Anemiya hemoqlobin (Hb) səviyyəsinin qadınlarda <120 q/l (<12 q/dl), kişilərdə isə <140 q/l (<14 q/dl), yaxud da böyüklərdə <125 q/l (<12,5 q/dl) olması kimi təyin edilir.[1]Report of WHO/UNICEF/UNU consultation on indicators and strategies for iron deficiency and anemia programmes. In: WHO/UNICEF/UNU consultation. Geneva, Switzerland: WHO; 1994.[2]Lee GR, Foerster J, Lukens J. Wintrobe's clinical hematology. 10th ed. Baltimore, MD: Lippincott, Williams & Wilkins; 1999.[3]Beutler E, Lichtman MA, Coller BS, et al. Williams hematology. 6th ed. New York, NY: McGraw-Hill; 2000. Ümumi terapiya təcrübəsində ən çox rast gələn hematoloji pozğunluqdur. Risk faktorlarına ekstremal yaşlar, qadın cinsi, laktasiya və hamiləlik aiddir. Dünyada ən çox rast gələn səbəbi dəmir defisitidir.[4]Brown RG. Anemia. In: Taylor RB, ed. Family medicine: principles and practice. 4th ed. New York, NY: Springer-Verlag; 1994:997-1005. Qanazlığı müalicəsiz qaldıqda, əhəmiyyətli xəstələnmə ilə müşahidə edilə bilər və çox vaxt digər daha ciddi bir xəstəliyin fonunda meydana çıxır.[5]Thein M, Ershler WB, Artz AS, et al. Diminished quality of life and physical function in community-dwelling elderly with anemia. Medicine (Baltimore). 2009;88:107-14.
http://www.ncbi.nlm.nih.gov/pubmed/19282701?tool=bestpractice.com
Qanazlığının hansı sürətlə yaranması onun ağırlıq dərəcəsi qədər əhəmiyyətlidir, belə ki, sürətli azalma orqanizmin kompensator mexanizmlərini tükədə bilər.
Patofiziologiya
Eritropoez sümük iliyində baş verir və bu prosesə stromal şəbəkə, sitokinlər və eritropoetin hormonu tərəfindən nəzarət edilir. Bir sıra differensiasiya mərhələlərinin baş verməsi nəticəsində retikulositlər (ribosomal şəbəkəsi intakt olan eritrositlər) yaranır. Retikulositlər qan dövranına buraxılmazdan əvvəl üç gün ərzində sümük iliyində qalır. Qan dövranında bir gün keçirdikdən sonra retikulositlər öz ribosom şəbəkəsini itirir və yetişmiş eritrositlərə çevrilir. Sonuncular da makrofaqlar tərəfindən qan dövranından çıxarılanadək burada 110-120 gün qalır. Sabit vəziyyətdə eritrositlərin sintezi ilə parçalanma sürəti eyni olur. Anemiya eritrositlərin sintez sürəti aşağı düşdükdə və parçalanma sürəti yüksəldikdə, baş verir.
Anemiyanın morfoloji təsnifatı
Kliniki cəhətdən ən məqsədəuyğun təsnifat sistemi orta korpuskulyar həcmə (OKH) əsaslanır.[6]Ginder GD. Microcytic and hypochromic anemias. In: Goldman L, Ausiello DA, eds. Cecil Medicine. 23rd ed. Philadelphia, PA: Saunders Elsevier; 2007: chapter 163.[7]Brill JR, Baumgardner DJ. Normocytic anemia. Am Fam Physician. 2000 Nov 15;62(10):2255-64.
http://www.aafp.org/afp/2000/1115/p2255.html
http://www.ncbi.nlm.nih.gov/pubmed/11126852?tool=bestpractice.com
[8]Davenport J. Macrocytic anemia. Am Fam Physician. 1996 Jan;53(1):155-62.
http://www.ncbi.nlm.nih.gov/pubmed/8546042?tool=bestpractice.com
Mikrositar (OKH <80 femtolitr [fl]).
[Figure caption and citation for the preceding image starts]: Mikrositar anemiyaDr. Robert Zaydenin kolleksiyasından; istifadəsinə icazə alınmışdır [Citation ends].
Normositar (OKH 80-100 femtolitr [fl]); bunun özü də retikulositlərin sayından asılı olaraq yarımqruplara təsnif edilir:
Hiperproliferativ (retikulositlərin sayı >2%): eritrositlərin parçalanma və ya məhv olma prosesinin intensivləşməsinə kompensator cavab olaraq dövran edən retikulositlərin sayı artır. Bunun əsasında, adətən, kəskin qanitirmə və ya hemoliz dayanır.
Hipoproliferativ (retikulositlərin sayı <2%): bunlar, başlıca olaraq eritrosit sintezinin azalmasının nəticəsidir və dövran edən retikulositlərin faizlə payı dəyişməz qalır.
Makrositar (OKH >100 femtolitr [fl]); özünün də yarımqrupları vardır:
Meqaloblastik: DNT sintezi və ya yetişmə pozğunluğudur, dövran edən qanda iri ölçülü yetişməmiş eritrositlərin (meqaloblastların) və hiperseqmentasiyalı neytrofillərin yaranması ilə nəticələnir.
Qeyri-meqaloblastik: normal DNT sintezi ilə gedən makrositar anemiyanın bütün digər səbəblərini əhatə edir. Burada meqaloblastlar və hiperseqmentasiyalı neytrofillər olmur.
[Figure caption and citation for the preceding image starts]: Meqaloblastik makrositar anemiyaDr. Robert Zaydenin kolleksiyasından; istifadəsinə icazə alınmışdır [Citation ends].
[Figure caption and citation for the preceding image starts]: Anemiyanın təsnifatı: eritrositlərin orta həcmi, orta korpuskulyar həcm; fL, femtolitrBMJ Knowledge Centre tərəfindən hazırlanmışdır [Citation ends].