Maarifləndirmə

Çox vaxt kəskinləşmə haqqında xəstələr tərəfindən məlumatvermə zəif olur.[290] Tibb müəssisəsinə müayinəyə gələrkən xəstədən müntəzəm olaraq simptomların intensivləşməsi haqqında soruşulmalı və onlar simptomların gözlənilən gündəlik variasiyası, "təngnəfəslik böhranı"nın əlamətləri (dinamik hiperinflyasiya ilə əlaqədar) və AXOX kəskinləşməsinin kardinal simptomları barədə məlumatlandırılmalıdırlar. "Təngnəfəslik böhranı" AXOX-un irəliləmiş və həyat fəaliyyətlərini məhdudlaşdıran mərhələlərində sakitlik vəziyyətində tənəffüs aktı zamanı meydana çıxan davamlı və ağır dərəcəli diskomfort hissi kimi müəyyən edilir.[291]

Xəstəyə hərarət, tənəffüs sistemi göstəricilərinin pisləşməsi (gündəlik variasiya ilə müqayisədə) və/və ya irinli bəlğəm ifrazında əhəmiyyətli artım müşahidə olunarsa, həkimlə əlaqə saxlamaq tövsiyə olunmalıdır. Sistemli kortikosteroidlər təyin olunarsa və xəstə şəkərli diabet xəstəsi olarsa, o, qanda qlükozanın miqdarına diqqətlə nəzarət etməli və ona, nəzərdə tutulmuş intervaldan kənar göstərici müşahidə olunduğu təqdirdə müalicə həkimi ilə əlaqə saxlamaq tövsiyə edilməlidir. Antibiotik təyin olunarsa, ishal baş verdiyi təqdirdə xəstəyə müailcə həkimi ilə əlaqə saxlaması barədə məlumat verilməlidir, belə ki, antibiotiklərlə əlaqədar kolit (Clostridium difficile tərəfindən törədilə bilər) antibiotik preparatlarının qəbul edilmiş ağırlaşmasıdır.

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.