Yanaşma

KBZ "Böyrək xəstəliyi: ümumi nəticələrin yaxşılaşdırılması" KDİGO təyini kimi təsdiq olunmuş meyarlara müvafiq olaraq kəskin artan sidik çövhəri və kreatinin səviyyələri və ya davamlı oliquriya əsasında diaqnostika olunur.[1][3] KDİGO meyarları RIFLE (risk, zədələnmə, çatışmazlıq, böyrək funksiyasının itirilməsi və son mərhələ böyrək çatışmazlığı) və AKIN (kəskin böyrək zədələnməsi şəbəkəsi) meyarlarını vahid standartlaşdırılmış təyində birləşdirir.[4][72][73]

KBZ aşağıdakı meyarlardan hər hansı birinə rast gəlmə ilə diaqnostika olunur:[1]

  • 48 saat ərzində zərdab kreatininin ≥26,5 mkmol/l (≥0,3 mq/dl) olması; və ya

  • Məlum və ya ehtimal olunan son 7 gün ərzində zərdab kreatinin ilkin səviyyədən ≥1,5 qədər artması; və ya

  • 6 saat ərzində ifraz olunan sidiyin həcminin <0,5 ml/kq/saat olması.

Bundan sonra KBZ KDIGO, RIFLE və ya AKIN kimi təsnifatlardan istifadə etməklə ağırlıq meyarlarına müvafiq olaraq mərhələlərə ayrılır.[1][72][73]

Vəziyyət çox vaxt asimptomatik olur və yalnız laborator tədqiqatlarla diaqnostika olunur. Ümumi simptomlara ürəkbulanma və qusma aid ola bilər. Uremiya və mental statusun pozulması qeyd oluna bilər, lakin bu əlamətlər çox vaxt proqressiv KBZ və ya proqressivləşən xroniki böyrək xəstəliyində müşahidə olunur.

Travma və ya təkanverici xəstəliklər (məsələn, durğun ürək çatışmazlığı, xroniki böyrək xəstəliyi, diabet, periferik damar xəstəliyi və sistemli qırmızı qurdeşənəyi, sklerodermiya və vaskulit kimi birləşdirici toxuma xəstəlikləri) anamnezi qeyd oluna bilər. Bir neçə qrup KBZ üçün risklərin qiymətləndirilməsini dərc etmişdir və onlar növbəti tədqiqatlarda müxtəlif çür təsdiqlənmişdir.[51][74][75]

Prerenal çatışmazlıq anamnezi

Xəstələrin anamnezində qanaxma səbəbindən həddindən artıq maye itkisi, mədə-bağırsaq yollarında narahatlıq (qusma, ishal) və ya tərləmə ilə baş verə bilər. Hospitalizasiya olunmuş xəstələrdə, xüsusilə enteral maye qəbulu məhduddursa, əvəzləyici mayenin miqdarı cari və cüzi itkiləri əvəz etmək üçün yetərli olmaya bilər.

Anamnezdə sepsis, yanıqlar, mədə-bağırsaq əməliyyatları və ya pankreatit ola bilər.

Xəstələrdə hipovolemiya simptomları müşahidə oluna bilər: susamaq, başgicəllənmə, taxikardiya, oliquriya və ya anuriya. İnkişaf etmiş ürək çatışmazlığı olduqda, ortopnoye və paroksizmal gecə təngnəfəsliyi əmələ gələ bilər.

Anadangəlmə böyrək xəstəliyi anamnezi

Bir qayda olaraq, xəstələrdə ağır infeksiya, nefrotoksik dərman təsiri və ya irihəcmli əməliyyatdan sonra kəskin tubulyar nekroz (KTN) müşahidə olunur. Xəstənin anamnezində səpgi, hematuriya və ya hipertoniya ilə ödem ola bilər ki, bu da nefritik sindrom və kəskin qlomerulonefrit və ya böyrək vaskulitindən xəbər verir. Ola bilsin ki, KBZ-dən bir qədər əvvəl vaskulyar müdaxilə aparılmışdır ki, bu da xolesterin emboliyası və ya kontrastla induksiya olunan zədələnməyə gətirib çıxarmışdır. Çoxsaylı miyeloma kimi miyeloproliferativ pozğunluq anamnezi, xüsusilə həcmin itirilməsi qeyd olunan xəstələrdə, KBZ-yə şərait yarada bilər.

