Aparılan müayinələr

Aparılacaq əsas laborator müayinələr

Müayinə
Nəticə
Müayinə

Əgər mümkün olarsa, AXOX kəskinləşməsinə şübhə olan bütün xəstələrdə aparılması tövsiyə edilir. Həyat əlamətləri haqqında məlumat götürüldükdən sonra icra olunmalıdır. Kəskinləşmə epizodu zamanı çox vaxt SaO2 həmin xəstə üçün ilkin səviyyə hesab edilən göstəricidən aşağı düşür və əgər <90% təşkil edərsə, əlavə oksigen verilməsi və arterial qanın qaz tərkibinin yoxlanılması nəzərdə tutulmalıdır.

Nəticə

fərdi ilkin səviyyə ilə müqayisədə azalır

Müayinə
Nəticə
Müayinə

Nadir hallarda diaqnostik əhəmiyyətə malikdir. Aparılmasında əsas məqsəd digər diaqnozların inkar edilməsidir. Xəstəliyin orta və ya ağır dərəcəli formalarında, eləcə də, pnevmoniya və ya digər potensial diaqnozların (məs., pnevmotoraks, durğunluq mənşəli ürək çatışmazlığı, plevra boşluğuna maye toplanması) nəzərdən keçirildiyi hallarda döş qəfəsinin rentgenoqrafiyası aparılmalıdır.

Nəticə

hiperinflyasiya, diafraqmanın hamarlaşması, döş sümüyüarxası hava boşluğunun artması, bullalar və ürəyin kiçilərək şaquli mövqe alması

Müayinə
Nəticə
Müayinə

AXOX xəstələrində ürək-damar patologiyası tez-tez rast gəlir.[179] Bundan əlavə, əgər döş qəfəsində sıxılma və ya diskomfort müşahidə olunarsa, miokard infarktı və ya pnevmotoraks ehtimalı da nəzərdən qaçırılmamalıdır. AXOX xəstələrində ürəyin işemiyası və/və ya aritmiyaların inkişafı riski nisbətən yüksəkdir ki, bu hallar da təngnəfəsliyə gətirib çıxara bilər.


EKQ-nin animasiyalı nümayişiEKQ-nin animasiyalı nümayişi

Nəticə

ürəyin sağ yarısının dilatasiyası, aritmiya, işemiya aşkar oluna bilər

Müayinə
Nəticə
Müayinə

AXOX-un orta və ya ağır kəskinləşməsi zamanı xroniki hiperkapniyanın müəyyən olunması və kəskin respirator asidozun qiymətləndirilməsi üçün arterial qanın qaz tərkibi yoxlanılmalıdır. Alınmış nəticələrin arterial qanın ilkin qaz tərkibi ilə müqayisə edilməsi (mümkün olduğu hallarda) mühümdür. Kəskin respirator asidoz yaxınlaşmaqda olan tənəffüs çatışmazlığının əlaməti ola bilər. Qanda qazların yoxlanılması üçün venoz qandan nümunə götürülməsi etibarlı alternativ üsul hesab edilmir.[180]

PaO2-nin <60 mm.c.süt. təşkil etməsi potensial tənəffüs çatışmazlığının göstəricisidir. PaO2 <50 mm.c.süt., PaCO2 ≥45 mm.c.süt. və ya pH <7,35 olması intensiv terapiya və süni ventilyasiyanın başlanmasını tələb edən həyat üçün potensial təhlükə törədən xəstəliyə işarə edir.[181]

Nəticə

respirator asidoz və kompensator metabolik alkaloz

Müayinə
Nəticə
Müayinə

İnfeksiya və ya qanazlığı kimi yanaşı patologiyalara şübhə yaradan pozğunluqların aşkarlanması məqsədi ilə orta və ya ağır kəskinləşmədə nəzərdə tutulmalıdır.

Nəticə

hematokrit və leykositlərin sayı arta və anemiya əlamətləri müşahidə oluna bilər

Müayinə
Nəticə
Müayinə

Orta və ağır kəskinləşmələrdə nəzərdə tutulmalıdır. Patoloji nəticələr digər tibbi pozğunluqlardan xəbər verə bilər. AXOX kəskinləşməsi zamanı peroral qida qəbulu azala və hipovolemiya baş verə bilər.

Nəticə

adətən, normal

Nəzərə alınmalı müayinələr

Müayinə
Nəticə
Müayinə

Ağır formalarda və əgər hospitalizasiya nəzərdə tutularsa, prosesə təkan vermiş potensial bakterial patogenlərin qiymətləndirilməsi üçün bəlğəm əkilməli və bəlğəm yaxması Qram üsulu ilə boyanaraq, mikroskopiya edilməlidir.

Nəticə

bakterial infeksiyanı göstərə bilər

Müayinə
Nəticə
Müayinə

Ağır formalarda və əgər hospitalizasiya nəzərdə tutularsa, həm müalicəsi mümkün olan törədicilərin (məs., qrip virusu) aşkar edilməsi, həm də hospitalizasiya hallarında infeksiyaya genişləndirilmiş nəzarət tədbirlərinin icrasına olan zərurətin qiymətləndirilməsi üçün respirator virusların laborator müayinəsi aparılmalıdır (mümkün olduğu hallarda).

Nəticə

virus infeksiyasını təsdiq edə bilər

Müayinə
Nəticə
Müayinə

Ürək troponininin miqdarı AXOX kəskinləşməsi zamanı gizli miokard infarkı nəticəsində arta bilər. Bu artım ölüm göstəricisinin də artması ilə assosiasiya edilir.[182]

Nəticə

ürək əzələsində zədələnmə yoxdursa, patoloji nəticə göstərmir.

Müayinə
Nəticə
Müayinə

Əgər döş qəfəsinin standart rentgenoqrafiyasından sonra diaqnoz və respirator dekompensasiyanın səbəbi qeyri-müəyyən olaraq qalarsa, alternativ diaqnozların, xüsusilə də, ağciyər arteriyasının emboliyasının inkar edilməsi üçün aparıla bilər.

Nəticə

pnevmoniya, plevrit, bədxassəli patologiya və ya ağciyər arteriyasının emboliyası yoxdursa, nəticələri normaldır

Yeni yaranan müayinələr

Müayinə
Nəticə
Müayinə

Bakterial infeksiyalar zamanı diaqnostikanın perspektivli biomarkeri hesab edilir, cünki o, bir qayda olaraq, ağır bakterial infeksiyalar zamanı yüksəlir, virus infeksiyalarında isə aşağı olur. ABŞ-ın Qida və Dərmanlara nəzarət Agentliyi prokalsitonini tənəffüs yollarının kəskin infeksiyaları olan xəstələrin antibakterial terapiyasının istiqamətləndirilməsi testi kimi qəbul edib. Tənəffüs yollarının kəskin infeksiyaları olan xəstələrin antibiotiklərlə müalicəsinin idarə olunmasında prokalsitonin istifadəsinin Koxreyn icmalı göstərmişdir ki, prokalsitonin AXOX-un kəskinləşməsi daxil olmaqla, bütün xəstələrdə ölüm riskini azaltmış və antibiotiklərdən istifadənin və bununla bağlı yan təsirlərin azalmasına səbəb olmuşdur.[175]Onun kliniki təcrübədə istifadəsinin təsis edilməsi üçün növbəti tədqiqatlar aparılmalıdır.

Nəticə

artmış ola bilər

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.