Meyarlar

Böyrək xəstəliyi: Qlobal Nəticələrin Yaxşılaşdırılması (KDIGO) - təyin meyarları[1]

Aşağıdakılardan hər hansı:

  • 48 saat ərzində zərdab kreatininin ≥26,5 mkmol/l (≥0,3 mq/dl) olması; və ya

  • Məlum və ya ehtimal olunan son 7 gün ərzində zərdab kreatinin ilkin səviyyədən ≥1,5 qədər artması; və ya

  • 6 saat ərzində ifraz olunan sidiyin həcminin <0,5 ml/kq/saat olması.

Böyrək xəstəliyi: Qlobal Nəticələrin Yaxşılaşdırılması (KDIGO) - ağırlıq meyarları[1]

  • Mərhələ 1

    • Zərdab kreatinin ilkin səviyyədən 1,5-1,9 dəfə yüksək; və ya

    • Zərdab kreatinin səviyyəsinin ≥26,5 mkmol/l (≥0,3 mq/dl) yüksəlməsi; və ya

    • Sidik ifrazının bədən çəkisinə görə 6-12 saat ərzində <0,5 ml/kq/saat olması

  • Mərhələ 2

    • Kreatinin 2,0-2,9 dəfə yüksəlmiş; və ya

    • Sidik ifrazı 12 saat ərzində <0,5 ml/kq/saat

  • Mərhələ 3

    • Kreatinin 3,0 dəfə yüksəlmiş; və ya

    • Kreatininin ≥353,6 mkmol/l (≥4,0 mq/dl) qədər yüksəlmiş; və ya

    • Böyrək əvəzedici terapiyanın başlanması; və ya

    • Sidik ifrazı 24 saat ərzində <0,3 ml/kq/saat VƏ YA 12 saat ərzində anuriya.

RIFLE (Risk, Zədələnmə, Çatışmazlıq, Böyrək Funksiyasının itirilməsi və Son mərhələ Böyrək Xəstəliyi) konsensus meyarları[72]

Laborator test böyrək klirensinin azalmasına göstərir.

Ağırlıq qrupları aşağıdakı kimidir:

  • Riskin göstəriciləri:

    • Zərdab kreatini 1,5 dəfə yüksəlmiş; və ya

    • Sidik ifrazı 6 saat ərzində <0,5 ml/kq bədən çəkisi.

  • Zədələnmə indikatoru:

    • Kreatinin 2,0 dəfə yüksəlmiş; və ya

    • Sidik ifrazı 12 saat ərzində <0,5 ml/kq.

  • Çatışmazlıq göstəriciləri:

    • Kreatinin 3,0 dəfə yüksəlmiş; və ya

    • Sidik ifrazı 24 saat ərzində <0,3 ml/kq və ya 12 saat ərzində anuriya.

  • İtirilmənin göstəricisi:

    • 4 həftədən çox müddət ərzində davamlı KBZ; böyrək funksiyasının tam itirilməsi.

  • Son Mərhələ Böyrək Xəstəliyinin göstəricisi:

    • ESRD (>3 ay itirilmə).

Milli Səhiyyə və Tibb Xidmətinin Keyfiyyətli Təşkili İnstitutu: kəskin böyrək zədələnməsinin aşkarlanması[3]

Aşağıdakı meyarlardan hər hansını istifadə edərək, RIFLE, Acute Kidney Injury Network (AKIN) və ya KDIGO təyinlərinə müvafiq olaraq, KBZ-ni təyin edin:

  • Zərdab kreatinin səviyyəsinin 48 saat ərzində 26 mkmol/l (0,3 mq/dl) və ya daha yüksək səviyyəyə artması; və ya

  • Məlum və ya ehtimal olunan son 7 gün ərzində zərdab kreatinin səviyyəsinin 50% və daha çox yüksəlməsi; və ya

  • Böyüklərdə son 6 saat ərzində, uşaq və yeniyetmələrdə isə son 8 saat ərzində sidik ifrazının <0,5 ml/kq/saat olması; və ya

  • Son 7 gün ərzində uşaq və yeniyetmələrdə eYFS-in 25% və daha çox aşağı olması.

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.