstəliyi virusu, həmçinin, digər flaviviruslar, arenaviruslar, bunyaviruslar və alfaviruslara qarşı fəaldır. Dərman Yaponiyada qrip pandemiyaları üçün hal-hazırda təsdiq olunmuşdur, lakin siçan modellərində Ebola virusuna qarşı effektiv olduğu aşkar edilmişdir.[158] Qvineyada insanlar üzərində aparılmış II-ci faza sınaqlarında qrip üçün istifadə olunan dozadan daha yüksək doza istifadə olunmuşdur. 2014-2015-ci illərdə Qvineyada aparılmış çoxmərkəzli qeyri-təsadüfi JIKI sınağı resursların qıtlığı şəraitində daha yüksək dozaya tolerantlığın yaxşı olduğunu, həmçinin, aşağı virus yükü olan xəsrələrdə potensial faydaları göstərmişdir.[159] Favipirivir Konqo Demokratik Respublikasında 2018-ci il alovlanmaları dövründə istifadə olunmuşdur.

Remdesivir (GS-5734)

Primat hüceyrə infeksiyası modellərində müxtəlif filoviruslara qarşı güclü aktivliyə malik adeninnukleotid analoqunun ilkin dərman formasıdır. İlkin tədqiqatlar Ebola virusuna yoluxmuş insana bənzəməyən primatlarda müalicə kimi mükəmməl effektivliyi nümayiş etdirmişdir.[160] Preparat sonralar meninqoensefalitlə müşayiət olunan Ebola virusunun remissiyası hallarında BK-da istifadə olunmuşdur. Xəstə preparatla bərabər yüksək dozalı kortikosteroidlərlə müşayiət olunan 14 günlük müalicədən sonra sağalmışdır. Gələcək tədqiqatlar üçün perspektiv agent olduğu görünür. Remdesivir Konqo Demokratik Respublikasında 2018-ci il alovlanmalarında istifadə olunmuşdur.

ZMapp

3 Ebola virusu qlikoprotein epitopuna yönəlmiş insan üçün adaptasiya olunmuş 3 monoklonal anticismin ekperimental kompleksi tütün bitkilərində ekspressiya üçün hazırlanmışdır.[147][161][162] ZMapp infeksiyadan 24-48 saat sonra insana bənzəməyən primatlara tətbiq olunduqda, qoruyucu olduğu aşkar edilmişdir. Digər tədqiqat göstərmişdir ki, infeksiyadan sonra 5 günə kimi müalicəyə başladıqda, dərman insana bənzəməyən primatları xilas etmək potensialına malik olmuşdur.[163] Liberiya, Sierra Leon, Qvineya və ABŞ-da 72 xəstə üzərində aparılmış təsadüfi nəzarətli sınaq göstərmişdir ki, ZMapp və hazırkı tibbi qayğı standartlarının birlikdə tətbiqi, tibbi qayğı standartlarının tək tətbiq olunduğu hallarla müqayisədə, daha faydalı olsa da, nəticələr əvvəlcədən müəyyən edilmiş effektivlik hədlərini qane etməmişdir və daha ətraflı tədqiqatlar aparılmalıdır.[164] Bu sınaqda təhlükəsizliklə əlaqəli problemlər qeydə alınmayıb və infuziya ilə əlaqədar yalnız bir ciddi yan təsir (hipertoniya) qeyd edilmişdir. ZMapp Konqo Demokratik Respublikasında 2018-ci il alovlanmalarında istifadə olunmuşdur. Ebola virusu qlikoproteininin müxtəlif epitoplarını hədəf alan üç monoklonal anticismin daha bir kombinasiyası olan REGN3470-3471-3479 xəstəliyin son alovlanması zamanı təsdiqlənmişdir.

mAb114

Zair ebolavirusu qlikoproteinini hədəf alan insan monoklonal IgG1 anticismi. Kikvitdəki (Konqo Demokratik Respublikası) 1995-ci il alovlanmasında sağ qalan insandan təcrid olunmuşdur və ABŞ-da Milli Səhiyyə İnstitutu tərəfindən tədqiq edilir; hal-hazırda ilk kliniki sınağın insanda aparılan I fazası onun təhlükəsizlik və dözümlülüyünü sınaqdan keçirməkdədir.[165] Tək doza şəklində yeridilir; lakin insanlarda təsiri ilə əlaqədar məlumatlar hələ mövcud deyil. mAb114 mərhəmətli istifadə əsasında Konqo Demokratik Respublikasında 2018-ci il alovlanmalarında istifadə olunmuşdur.

