İlkin profilaktika

Radiokontrast maddənin təsiri KBZ-yə səbəb ola bilər.[5]Buna baxmayaraq, assosiasiya ziddiyyətlidir, çünki populyasiya tədqiqatları riski təkrarlamır.[37][38][39]Kontrast maddə ilə induksiya olunan KBZ-nin profilakikasına dair dəlillər zəifdir və çox vaxt ziddiyyətlidir:

  • Belə hesab olunur ki, kontrastdan bir neçə saat əvvəl və sonra 1 ml/kq/saat fizioloji məhlulun yeridilməsi kontrast nefropatiyanın qarşısının alınması üçün faydalıdır.[54]Buna baxmayaraq, bir böyük tədqiqat kontrastla induksiya olunan nefropatiya riski olan xəstələrdə cari tövsiyələrə müvafiq üstünlüklər göstərməmişdir.[55]

  • Probukol, atrial natriuretik peptid və statinlərin yüksək dozaları kiçik tədqiqatlarda kontrastla induksiya olunan KBZ riskini azaltmışdır, lakin bu, eksperiment olaraq qalır.[56][57][58]

Kontrastın səbəb olduğu zədələnmənin profilaktikası üçün natrium bikarbonatın fizioloji məhluldan üstün olduğu az ehtimal olunur.[59][60]Kontrastın təsirindən əvvəl N-asetilsistein yeridilməsinin effektivliyini qiymətləndirən tədqiqatlar əhəmiyyətli fayda nümayiş etdirməmişdir və bu yanaşmadan imtina etmək lazımdır.[60][61]

Kardiocərrahiyyə zamanı müalicə:

  • Tac arteriyasının şuntlanması üzrə aparılan əməliyyat müddətində pulsasiyasız koronar ağciyər şuntunun isidilməsi zamanı natrium nitroprussidin yeridilməsi böyrəklərin funksiyasının yaxşılaşması ilə assosiasiya olunduğu nümayiş olunmuşdur.[62]

  • Kardiocərrahi şuntlama keçirmiş və müxtəlif formalarda terapiya qəbul edən 4605 xəstənin bir böyük meta-analizi belə nəticəyə gəlmişdir ki, fenoldopam, atrial natriuretik peptid və beyin natriuretik peptidi nefroproteksiya əlamətləri nümayiş etmişdir, baxmayaraq ki, onlardan heç biri bütün səbəblərdən ölüm göstəricisini azaltmamışdır.[63] Ümumi dəlillər əsasında bu müdaxilələri əsaslandırmaq çətindir.

  • Tac arteriyasının planlı şuntlanması, ürək klapanı üzərində əməliyyat və ya qalxan aorta üzərində əməliyyat keçirmiş xəstələrdə əməliyyatdan əvvəl atorvastatinin yüksək dozalarının effektini təhlil edən bir tədqiqat heç bir nəticə əldə edilməmişdir.[64] Analoji xəstə populyasiyasında əməliyyatdan əvvəl, plasebo ilə müqayisədə, rozuvastatin üçün təsadüfən seçilmiş xəstələr arasında daha çox KBZ hadisələri qeyd olunmuşdur.[65]

  • Ürək atımını yaxşılaşdırmaq üçün kalsium sensibilizatoru olan levosimendan, çox guman ki, ürək əməliyyatı keçirmiş xəstələrdə KBZ-nin qarşısını alır.[66][67]

  • Bir metaanalizin nəticələri göstərmişdir ki, tac arteriyasının şuntlanması üzrə əməliyyat keçirmiş yüksək riskli xəstələr üçün aortadaxili balon nasosunun istifadəsi əməliyyatdan sonrakı KBZ riskini azaldır.[68]

  • Tac arteriyasının nasosla şuntlanması ilə müqayisədə, nasosdankənar şuntlanma əməliyyatdan sonrakı KBZ riskini azaldır.[50]

İntensiv terapiya şöbəsindəki kritik vəziyyətdə olan xəstələr:

  • Xlorid tərkibli diuretiklərin venadaxili yeridilməsi strategiyasının kritik vəziyyətdə olan xəstələrdə KBZ-nin rast gəlmə tezliyini azaltması aydın deyil.[69][70]Daha geniş təsadüfi tədqiqatlar təcrübənin yaxşılaşdırılması üçün lazım olaraq qalır.[70]

Kəskin metabolik asidoz:

  • Bir tədqiqatda metabolik asidemiyanın korreksiyası üçün natrium bikarbonat infuziyası alan kritik vəziyyətdə olan KBZ xəstələrinin altqrupunda nəticənin yaxşılaşması və ölüm hallarının azalması haqqında məlumat verilmişdir.[71]Bununla yanaşı, ağır asidemiyalı kritik xəstələrdə natrium bikarbonat kliniki fayda ilə əlaqələndirilməmişdir.

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.