Proqnoz

AXOX qeyri-müəyyən gedişata və dəyişkən proqnoza malik xəstəlikdir. AXOX-un proqnozu genetik meyillilik, ətraf mühit təsirlərinə məruzqalma, yanaşı xəstəliklər və daha az dərəcə, kəskin ağırlaşmalar daxil olmaqla, bir neçə faktordan asılıdır.

Baxmayaraq ki, AXOX xəstələrinin qısamüddətli sağqalması və tənəffüs pozğunluğu kəskin xəstəliyin ümumi ağırlıq dərəcəsindən asılıdır, uzunmüddətli sağqalmaya, ilk növbədə, AXOX-un ağırlıq dərəcəsi və yanaşı xəstəliklər təsir göstərir. Ənənəvi olaraq, proqnoz ağciyərlərin funksional sınağının bir hissəsi kimi FEV1-ə əsaslanaraq qeydə alınmışdır. Metareqressiya təhlili FEV1-in yüksəlməsi və AXOX kəskinləşməsinin aşağı riski arasında əhəmiyyətli korrelyasiyanı nümayiş etmişdir.[162] FEV1-dən əlavə, proqnozlaşdırmada digər faktorlar çəki (çox aşağı çəki neqativ proqnostik faktordur[163]), 6 dəqiqə ərzində yerimə və fiziki aktivlik zamanı tənəffüs çatışmazlığının dərəcəsidir. Bu faktorlar, bədən çəkisi indeksi, tənəffüs yollarının obstruksiyası, təngnəfəslik və fiziki aktivlik indeksindən ibarət olan BODE indeksi kimi tanınır və 1, 2 və 4 illik sağqalma proqnozu üzrə məlumatla təmin etməkdə istifadə edilə bilər.[164] Bir tədqiqat göstərmişdir ki, plazma pro-adrenomedullin konsentrasiyası üstəgəl BODE indeksi təkcə BODE indeksinin özündən daha yaxşı proqnostik vasitədir.[165] Adrenomedullin, vazopressiv arginin, atrial natriuretik peptid və C-reaktiv zülalın yüksəlməsi[166] sabit AXOX xəstələrində ölüm riskinin artması ilə assosiasiya olunur.[167] Son zamanlarda AXOX-un göstəricisi kimi yanaşı xəstəliklərə və öncəki kəskinləşmələrə daha çox maraq göstərilmişdir. CODEX indeksinin (yanaşı xəstəliklər, obstruksiya, təngnəfəslik və öncəki kəskinləşmələr) AXOX xəstələri üçün proqnozlaşdırmada BODE indeksindən üstün olduğu sübut edilmişdir.[168] AXOX xəstələrində kəskin tənəffüs pozğunluğu üçün çox vaxt AXOX kəskinləşmələri və çoxsaylı intubasiya və invaziv mexaniki ventilyasiyaya tələb xoşagəlməz proqnozun göstəriciləridir.[169]

AXOX-da müxtəlif müalicəvi üsullar arasında yalnız 2 faktor - siqareti tərgitmək və oksigen əlavəsi sağqalma göstəricisini yaxşılaşdırır.

[ AXOX-dan sağqalmanın proqnozlaşdırılması üçün BODE indeksi ]

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.