Monitorinq

Əgər funksiyanın bərpası bitmişdirsə və yumaqcıqların filtrasiya sürəti qalıq əlamətlər olmadan normal həddə qayıtmışdırsa, böyrəklərə gələcəkdə nəzarət tələb olunmur.

Əgər xəstədə KBZ-dən sonra xroniki böyrək xəstəliyi (XBX) qalıq olaraq müşahidə olunursa, XBX mərhələsinə istinad etməklə nefroloqun müdaxiləsi tövsiyə olunur.[128]

KDOQI Milli Böyrək fondunun təlimatları KBZ-dən sonra XBX olan xəstələrin idarə olunmasına dair tövsiyələri daxil edir.[129] Xroniki xarakterik böyrək xəstəliklərinin (məsələn, qlomerulonefrit və vaskulit) kortikosteroidlər, sitotoksik dərmanlar və immun-modifikasiyaedici preparatlar da daxil olmaqla, müalicəsinin idarə olunması üçün nefroloqun müdaxiləsi tələb olunur. Əlavə təsirlər və toksiklik ciddi müşahidə tələb edir.

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.