Digər peyvəndlər

İmmunogenliyi artırmaq üçün bir neçə immunizasiya rejimli ("praym-bust") stategiyadan istifadə edən və müxtəlif dozalar (Ad26-EBOV və MVA-EBOV) kimi tətbiq olunan 2 fərqli virus vektorunun istifadəsini cəlb edən peyvənd namizədi Birləşmiş Krallıqda I-ci faza kliniki sınaqlardan keçmişdir.[166][167] ChAd3-ZEBOV Ebola virus geni daxil edilmiş şimpanzedən əldə edilən adenovirus vektorudur. Təsadüfi, plasebo-nəzarətli II-ci faza sınağı aşkar etmişdir ki, ChAd3-ZEBOV və ya rVSV-ZEBOV ilə peyvəndə anticisim reaksiyası 1 ay ərzində aktiv peyvənd olunmuşların 71-84%-də və plasebo qəbul edənlərin 3%-də müşahidə olunmuşdur. Reaksiyalar, əsasən, 12 ay davam etmişdir.[168]

TKM-100802 (siRNA)

Həmçinin, TKM-Ebola kimi də tanınır. Ebola virusu RNT-si polimeraz-L-i hədəf alan, çarpaz reaksiya göstərən kiçik RNT-lər kompleksindən ibarətdir, lipid nano ölçülü hissəcikli texnologiya ilə hazırlanmışdır. İnsana bənzəməyən primatlarda qoruyucu olduğu müşahidə edilmişdir və dəniz donuzları və meymunlarda Marburq virusuna qarşı effektivdir.[161][169][170][171] ABŞ-da Qida və Dərman Administrasiyası (QDA) bu dərman vasitəsinin Yeni Dərman preparatlarının Qeydiyyatı (IND) çərçivəsində geniş istifadəsini təqdim etmişdir.[136][147] Lakin II-ci fazada 2015-ci ilin mart ayında Sierra Leonda başlanılmış birfazalı sınaq 19 xəstə qeydiyyatdan keçdikdən sonra kliniki effektivliyin çatışmazlığı səbəbi ilə 2015-ci ilin iyun ayında dayandırılmışdır.[172]

ZMab

Ebola virusunun qişalı qlikoproteinlərə qarşı istiqamət almış 3 monoklonal anticisimdən ibarət eksperimental məhsul, Kanada İctimai Səhiyyə Agentliyi vasitəsilə Milli Mikrobiologiya Laboratoriyası (Vinnipeq, Kanada) tərəfindən hazırlanmışdır. İstehsal və nəzarət praktikası standartlarını təmin etməmişdir, bəzi xəstələrdə xoş niyyətli təcrübi əsasda istifadə edilmişdir. Monoklonal anticisim preparatları ilə müalicədən sonra ölümün ləngiməsi müşahidə edilən primatlarda rezistent Ebola virusu mutantlarının sürətli əmələ gəlməsinə dair hesabatlar narahatlıqlar yaratmışdır ki, bu dərman vasitələri ilə müalicə olunan xəstələrin ətraflı nəzarətinin vacibliyi vurğulanmışdır.[173]

MIL-77

Çində məməli Çin dağsiçanı yumurtalığında hüceyrə nəsili kulturalarında hazırlanan 3 monoklonal anticisimdən ibarətdir. Bu eksperimental preparat sağ qalan iki britaniyalı xəstədə xoşniyyətli təcrübi əsasda istifadə edilmişdir.[174]

BCX-4430

Eksperimental adenozin analoqunun gəmiricilərdə Ebola virusuna qarşı fəal olduğu aşkar edilmişdir. Onun fəaliyyət mexanizminin viruslu RNT-dən asılı RNT polimerazanın inhibisiyasına görə baş verdiyi ehtimal edilir. Flaviviruslar, bunyaviruslar, arenaviruslar və paramiksoviruslara qarşı fəaldır. Dərmanın hətta infeksiyadan 48 saat sonra tətbiq olunarsa, insana bənzəməyən primatlar və gəmiricilərdə qoruyucu cəhətə malik olduğu müşahidə edilmişdir.[175] I faza təhlükəsizlik sınağı davam etdirilir.

