İlkin profilaktika

Tüstünün təsirinə məruzqalmadan (həm aktiv, həm də passiv şəkildə) və zəhərli tüstülərdən uzaqlaşmaq AXOX-un ilkin profilaktikasında əvəzsiz əhəmiyyətə malikdir. Bütün siqaret çəkənlərə, farmakoterapiya və konsultasiya da daxil olmaqla, siqareti tərgitməyə istiqamətləndirilmiş tədbirlər təklif edilməlidir. Siqareti tərgitmək çəkinin artması və qəbizlik kimi kiçik qısamüddətli əks-təsirlərlə əlaqəli olmasına baxmayaraq, onun uzunmüddətli faydaları danılmazdır.[21] Peşə ilə əlaqədar məruzqalma zamanı xəstəlik üçün ilkin profilaktika iş yerində məruzqalma riskini aradan qaldırmaq və ya azaltmaq vasitəsilə əldə edilir.

İkincili profilaktika

AXOX daxil olmaqla, bütün ürək-ağciyər xəstələrinə Haemophilus influenzae və Streptococcus pneumoniae-yə qarşı vaksinasiya ciddi şəkildə tövsiyə olunur.

Kalsium və digər dərman preparatlarından istifadə bəzi xəstələrdə, xüsusilə uzunmüddətli kortikosteroid müalicəsində olan yaşlı qadınlarda osteoporozun qarşısını almaq yaxud müalicə etmək üçün tələb oluna bilər. Sümük densitometriyaları bu vəziyyətin inkişafını qiymətləndirmək üçün aparılır.

Profilaktik anitbiotik müalicəsinə dair ziddiyyətli məlumatlar mövcuddur. Makrolidlər kimi profilaktik antibiotiklər kəskin fəsadların azaldılması üçün nəzərə alına bilər.[176][177] Cari təlimatlarda profilaktik antibiotiklərin istifadəsinin tövsiyə olunmamasına baxmayaraq, MACRO tədqiqat məlumatları göstərir ki, azitromisinin istifadəsi AXOX xəstələrində kəskin fəsadlar riskini azaldır. Bununla belə, 1 il ərzində nəzərdə tutulmuş istifadə nəticəsində ən çox qeyd olunan yan təsir eşitmə qabiliyyətinin zəifləməsi olmuşdur.[178] Elmə əsaslanan faktlar A Azitromisin müalicəsi yaşlı xəstələrdə ağır kəskinləşmələrin və Xroniki Obstruktiv Ağciyər Xəstəliyinin Qlobal Təşəbbüsünə (AOXQ) görə nisbətən yüngül mərhələlərin qarşısını almaqda ən effektiv vasitələrdəndir. Cari siqaret çəkənlərdə müalicənin faydasına dair az dəlillər vardır.[146]

Fiziki aktivlik bütün AXOX xəstələrinə tövsiyə edilir.[1]

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.