Potensial nefrotoksinlərin hər hansı təsirini təyin etmək üçün bütün mövcud olan dərman preparatlarının və istənilən radioloji tədqiqatların tarixçəsini öyrənmək vacibdir. Asiklovir, metotreksat, triamteren, indinavir və ya sulfonamidlər kristallar əmələ gətirərək, tubulyar obstruksiyaya səbəb olurlar. Qeyri-steroid iltihab əleyhinə preparatlar (QSİƏP-lər) və simpatomimetiklər kimi reseptsiz buraxılan dərmanlar çox vaxt nəzərdən qaçırılır[76] və xəstələr mütləq onların istifadəsi haqqında sorğu-sual olunmalıdırlar. Allergik interstitsial nefritdən QSİƏP və ya beta-laktam antibiotiklərin təzəlikcə qəbulu anamnezi qeyd olunan xəstələrdə şübhələnmək olar. Nəzərə alınmalı digər maddələrə hallüsinogenlər və "vanna üçün duzlar" aiddir.[77]

Əzələ həssaslığı, qıcolmalar, narkomaniya və ya alkoqolizm, həddindən çox fiziki məşqlər və ya ətrafların işemiyası (məsələn, əzilmə) olan xəstələrdə rabdomiolizin səbəb olduğu piqment-əlaqəli KBZ-dən şübhələnmək lazımdır.

Postrenal çatışmazlıq anamnezi

Postrenal çatışmazlıq çox vaxt prostat vəzinin obstruksiyası qeyd olunan ahıl yaşlı kişilərdə rast gəlir. Çox vaxt təcililik, tezlik və ya qərarsızlıq anamnezi mövcud olur.

Bədxassəli törəmə, prostatizm, böyrək daşı xəstəliyi və ya keçirilmiş cərrahiyyə anamnezi obstruksiya diaqnozuna müvafiq ola bilər. Böyrək daşları və ya papilyar nekrozla əmələ gələn obstruksiya, adətən, beldə ağrı və hematuriya ilə müşayiət olunur.

Fiziki müayinə

Hipotoniya, hipertoniya, ağciyərlərin ödemi və ya periferik ödemlər müşahidə oluna bilər. Uremiya qeyd olunan zaman asteriks və ya psixi statusun pozulması müşahidə oluna bilər.

Maye itkisi, sepsis və ya pankreatiti olan xəstələr qan dövranı pozğunluqlarının digər əlamətləri ilə yanaşı hipotoniyaya malik ola bilərlər.

Qlomerulyar xəstəliyi olan şəxslərdə, adətən, hipertoniya və ödemlər, proteinuriya və mikroskopik hematuriya (böyrək sindromu) qeyd olunur.

Səpgi, petexiya və ya ekximozların olması vaskulit, trombotik mikroangiopatiya və ya qlomerulonefrit kimi əsas sistemli xəstəliyə işarə edə bilər.

KTN müşahidə olunan xəstələr hemorragiya, sepsis, dərman dozalarının aşılması, cərrahi müdaxilə, ürək dayanması və ya hipotoniya və uzunmüddətli böyrək işemiyası ilə əlaqəli digər vəziyyətlərdən sonra qeyd oluna bilərlər.

Abdominal küyün olması renovaskulyar xəstəliyi dəstəkləyir.

Prostat vəzinin obstruksiyası qeyd olunan xəstələrdə sidik kisəsinin dolması nəticəsində qarında gərginlik müşahidə oluna bilər.

İlkin müayinələr

İlkin tədqiqat əsas metabolik profil (sidik cövhəri və kreatinin), venoz qanın qaz tərkibi, qanın ümumi müayinəsi, sidiyin ümumi müayinəsi və kulturası, sidiyin kimyəvi müayinəsi (natrium və sidik çövhərinin fraksiyalı ekskresiyası üçün), böyrəklərin ultrasəs müayinəsi (anamnez və müayinəyə görə tələb olunduqda), döş qəfəsinin rentgeni və EKQ-dən ibarət olmalıdır. Sidiyin osmolyarlığının təyininə nadir hallarda göstəriş olur, lakin əgər o, yuxarıdırsa, prerenal azotemiyaya işarə edir (kontrast maddələr olmadıqda). Kəskin interstitsial nefrit üçün eozinofillərin miqdarı aşağı həssaslıq və spesifikliyə malikdir, lakin piuriyası olan xəstələr üçün faydalı ola bilər.[78]

Döş qəfəsinin rentgen müayinəsində kardiomeqaliya və ya ağciyər ödemi aşkar oluna bilər.

Hiperkaliemiya olduqda, EKQ-də aritmiya müşahidə oluna bilər.

Əgər ultrasəs müayinəsi dərhal sidik kisəsinin obstruksiyasını istisna edə bilmirsə, bütün KBZ hadisələrində sidik kisəsinin kateterizasiyası aparılmalıdır. Bu, sidik kisəsi boynunun obstruksiyası üçün qalıq sidiyin qiymətləndirilməsi və müayinə üçün nümunə toplanmasına əlavə olaraq diaqnostik və terapevtik əhəmiyyətə malikdir.

Zərdabda sidik cövhərinin kreatininə ≥20:1 olan nisbəti prerenal azotemiya diaqnozunu təsdiq edir, lakin sidik cövhəri səviyyəsinin yüksəlməsinin digər səbəblərini istisna etmək lazımdır (məsələn, dərmanla induksiya olunan artım və ya mədə-bağırsaq qanaxması).

