Monitorinq

AXOX kəskinləşməsi baş verən xəstələr müvafiq əlamətlərdə davamlı yaxşılaşma əldə edilməsi və nəticə etibarilə onların tam aradan qaldırılması məqsədilə sıx müşahidə altında saxlanılmalıdırlar. Mümkün olduqda AXOX kəskinləşməsi ilə əlaqədar hospitalizasiya olunmuş xəstə evə yazıldıqdan sonra 30 gün ərzində müalicə həkimi tərəfindən kontrol müayinə edilməlidir.[289] AXOX xəstəsi ilkin sağlamlıq vəziyyətinə tez bir zamanda qayıda bilmədikdə, həkim həmin xəstə üçün nəzərdə tutulmuş fərdi təyinata dəyişiklik edilməsi ehtimalını diqqətdə saxlamalıdır. Xəstələrin dərman təyinatına komplaentliklə bağlı maarifləndirilməsi və müvafiq peyvəndlərin vurulması (məs., qrip, pnevmokok) barədə məlumat verilməsi vacibdir.

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.