Xəstənin anamnezi

Xəstənin anamnezi

Anamnezində AXOX olan 67 yaşlı qadında 3 gündür ki, proqressivləşən təngnəfəslik və öskürəyin intensivləşməsi müşahidə edilir. Hazırda yaşıl, irinli bəlğəm ifrazı ilə müşayiət olunan produktiv öskürəyi vardır. Xəstənin anamnezində ildə 100 qutu siqaretçəkmə qeyd olunur. Son üç gündə xəstədə fasiləli, subfebril 37,7°C (100°F) hərarət müşahidə olunmuş və iştahası azalmışdır. Simptomlara nəzarət üçün xəstədə dəstəkləyici terapiya üçün təyin edilən preparatlardan əlavə bronxodilatator istifadəsinin artırılması tələb olunmuşdur.

Digər kliniki formalar

Çox vaxt AXOX diaqnozu aşkar edilmir. Tipik hallarda AXOX diaqnozu qoyulanadək xəstədə yüngül və ya orta dərəcəli fiziki gərginliklə əlaqədar təngnəfəslik və xroniki produktiv öskürək meydana çıxır və FEV1 artıq proqnozlaşdırılan göstərici ilə müqayisədə <50% təşkil edir. Bir çox xəstələrdə ilk dəfə AXOX diaqnozu xəstəliyin kəskinləşməsi nəticəsində hospitalizasiya tələb olunan zaman qoyulur.[2] Kəskinləşməyə infeksiya, havada olan çirkləndirici maddələrin təsiri və ya ətraf mühitdə baş verən dəyişikliklər səbəb ola bilər. Çox vaxt xəstədə təngnəfəsliyin artması, xroniki öskürəyin intensivlik və ya tezliyinin dəyişməsi və/və ya fitverici tənəffüs, eləcə də, ifraz olunan bəlğəmin həcmi və ya rəngində dəyişiklik müşahidə olunur. Kəskinləşmə dövründə olan xəstələrdə bəzən aşağı dərəcəli qızdırma olur, lakin hərarətin xüsusən >38,5°C (>101,3°F) olması pnevmoniya kimi alternativ diaqnoza şübhəni artırmalıdır.

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.