Anamnez və fiziki müayinə

Əsas diaqnostik faktorlar

Kəskinləşmə zamanı, adətən, təngnəfəslik dərəcəsinin gündəlik variasiya həddi ilə müqayisədə davamlı şəkildə artması müşahidə edilir.[11]

Tez-tez öskürəyin xarakter və tezliyində dəyişiklik qeydə alınır.[11] Bu dəyişiklik xəstənin gündəlik tipik öskürəyinin variasiya çərçivəsindən kənara çıxmalıdır.[1]

Bütün AXOX xəstələrində nəfəsvermə zamanı havanın ağciyərlərdən xaric olunması çətinləşir və bu fitverici tənəffüslə nəticələnir. Kəskinləşmə müşahidə olunan xəstələrdə fitverici tənəffüs daha qabarıq nəzərə çarpa və nəfəsvermə fazasının uzanması müşahidə edilə bilər. Lakin fitverici tənəffüs bir çox xəstələrdə qeyd edilmir.

Tez-tez bəlğəmin həcmi, xarakteri (qatılığı, rəngi) və ya bunların hər ikisinin dəyişməsi aşkar olunur. Belə görünür ki, irinli bəlğəm bakteriyanın yüksək konsentrasiyada olduğunu göstərən həm həssas, həm də spesifik əlamətdir və antibiotik terapiyasının ən optimal seçim olduğu xəstə qruplarının identifikasiyasına kömək edə bilər.[177][178]

Taxipnoe tez-tez rast gəlir və ağır dərəcəli ola bilər. Xəstədə tənəffüs çatışmazlığı əlamətlərinə nəzarət vacibdir.

Yaxınlaşmaqda olan tənəffüs çatışmazlığının mümkün əlamətidir.

Digər diaqnostik faktorlar

Differensial diaqnozlar arasında nəzərdən keçirilən digər kəskin patologiyanın mövcud olma ehtimalını qiymətləndirmək üçün anamnezdə AXOX və ya digər xəstəliklərin olub-olmamasına diqqət edilməlidir. Anamnezində son bir il ərzində iki və ya daha artıq kəskinləşməsi olmuş və ya kəskinləşmə ilə əlaqədar hospitalizasiyası olmuş xəstələr növbəti kəskinləşmənin baş verməsi üzrə yüksək risk qrupu hesab edilirlər.[1]

Xəstənin anamnezində tütün tüstüsünə əhəmiyyətli dərəcədə məruzqalmanın olub-olmaması və xəstənin hazırda siqaret çəkib-çəkmədiyini müəyyən etmək vacibdir.

Xəstənin anamnezində qıcqırma, ağızda acı dad, qida qəbulundan sonra öskürək və ya boğulma, diafraqmanın qida borusu dəliyinin yırtığı, qastroezofaqal reflyuks və/və ya disfagiyanın olub-olmamasını müəyyən etmək vacibdir.[65][66] Lakin hətta xəstədə qastroezofaqal reflyuksun yuxarıda qeyd edilən tipik əlamətləri olmadıqda belə, kəsinləşmə residivlərinin potensial səbəbi kimi bu patologiya nəzərdə saxlanılmalıdır.

Reflyuksun müalicəsinin AXOX kəskinləşmələrində yaxşılaşmaya səbəb olub-olmadığına dair heç bir tədqiqat məlumatı yoxdur.

Bu əlamətlər, eləcə də, yuxusuzluq, fiziki fəallığın azalması və iştahasızlıq kimi digər əlamətlər AXOX kəskinləşməsi zamanı tez-tez rast gəlir.[173][176]

Qeyd edilən simptomlar xəstənin həyat keyfiyyətinə əhəmiyyətli təsirə malik olsa da, kəskinləşmə diaqnozunun qoyulması üçün, adətən, onlara istinad edilmir.

Bu hal ağciyərlərdə hava axınının məhdudlaşması və döş qəfəsində hiperinflyasiya ilə izah olunur.[14] Lakin əgər döş qəfəsində nəzərəçarpan sıxılma və ya diskomfort müşahidə olunarsa miokard infarktı və ya pnevmotoraks ehtimalı da nəzərdən qaçırılmamalıdır.

Bu hal kəskinləşmə nəticəsində induksiya olunan hipoksemiya ilə əlaqədar hipoksik vazokonstriksiya ilə izah edilir. Nəticədə ağciyərlərin damar müqaviməti və/və ya ağciyər arteriyasında təzyiqin artması kəskin sağ ürək çatışmazlığının inkişafına gətirib çıxarır. Vidaci venanın təzyiqinin artması, hepatoyuqular reflyuks, periferik ödem və nisbi hipotoniya mümkündür.

Xəstənin anamnezində his (məsələn, odun hisi), toz və/və ya digər çirkləndiricilərlə təmasın olub-olmadığı təyin edilməlidir.

Yuxululuq, sayıqlama və/və ya şəxsiyyət dəyişikliklərini də əhatə edir.

Bakterial infeksiya əlamətləri (bəlğəmin irinləməsi və/və ya həcminin artması əsasında) antibiotik terapiyası üçün göstərişləri təşkil edir.[1] Ümumiyyətlə, kəskinləşmə hallarının <50%-də hərarət qeyd edilir.[31][35][58]

Yüksək və/və ya davamlı hərarətin olması bakterial pnevmoniya və ya qrip virusu infeksiyası ehtimalını aktuallaşdırır.

Yaxınlaşmaqda olan tənəffüs çatışmazlığının əlamətidir.

Yaxınlaşmaqda olan tənəffüs çatışmazlığının əlamətidir.

