Differensial diaqnostika

ƏLAMƏTLƏR/SİMPTOMLAR
MÜAYİNƏLƏR
ƏLAMƏTLƏR/SİMPTOMLAR

Soltərəfli sistolik və ya durğunluq mənşəli biventrikulyar ürək çatışmazlığı zamanı xəstənin anamnezində tez-tez ürək çatışmazlığı aşkar olunur. Çox vaxt prosesin əsasında duran diastolik ürək çatışmazlığının aşkarlanması mümkün olmur.

Fiziki müayinədə ürək çatışmazlığının əlamətləri, məsələn, vidaci venanın təzyiqinin artması, əlavə ürək tonları, kobud tənəffüs səsləri və ağciyər kökündən yuxarıda xırıltılar, fitverici tənəffüs və çuxurlanan ödem aşkar oluna bilər.[183] Ürək çatışmazlığını, xüsusilə də soltərəfli variantı AXOX kəskinləşməsindən differensiasiya etmək çətindir.

MÜAYİNƏLƏR

Döş qəfəsinin aşkarlayıcı müayinəsində ürəyin hüdudlarının genişlənməsi, ağciyər damarlarında durğunluq və/və ya plevra boşluğuna patoloji maye toplanması müşahidə oluna bilər. Tez-tez B tipli natriuretik peptidin artması aşkar edilir.[184][185] Ürək funksiyalarını müayinə etmək üçün exokardioqrafiya aparıla bilər.

ƏLAMƏTLƏR/SİMPTOMLAR
MÜAYİNƏLƏR
ƏLAMƏTLƏR/SİMPTOMLAR

AXOX kəskinləşməsinin təngnəfəslik, öskürək və bəlğəm ifrazı da daxil olmaqla, bir çox əlamətləri pnevmoniyada da aşkar olunur və döş qəfəsinin aşkarlayıcı müayinələri aparılmadan bu iki patologiyanı bir-birindən fərqləndirmək çətin olur.

Aşkar kəskinləşmə müşahidə olunan halların 15%-də döş qəfəsinin aşkarlayıcı müayinəsində pnevmoniya və ya digər pozğunluqlar da müəyyən edilir.[186][187][188] Ümumiyyətlə, pnevmoniya zamanı yüksək hərarət, xəstəliyin daha qəfil başlanması və pnevmoniyası olmayan AXOX xəstələri ilə müqayisədə, ağırlıq dərəcəsinin nisbətən artıq olması qeydə alınır.[186][189] AXOX xəstəsində respirator dekompensasiyanın səbəbi kimi pnevmoniyanın olması mütləq qaydada eyni anda AXOX-un kəskinləşməsinin mövcudluğunu bildirmir (yəni, tənəffüs yollarının iltihabı və/və ya bronxokonstriksiya ilə əlaqədar tənəffüs yollarının keçiriciliyinin məhdudlaşması) və bu səbəbdən də, belə xəstələrdə sistemli kortikosteroidlərə ehtiyacın olub-olmamasını müəyyənləşdirmək üçün diqqətlə araşdırılmalıdır.

MÜAYİNƏLƏR

Pnevmoniyada döş qəfəsinin aşkarlayıcı müayinəsi ağciyər parenximasında infiltrativ prosesə uyğun dəyişiklikləri göstərir.

ƏLAMƏTLƏR/SİMPTOMLAR
MÜAYİNƏLƏR
ƏLAMƏTLƏR/SİMPTOMLAR

AXOX xəstəsində plevra boşluğuna maye toplanması təngnəfəsliyi daha da artırır. Fiziki müayinədə tənəffüs səslərinin azalması və ya itməsi, plevritlə əlaqədar isə perkussiyada kütlük aşkar olunur.

MÜAYİNƏLƏR

Döş qəfəsinin aşkarlayıcı müayinəsi tövsiyə olunur.