FX06

Almaniyada ciddi şəkildə nasaz bir xəstəyə böyrək əvəzləyici terapiya və yüksək keyfiyyətli intensiv terapiyaya əlavə olaraq fibrindən əldə edilən peptid, 3 FX06 dozası müvəffəqiyyətli şəkildə verilmşdir.[113] Bu dərman hal-hazırda heyvan modellərində damardan mayenin axması sindromu müşahidə edilən sepsisə görə potensial əlavə müalicə kimi qiymətləndirilir. Həmçinin, insanlarda başlıca mənfi yan təsirlər müşahidə edilməyən kardioloji revaskularizasiyadan sonra reperfuziya zədələnməsinin qarşısının alınması üçün potensial müalicə kimi qiymətləndirilmişdir.[176][177] Dərman 2 xəstəyə xoş niyyətli istifadə əsasında verilmişdir; ancaq hələ heç bir nəticəyə gəlmək mümkün deyil.

AVI-7537

Dərman Ebola virusu VP24 geninə yönəlmiş antisens fosforodiamidat morfolino olqomerlərdən (PMO) ibarətdir. Yoluxmuş insana bənzəməyən primatlarda sağqalma faydasını təmin etdiyi müşahidə edilmişdir.[178] AVI-6002 2 PMO-dan (VP35 genini hədəf alan AV-7537 və AV-7539) ibarət eksperimental dərman vasitəsidir. AV-6002 I faza kliniki tədqiqatlardan keçmişdir.[136][147][179]

İnterferonlar

Keçmişdə interferonlardan istifadə edilmişdir, amma effektivliyi sübut olunmamışdır.[136] Bu günə qədər məhdud sayda xəstənin qeydiyyatı ilə II faza tədqiqatı davam etdirilir.

Brinsidofovir

Əvvəllər CMX-001 kimi tanınan brinsidofovir hal-hazırda sitomeqalovirus və adenovirusun müalicəsi üçün III faza sınaqlardan keçən virus əleyhinə ekperimental dərmandır. Ebola virusuna qarşı in vitro fəallıq da göstərir.[136][147][180] İstehsalçı elan etmişdir ki, Liberiyada infeksiyanın yeni xəstəlik hadisələrinin azalması səbəbi ilə bu dərman Ebolanın müalicəsi üçün dərmanların kliniki sınaqlarına daha daxil edilməyəcək və dərmana Ebolanın müalicəsində istifadə üçün üstünlük verilmişdir.[181]

Digər dərman preparatları

Digər xəstəliklər üçün istifadə edilən klomifen və xloroxin kimi terapevtik dərmanlar modellərdə insan hüceyrələri ilə Ebola virusunun qarşılıqlı əlaqələrini ləngidir, amma hal-hazırda heç bir sınaq qeydiyyatdan keçməmişdir. Amiodaronun filovirusun hüceyrəyə daxil olmasını ləngitdiyi müşahidə edilmişdir və Sierra Leonda bir müalicə müəssisəsində xoşniyyətli təcrübi əsasda istifadə edilmişdir.[148][182][183] Klomifen ilə və ya klomifensiz atorvastatin üstəgəl irbesartan Sierra Leonda bəzi xəstələrin müalicəsində istifadə edilmişdir; baxmayaraq ki, heç bir kliniki məlumatlar mövcud deyil. Aptamerlər (in vitro seçilən və yüksək bənzərlik və spesifiklik ilə geniş sayda nuklein və qeyri-nuklein turşusu molekullarına birləşmə potensialına malik DNT və ya RNT molekulları) Ebola virus infeksiyanın müalicəsində tədqiq olunmaqdadır.[184] Ebola virusu infeksiyasının kiçik molekullu inhibitorları da tədqiq olunur.[185] ÜST insana bənzəməyən primatlarda testdən keçirilmək üçün malyariya əleyhinə dərman - amodiaxini prioritetləşdirmişdir. Xüsusi olaraq formalaşdırılmış, eksperimental RNT kompleksi - rintatolimod heyvan modelində Ebolaya qarşı müsbət nəticələr göstərmişdir.

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.