Risk faktorları

Əksər hallarda AXOX kəskinləşməsinə bakterial patogenlərin səbəb olduğu ehtimal edilir. Elmi dəlillər göstərir ki, irinli bəlğəmin olması aşağı tənəffüs yollarının tez-tez bakterial infeksiyaya yoluxması ilə assosiasiya olunur.[58] AXOX xəstəsində aşağı tənəffüs yolları steril olmadığına görə, həm yuxarı, həm də aşağı tənəffüs yollarından alınmış materialın əkilməsinin nəticəsi ehtiyatla şərh edilməlidir. AXOX kəskinləşməsi zamanı xəstədə bakterial koloniyaların sayının remissiya vaxtlarındakı sayla nisbətdə daha çox olub-olmamasına dair elmi dəlillər təzadlıdır.[59][60]

Ən çox aşkar olunan bakteriyalara Haemophilus influenzae, Streptococcus pneumoniae və Moraxella catarrhalis aiddir.[31][51] AXOX kəskinləşməsinin patogenezində Staphylococcus aureus kimi qrammüsbət və Pseudomonas aeruginosa kimi qrammənfi törədicilərin roluna dair məlumatlar qeyri-müəyyəndir, lakin AXOX-un kəskinləşməsinin ağır forması rast gəlinən və kəskinləşmələrin tezlik və ağırlıq dərəcəsi artan, yaxud da son vaxtlarda hospitalizə edilmiş və ya (son 2 həftə ərzində) sistem kortikosteroid təyin olunmuş (yəni, >10 mq/sutka dozasında prednizolon) xəstələrdə bu törədicilərin kolonizasiya ehtimalı daha yüksəkdir.[31][61]

Qeyd edilməlidir ki, AXOX xəstəsində yeni bakteriya ştammına yoluxma kəskinləşmə üçün risk faktoru hesab edilir.[62] Anadangəlmə və/və ya adaptiv immun cavab reaksiyasının pozulması iltihab və infeksiyanın daha uzunmüddətli tsikl şəklində meydana çıxması ilə nəticələnir.[42]

Tənəffüs yollarının həm bakteriya, həm də virus mənşəli patogenlərə yanaşı olaraq yoluxması kəskinləşmə epizodlarının daha ağır variantda keçməsi ilə assosiasiya olunmuşdur.[50] Orta və ya ağır dərəcəli kəskinləşmə zamanı antibiotik terapiyası xəstəliyin nəticələrinin yaxşılaşması ilə assosasiya edilir.[63][64] Qripə qarşı peyvəndləmə Pseudomonas aeruginosa infeksiyası riskinin azaldılmasında qoruyucu effekt nümayiş etdirmişdir.[31]

Qastroezofaqal reflyuks və disfagiyanın olması, bunlarla əlaqədar isə tənəffüs yollarına yad cisim aspirasiyasının AXOX kəskinləşməsi üzrə təkanverici faktor olduğu müəyyən edilmişdir.[65][66] Reflyuksun müalicəsinin AXOX kəskinləşmələrində yaxşılaşmaya səbəb olub-olmadığına dair heç bir tədqiqat məlumatı yoxdur.

Təxminən 22-50% hallarda kəskinləşmədə respirator virusların cavabdeh olduğu müəyyən edilmişdir.[33]

AXOX kəskinləşməsi hallarında digər viruslarla müqayisədə, daha çox rinoviruslar izolyasiya edilir.[67]

Qrip, respirator sinsitial virus, paraqrip, koronavirus, adenovirus və insan metapnevmovirusu da kəskinləşmə epizodları ilə assosiasiya edilir.[31][34][35][68]

Respirator viruslarla əlaqədar kəskinləşmələrin digər etioloji amillərlə müqayisədə daha ağır keçməsi və daha uzun sürməsi müşahidə edilmişdir.[67][69] Yanaşı olaraq həm virus, həm də bakterial patogen infeksiyanın aşkarlanması da nadir hal deyil.

Belə bir fərziyyə irəli sürülmüşdür ki, aşağı tənəffüs yollarında xroniki olaraq respirator virusların mövcudluğu AXOX-un patogenezində müəyyən rola malik ola bilər.[70]

Atmosfer havasında çirkləndiricilərin, xüsusilə də, azot-4 oksid (NO2), kükürd-4 oksid (SO2), ozon və qara his hissəciklərinin olması (taxta hisi də daxil olmaqla) AXOX xəstələrində kəskinləşmə və hospitalizasiyaların sayının artmasına səbəb olmuşdur.[71][72][73] Atmosferdə çirkləndirici maddələrin konsentrasiyasının artması da hospitalizasiya və ölüm göstəricilərini artıra bilər.[74]

Bir çox atmosfer çirkləndiricilərinin tənəffüs yollarında iltihablı cavab reaksiyasını induksiya etdiyi müəyyən olunmuşdur.[28]

Atipik törədicilər (Mycoplasma pneumoniae, Chlamydia pneumoniae və Legionella növləri) kəskinləşmələrlə assosiasiya olunmuşdur, lakin bu istiqamətdə məlumatlar ziddiyyətlidir.[75][76][77] Atipik bakterial patogenlərə qarşı aparılan antimikrob terapiyanın nəticələrin yaxşılaşdırılmasına təsir etdiyi axıra qədər sübut olunmamışdır.

Temperatur və rütubətliliyin dəyişməsi AXOX zamanı kəskinləşmə riskinin artması ilə assosiasiya edilir.[28][78] Lakin bu assosiasiyada bilavasitə ətraf mühit temperaturu və/və ya rütubətliliyin, yoxsa respirator viruslar və digər törədicilər üzrə infeksiya riskinin dəyişməsinin rol oynadığı naməlum olaraq qalır.

Kəskinləşmələrin sayı və bütün səbəblərdən ölüm göstəricisi qış aylarında daha yüksək olmağa meyllidir.[19]

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.