Natriumun fraksiyalı ekskresiyası (FENa) <1% prerenal azotemiyaya işarə edir, lakin həm də qlomerulonefrit, hepatorenal sindrom və bəzi obstruksiya hadisələri və tubulyar funksiya dəyişməz qalarsa, hətta KTN zamanı da müşahidə oluna bilər. FENa aşağdakı kimi hesablanır: (sidikdə natrium х zərdab kreatinin)/(zərdabda natrium х sidik kreatinin) х 100%.[ Natriumun fraksiyalı ekskresiyası (BV) ]

Sidik cövhərinin fraksiyalı ekskresiyası <35% prerenal azotemiya diaqnozunu təsdiq edir və əgər xəstədə diuretik təsir olmuşdursa, faydalıdır. Sidik cövhərinin fraksiyalı ekskresiyası aşağıdakı kimi hesablanır: (sidikdə sidik cövhəri х zərdab kreatinin)/(zərdabda sidik cövhəri х sidik kreatinini) х 100%. Fractional excretion of urea: calculator external link opens in a new window

Maye yeridilməsi kristalloid və ya kolloid vasitəsilə (lakin hidroksietil nişasta deyil) aparıla bilər və o, prerenal azotemiya zamanı həm diaqnostik, həm də terapevtikdir, əgər böyrək funksiyası tez yaxşılaşırsa.

Prerenal azotemiya zamanı sidiyin yüksək osmolyarlığı (və ya sidiyin yüksək xalis çəkisi) normal tubulyar funksiyanı və hipovolemiya zamanı antidiuretik hormona qarşı reaksiyanı dəstəkləyir. Sidikdə <20 mmol/l (20 mq-ekv/l) natrium konsentrasiyası natriumun kəskin ləngiməsinin təsdiqidir və böyrək hipoperfuziyası/prerenal azotemiya zamanı müşahidə olunur. Sidikdə natriumun yüksək miqdarı çox vaxt KTN zamanı müşahidə olunur, lakin bu, diaqnostika üçün istisna təşkil edir. Sidiyin osmolyarlığı radiokontrast maddələr və mannitola görə çox yüksək ola bilər.

Sidikdə 5-7%-dən artıq eozinofil səviyyəsi interstitsial nefriti dəstəkləyir, lakin diaqnostika etmir.

Əgər KBZ-nin səbəbi aşkar olunmazsa, obstruktiv səbəblərin qiymətləndirilməsinə yardım etmək məqsədilə böyrəklərin ultrasəs müayinəsi təyin olunur. Bu, həmçinin, əsas xroniki böyrək xəstəliyinin diaqnostikası üçün də faydalıdır.

Növbəti müayinələr

Kompüter tomoqrafiyası və ya maqnit rezonans tomoqrafiya ultrasəs müayinəsində ehtimal olunan obstruksiyanın (məsələn, hər hansı kütlə və ya daşlar) növbəti qiymətləndirilməsi üçün tələb oluna bilər.

Böyrək axınının nüvə skanı böyrək perfuziyası və funksiyasını qiymətləndirə bilər və böyrək arteriyasının stenozunu qiymətləndirmək üçün kaptopril və ya müəyyən mexaniki obstruksiya aydın olmadıqda, yüngül hidronefroz hadisələrində obstruksiyanın qiymətləndirilməsi üçün furosemid preparatlarının istifadəsi ilə modifikasiya oluna bilər.

Sidik axarının stenozuna şübhə olduqda, sistoskopiya və ya anamnezdə autoimmun, vaskulyar, infeksion və ya qlomerulonefritə şübhə olduqda, mürəkkəb immun xəstəliklər varsa, seroloji qiymətləndirmə (məsələn, anti-streptolizin О, eritrositlərin çökmə sürəti, nüvə əleyhinə anticisimlər, anti-DNT, komplement, anti-qlomerulyar bazal membran anticisimləri,anti-neytrofil sitoplazma anticisimləri, kəskin hepatit profili, İİV və krioqlobulinlər testi) ilə sonrakı diaqnostik testlər KBZ-nin şübhəli olan səbəbləri zamanı təyin oluna bilər. Yeni zərdab və sidik biomarkerləri KBZ-nin diaqnostikası və KBZ-dən sonra ölüm proqnozu üçün faydalı göstəricilər kimi potensiala malikdir;[79][80][81]lakin onların kliniki faydasını müəyyən etmək üçün növbəti tədqiqatların aparılmasına ehtiyac var.[82][83][84][85][86][87]

Diaqnoz aydın olmadıqda və ya anamnez, fiziki müayinə və digər tədqiqatlar etioloji amil kimi sistemli xəstəlikdən şübhələndikdə, KBZ-nin növbəti qiymətləndirilməsi üçün böyrəklərin biopsiyası aparılmalıdır.

Biopsiya kəskin tubulyar nekrozu təsdiq edə bilər, lakin bu vəziyyət üçün nadir hallarda istifadə olunur.


Venepunksiya və flebotomiyanın animasiyalı nümayişiVenepunksiya və flebotomiyanın animasiyalı nümayişi

EKQ-nin animasiyalı nümayişiEKQ-nin animasiyalı nümayişi

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.