Ağırlaşmalar

Ağırlaşmalar table
AğırlaşmaVaxt həddiEhtimal

mexaniki ventilyasiya və ventilyasiya ilə əlaqədar pnevmoniya

QısamüddətliYüksək

Ağciyərlərin süni ventilyasiyası aparılan xəstələrdə infeksiya riski yüksəkdir. İntubasiyadan sonra aspirasiya və/və ya sahib orqanizmin müdafiə sistemində rol oynayan normal anatomik strukturlardan yan keçilməsi ilə əlaqədar ola bilər.

antibiotik istifadəsi ilə əlaqədar ishal

QısamüddətliYüksək

Antibiotik təyini ilə əlaqədar kolit (Clostridium difficile tərəfindən törədilə bilər) antibiotik istifadəsinin məlum ağırlaşması hesab edilir.

mexaniki ventilyasiya və ventilyasiya ilə əlaqədar barotravma

QısamüddətliOrta

Mexaniki ventilyasiya nəticəsində baş verir və ekstraalveolyar sahədə havanın meydana çıxmasından ibarətdir. Verilən havanın həcmi, inspirator hava axınının sürəti və tənəffüs yollarının təzyiqinə nəzarət də daxil olmaqla, ventilyasiya cihazının ehtiyatla istifadəsi bu ağırlaşmanın aradan qaldırılmasına kömək edir.

ağciyər ürəyi

UzunmüddətliYüksək

Bu hal kəskinləşmə nəticəsində induksiya olunan hipoksemiya ilə əlaqədar hipoksik vazokonstriksiya ilə izah edilir. Nəticədə ağciyərlərin damar müqaviməti və/və ya ağciyər arteriyasında təzyiqin artması kəskin sağ ürək çatışmazlığının inkişafına gətirib çıxarır. Vidaci venanın təzyiqinin artması, hepatoyuqulyar reflyuks, periferik ödem və nisbi hipotoniya müşahidə oluna bilər.

mexaniki ventilyasiya ilə əlaqədar hipotoniya

DəyişənAşağı

Döş qəfəsi daxilində təzyiqin və ya dinamik hiperinflyasiyanın artması və bununla əlaqədar ürəyə venoz qanın qayıtmasının çətinləşməsi və çox vaxt bu halın nisbi hipovolemiya və/və ya anksiolitik/narkotik dərman vasitələrinin istifadəsi ilə birlikdə rast gəlməsi nəticəsində baş verir.

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.