Monitorinq

AXOX xəstələri xəstəliyin ağırlığından asılı olaraq, müntəzəm əsasda qiymətləndirilməlidirlər. Tez-tez ağır kəskinləşmələri olan xəstələr və son zamanlarda xəstəxanaya yerləşdirilmiş xəstələrin 2 həftədən 1 aya qədər olan intervalla müayinəyə ehtiyacı olduğu halda, mülayim davamlı AXOX xəstələr 6 aylıq intervalda izlənilə bilərlər. Xəstələrə nəzarət sessiyalarında dərman vasitələrinin qəbulu qaydası və rejimini, müalicəyə cavab reaksiyasını və xəstəliyin irəliləməsini müəyyən etmək üçün xəstələr müayinə olunmalıdırlar. İstirahət və fiziki hərəkət zamanı təngnəfəsliyin dərəcəsi, eləcə də fəsadların sayı təyin olunmalıdır. AXOX-un Qiymətləndirilməsi Testi (AQT) kimi sorğular simptomların qiymətləndirilməsi üçün istifadə oluna bilər. Bunlara, AOXQ təlimatlarında baxmaq olar.[1] Siqaretçəkmə statusu və tütünün təsiri hər təyinat zamanı müəyyən edilməli, daha sonra müvafiq addımlar atılmalıdır.[1]

Müalicəyə cavab reaksiyasını və dərman vasitələrini dəyişmək məqsədilə mümkün ehtiyacı qiymətləndirmək üçün ağciyərlərin funksional testləri ən azı hər 3 ildən-bir yoxlanılmalıdır. Əgər dərman vasitələrində hər hansı bir əhəmiyyətli dəyişiklik olunarsa yaxud xəstə sistemli şəkildə kortikosteroid qəbul edirsə, daha tez-tez bu müayinələr tələb olunur. AOXQ təlimatları sürətlə ağırlaşan xəstələrin aşkarlanması üçün spirometriya ilə FEV1-in ildə ən azı bir dəfə ölçülməsini tövsiyə edir.[1] Oksigen saturasiyasına nəzarət olunmalı və xəstələr əlavə oksigen ehtiyaclarının müəyyən olunması üçün periodik olaraq müayinə olunmalıdırlar. Xəstələr AXOX-un qısa və uzunmüddətli fəsadları üçün nəzarətdə saxlanılmalıdır. Həmçinin, xəstənin çəkisi, qidalanma vəziyyəti və fiziki aktivliyinə də nəzarət olunmalıdır. Kaxeksiya və azaldılmış fiziki fəaliyyət xoşagəlməz proqnozun göstəriciləridir.

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.