ƏLAMƏTLƏR/SİMPTOMLAR
MÜAYİNƏLƏR
ƏLAMƏTLƏR/SİMPTOMLAR

AXOX xəstəsində pnevmotoraks olduqda, respirator infeksiyanı göstərən əlavə simptomlar aşkarlana bilər, lakin kliniki mənzərə kəskinləşməyə çox bənzəyə bilər. Gərginlik pnevmotoraksı zamanı zədələnmiş tərəfdə tənəffüs səslərinin azalması və traxeyanın həmin nahiyədən uzaqlaşması, eləcə də, hipotoniya mümkündür.

MÜAYİNƏLƏR

Yüngül epizodlar istisna olmaqla, digər ağırlıqlı variantlarda mümkün pnevmotoraksın inkar edilməsi üçün döş qəfəsinin aşkarlayıcı müayinəsi tövsiyə edilir.[190]

ƏLAMƏTLƏR/SİMPTOMLAR
MÜAYİNƏLƏR
ƏLAMƏTLƏR/SİMPTOMLAR

Kliniki olaraq, ağciyər emboliyası AXOX kəskinləşməsinin əlamətləri ilə təzahür edə bilir və bu iki patologiyanı fərqləndirmək çətindir.[191] Kəskinləşməyə təkan verən hər hansı digər faktoru təyin etmək mümkün olmadıqda, kəskin simptomların səbəbi kimi ağciyər emboliyası nəzərdən keçirilməlidir. Keçirilmiş tromboemboliyası və ya əsas patologiya kimi bədxassəli patologiyası olanlar xüsusi risk altındadır.[191]

Sistolik arterial təzyiqin azalması və/və ya oksigen terapiyası vasitəsi ilə PaO2-nin >60 mm.c.süt. səviyyəsinə çatdırılmasının mümkün olmaması ağciyər emboliyasının göstəricisi ola bilər.

MÜAYİNƏLƏR

Ağciyər emboliyasının diaqnostikası D-dimer sınağı, spiralvari kompüter tomoqrafik angioqrafiya və ya ağciyər angioqrafiyası ilə aparıla bilər. Müayinə üsulunun seçimi yerli şəraitdə hansı metodun əlçatan olması ilə müəyyən edilir. Dərin venaların trombozunun qiymətləndirilməsi üçün aşağı ətrafların Doppler müayinəsi nəzərdə tutula bilər.

ƏLAMƏTLƏR/SİMPTOMLAR
MÜAYİNƏLƏR
ƏLAMƏTLƏR/SİMPTOMLAR

Kliniki olaraq fərqləndirilməsi çətindir. Daha çox döş qəfəsində sol tərəfdə olmaqla, aşağı istiqamətdə irradiasiya edən ağrı dominantlıq təşkil edir. Ürəkbulanma, çənə ağrısı və/və ya diaforez mümkündür.

MÜAYİNƏLƏR

Xüsusilə, AXOX-un kəskinləşməsi ilə əlaqədar hospitalizasiya tələb olunan hallarda mümkün etioloji amilin ürəyin işemiya və ya aritmiyası olduğunu təyin etmək üçün elektrokardioqrafiya aparılmalıdır.[1]

ƏLAMƏTLƏR/SİMPTOMLAR
MÜAYİNƏLƏR
ƏLAMƏTLƏR/SİMPTOMLAR

Differensial əlamətlərinə palpitasiya, başgicəllənmə, huşun itməsi və/və ya bayılma aiddir.

MÜAYİNƏLƏR

Xüsusilə, AXOX-un kəskinləşməsi ilə əlaqədar hospitalizasiya tələb olunan hallarda və ya palpitasiya və başgicəllənmə kimi əlamətlər olduqda, mümkün etioloji amilin ürəyin işemiya və ya aritmiyası olduğunu təyin etmək üçün elektrokardioqrafiya aparılmalıdır.[1]

ƏLAMƏTLƏR/SİMPTOMLAR
MÜAYİNƏLƏR
ƏLAMƏTLƏR/SİMPTOMLAR

İri bronxların obstruksiyası özünü tipik olaraq təngnəfəslik və fitverici tənəffüslə biruzə verir (xüsusilə, fiziki gərginlik və forsirəolunmuş nəfəsvermə manevrinin icrası zamanı) və çox vaxt AXOX-un müalicəyə tabe olmayan kəskinləşməsi ilə səhv salınır. Döş qəfəsi daxilində tənəffüs yollarının müxtəlif dərəcəli obstruksiyasına çox vaxt traxeobronxomalyasiya, yad cisim aspirasiyası və ya tənəffüs yollarının mərkəzi şişi səbəb olur. Döş qəfəsindənkənar tənəffüs yollarının obstruksiyasına isə səs tellərinin iflici, eləcə də, qırtlaqətrafı yumşaq toxumaların iltihab və ödemi, QERX ilə əlaqədar səs tellərinin fasiləli spazmı, gizli keçən və ya müalicə olunmayan obstruktiv yuxu apnoesi və xroniki postnazal sızma səbəb olur. Yuxarı tənəffüs yollarının fiksə olunmuş obstruksiyası nəfəs borusunun stenozu (məs., süni ventilyasiya məqsədi ilə keçirilmiş intubasiya nəticəsində), mərkəzi tənəffüs yollarının kənardan kompressiyası nəticəsində baş verir. Yuxarı tənəffüs yollarının obstruksiyasının qiymətləndirilməsi üçün həm sakit tənəffüs, həm də forsirəolunmuş nəfəsvermə və ya hiperpnoe manevri zamanı qırtlaq, traxeya və əsas bronxların auskultasiyası aparılmalıdır. Fiziki gərginlik və ya forsirəolunmuş nəfəsvermə manevri zamanı fitverici tənəffüsün meydana çıxması və sakit vəziyyətdə tamamilə aradan qalxması AXOX kəskinləşməsi ilə əlaqədar bronxospazmın əleyhinə fikir söyləməyə əsas verir.

MÜAYİNƏLƏR

Axın həcmi ilgəyinə malik spirometriya yuxarı tənəffüs yollarının obstruksiyasını təyin etməyə imkan verir. Traxeobronxomalyasiyaya şübhə olduqda nəfəsalma və nəfəsvermə fazalarını əks etdirən KT müayinəsi və ya tənəffüs yollarının birbaşa bronxoskopiyası diaqnostik məlumatlar verir.

ƏLAMƏTLƏR/SİMPTOMLAR
MÜAYİNƏLƏR
ƏLAMƏTLƏR/SİMPTOMLAR

AXOX və onun kəskinləşmələrində oksigen terapiyası aşkar göstəriş olsa da, həddindən artıq oksigen təchizatı xəstədə tənəffüs prosesinin fiziologiyasının daha da deqradasiya etməsinə səbəb olur. Oksigenlə təmas zəif ventilyasiya olunan hissələri qanla təchiz edən arteriyaların hipoksik spazmına səbəb olaraq, ventilyasiya/perfuziya nisbətinin pozulması və/və ya ağciyərdaxili şuntlamanı artırır.[192][193] Həmçinin, oksigen artıqlığı eritrositlərin karbon qazını daşımaq qabiliyyətini azaldır (Haldan effekti).[194] Daha sonra bu dəyişikliklər xəstədə mövcud hiperkapniya və respirator asidozu daha da proqressivləşdirə bilər. Tənəffüs prosesinin tənzimlənməsinin pozulması hallarında da hiperkapniya proqressivləşə bilər.

MÜAYİNƏLƏR

Hipoksemiya zamanı və ya oksigen terapiyası aparılan xəstələrdə AXOX-un kəskinləşməsi meydana çıxarsa, arterial qanın qaz tərkibi yoxlanılmalıdır.

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.